Sərxoş adam pələngi qorxutdu - VİDEO

Sərxoş adam pələngi qorxutdu - VİDEOİnsanların pələngdən qorxması normal bir haldır. Ancaq Kiyev zooparkında olan bu pələngi o vəziyyətə çatdırıblar ki, o,qorxudan şoka düşüb. Səbəb isə içkili vəziyyətdə olan bir kişinin çəpəri aşaraq, xəlvətcə 6 yaşlı Malış adlı pələngə yaxınlaşması olub.

Bu zaman pələng caynağları ilə kişinin üzərinə atılıb. Sərxoş isə üzərində gəzdirdiyi silahdan havaya atəş açıb. Həmin kişi sonradan polis tərəfindən saxlanılıb və tibbi müayinə üçün yerli xəstəxanaya aparılıb.

Zoopark işçisinin sözlərinə görə, insidentdən sonra pələngin bir neçə saat tərpənmədən dayanıb. Özünə gəldikdən sonra isə daima təşviş keçirir.

Deyilənə görə, yırtıcı heyvanın qəfəsinə daxil olmuş həmin kişi bundan əvvəl də oxşar hərəkəti etməyə cəhd etsə də qarşısı alınıb. Bu hərəkətini 'pələngləri çox sevməsi ilə əsaslandırır. Onun bəxti onda gətirib ki, "Malışın" qəfəsinə düşüb, çünki Malış yaşlı olsa da, insanlara dostcasına rəftar edib. Əks halda qəfəsə hücum faciə ilə nəticələnə bilərdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2918   Tarix: 08 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390