Bir əsrdir oruc tutan adam FOTO

Bir əsrdir oruc tutan adam FOTOTürkiyədə yaşayan yaşlı bir kişi 1 əsrdir hər Ramazan ayında oruc tutur.

BiG.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, Ağrının Doğubəyazid rayonunda 14 övlad, 77 nəvə sahibi olan 107 yaşlı İsa Çingiz adlı şəxs bir əsrdir oruclarını yarımçıq qoymadan sona qədər tutur.

Doğubəyazid rayonuna 106 il əvvəl İrandan gələn İsa bəy uzunömürlü olmağın və sağlam yaşamağın sirrini təbii qidalanma ilə əlaqələndirib.

100 yaşında Həccə, 104 yaşında Ümrəyə gedən İsa bəy vaxtının əksər hissəsini Quran oxuyaraq keçirir. Yaşının çox olmasına baxmayaraq, namazlarını da evindən uzaqda yerləşən məsciddə gedib qılır.

"7 yaşımdan bəri oruc tuturam. Hər Ramazan oruc tutdum . Rəcəb və şaban aylarında da oruc tuturam. Yediklərimə fikir verirəm, təbii qidalanıram" - deyə, 107 yaşlı İsa bəy bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3051   Tarix: 06 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040