Ötmə əməliyyatı bu cür aparılmalıdır – VİDEO

Ötmə əməliyyatı bu cür aparılmalıdır – VİDEOAzərbaycanda yol qəzalarının başvermə səbəbləri arasında ötmə-manevr qaydalarının pozulması ön sıradadır. Rəsmi statistikaya görə, yol qəzalarının baş verməsinin əsas səbəbi sürət həddinin aşılmasıdırsa, ikinci yerdə ötmə-manevr qaydalarının pozulması dayanır. Belə qəzalar adətən magistral yollarda baş verir. Sürətlə hərəkət edən avtomobillər ötmənin qadağan olduğu yerlərdə qayda pozurlar ki, bu da ağır nəticələrə gətirib çıxarır.

Qadağan olunmuş yerdə olmasa belə, bəzi sürücülərin ümumiyyətlə, ötmə manevr qaydalarının aparılması barədə anlayışı yoxdur və ya qaydalara yox, öz bildiyinə əməl edirlər. Bütün hallarda ötmə əməliyyatı zamanı son dərəcə diqqətli olmaq və ötmə əməliyyatını düzgün hesablamaq lazımdır. "Qarşıdan gələn maşın yol verəcək" düşüncəsi ilə ötmə əməliyyatı aparmaq olmaz. Birdən qarşıdakı maşının sürücüsü də sənin kimi düşünsə, necə olacaq?

BiG.AZ XezerXeber.com-a istinadən xəbər verir ki, ötmə-manevr zamanı yol verilən səhv və düzgün qaydaları əks etdirən, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış animasiya filmini təqdim edir. Qısametrajlı animasiya filmi məhz ötmə-manevr qaydalarını bilməyənlər, bilib əməl etməyənlər üçün nəzərdə tutulub. Baxaq, nəticə çıxaraq. Unutmayaq ki, yol qəzalarının qurbanları bizim yaxınlarımızdan da biri ola bilər…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2243   Tarix: 07 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740