7 yaşlı azərbaycanlı qız Avropada "Ən yaxşı ifaçı" adına layiq görüldü – FOTO

7 yaşlı azərbaycanlı qız Avropada "Ən yaxşı ifaçı" adına layiq görüldü – FOTOBalaca Aylin ilk gündən münsiflərin rəğbətini qazanıb.

Azərbaycan ikinci dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən "Golden Sparkles European Music Festival"ına qatılıb.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, müsabiqədə ölkəmizi "Addım Gənclər Təşkilatı"nın dəstəyi ilə Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti 7 yaşlı Aylin Nəcəfli təmsil edib. Bu il müsabiqədə Rumıniya, İtaliya, Malta, Belarusiya, Makedoniya və s. ölkələr iştirak edib. Müsabiqədə xalq artisti Flora Kərimovanın repertuarından "Tıq-tıq xanım" cizgi filminin "soundtrak"ını ifa edən balaca Aylin ilk gündən münsiflərin rəğbətini qazanıb.

Festivalın ikinci günü isə o musiqisi Cahangir Zülfüqarov, sözləri Elçin Nəsirliyə aid "İşıqlı dünya" mahnısını ifa edib. 7 yaşlı ifaçı yaşıdları arasında "Ən yaxşı ifaçı" kimi mükafatlandırılıb. Bundan başqa Aylin Nəcəfliyə Bolqarıstanın məşhur rəssamı Natalia Valievanın rəsm əsəri hədiyyə olunub. Qeyd edək ki, ölkəmizi münsiflər kürsüsündə "Addım"ın sədri Hüseyn Cavadzadə təmsil edib.

7 yaşlı azərbaycanlı qız Avropada "Ən yaxşı ifaçı" adına layiq görüldü – FOTO7 yaşlı azərbaycanlı qız Avropada "Ən yaxşı ifaçı" adına layiq görüldü – FOTO7 yaşlı azərbaycanlı qız Avropada "Ən yaxşı ifaçı" adına layiq görüldü – FOTO7 yaşlı azərbaycanlı qız Avropada "Ən yaxşı ifaçı" adına layiq görüldü – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 5864   Tarix: 07 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler