Antarktika üçüncü reyxin bazası

Antarktika üçüncü reyxin bazasıBu hadisə 1950-ci ildə baş verib: Argentina Hərbi Dəniz Qüvvələri gəmilərinin
komandanı, kapitan S.Moreno belə bir məruzə hazırlayır: "Cari ilin martın 24-də saat 16:10-da bizim gəminin heyət üzvləri Antarktikada Disepşn adasında açıq səmada nə aeroplan, nə peyk, nə meteoroloji şar və məlum uçan aparatların heç birinə bənzəməyən obyekt görüblər".

Bunun ardınca 1950-ci ilin iyun və iyulunda Antariktika səmasında Çili və Argentina meteostansiyaları mütəmadi olaraq UNO müşayət ediblər.
1950-ci ilin iyulunda Braziliya qəzeti "O Estado" bu UNO-laradan birini təsvir edib: "Obyekt siqarşəkilli formaya məxsusdur. Onun yuxarısı qırmızı rəngdən tədricən yaşıla keçir. Aparat qərb istiqamətində, bir neçə dəfə sürət və istiqamətini dəyişməklə ziqzaqvari uçur. Obyekt təxminən 5000 metr yüksəklikdə 20 dəqiqəyə yaxın hərəkətsiz dayandı. O, tam səssiz şəkildə yerini dəyişirdi".

Parlaq uçan obyektin "rəqsi"

1950-ci ilin sentyabrında isə Çili Hərbi Dəniz Donanmasının komandoru A.Orrero Antarktikanın Çili sahillərində səmada manevr edən çox böyük siqarabənzər formalı uçan obyektin şəklini çəkib.
19 fevral 1956-cı ildə Çilidən olan bioloq qrupu Vendella dənizinin Robertson adasının flora və faunası tədqiq etmək üçün vertolyotla ora uçur. Fırtınalı hava idi. Saat 9:15-də vertolyotun radiosu sıradan çıxdı. Birdən lap yaxınlıqda, vertolyotun yanında şaquli istiqamətli siqarabənzər iki obyekt göründü. Onlar günəşin şüalarından parıldayırdılar. 15 dəqiqə sonra obyektlərdən biri qəfildən yerini üfüqi istiqamətdə dəyişdi və qərbə doğru uçdu. Bu məqamda o, özünün metal parıltısını itirdi və tünd qırmızı rəngdən bənövşəyi rəngə qədər bütün rənglərə dəyişdi. İkinci obyekt başgicəlləndirici manevrlər edirdi: ziqzaqvari hərəkət edir, qəfildən dayanır, ani olaraq sürətlənir və bütün bunlar tamamilə səssiz baş verirdi. Bu «nümayiş» 5 diqəqəyə qədər davam edir. Sonra obyekt rəngini dəyişdi və anidən gizləndi.

İşıqsaçan meteor görənləri heyran qoymuşdu

Vertolyotdakı tədqiqatçıların iki Heyqer sayğacı vardı. Onlar UNO-ların göründüyü vaxt havada radioaktivliyin 40 dəfə artdığını göstərirdi. Beş il sonra amerikan Antiarktik ekspedisiyasında iştirak edən braziliyalı meteoroloq R.Villena da UNO-nun görünməsinin şahidi olub. Villena Kral Georq adaları rayonunda buzqıran gəminin göyərtəsində olub. Gözlənilmədən qəribə işıq şüaları səmanı ikiyə bölüb. Ekipaj üzvlərindən biri «Raket!» - deyə qışqırıb. «Yox, bu meteordu», - digəri dillənib.
Villena öz gündəliyində yazırdı: «Obyektin forma və rəngi, onlardan gələn işıq qığılcımları - bütün bunlar çox qeyri-adi görünürdü. Bizim planetdə belə texnika yoxdu». Başqa bir ekipaj üzvü UNO-nu belə təsvir edir: «Obyekt çoxrəngli oval formasında idi və ardınca uzun qırmızılı-narıncı rəngli iz qoyurdu. Gözlənilmədən o, iki hissəyə bölündü. Hər bir hissə ağ, mavi və qırmızı rəngdə işıqlandı və öz ardınca V şəkli formasında şüalar buraxdı». ABŞ Hərbi Dəniz Qüvvələri rəsmi şəkildə bu hadisəni «meteor və yaxud hansısa başqa işıqsaçan obyekt» kimi qeydə aldı.

Konnektikutda nəşr olunan aylıq ufoloji jurnal «Speys revyu»nun 13 oktyabr 1963-cü ildə dərc etdiyi məqalədə deyilirdi: «İkinci Dünya müharibəsinin lap sonunda, Almaniyanın artıq məğlub olduğu vaxt alman alim və hərbçilər qrupu qaçaraq xilas oldular və Antarktikada yerləşdilər. Onlar orada qabaqcıl texnologiyalara əsaslanaraq aviatexnika hazırlayırdılar. Qeyd etmək lazımdır ki, müharibə zamanı xeyli sayda almanın itkin düşdüyü yazılırdı. İtkin düşənlər arasında aviatexnika ilə məşğul olan alimlərin olması ehtimalı çox vacib məqamdı. Bu ehtimalı həm də o fakt təsdiq edir ki, müharibə ərəfəsində almanlar Antarktikaya soxulmuş və oranı Üçüncü Reyxin bir hissəsi elan etmişdilər».

Müharibə zamanı alman sualtı qayıqları mütəmadi olaraq Cənubi Antarktikada peyda olurdular. 1942-ci ildə kapitan Herlax Qouq arxipelaqını radar və məhbus düşərgəsi üçün mümkün baza kimi tədqiq etmişdi. 1944-cü il aprelin 4-də ingilis submarinası alman sualtı qayığını - U-859 batırdı. 47 heyət üzvü həlak oldu, 20 nəfər xilas edildi. 30 ildən sonra xilas olanlardan biri danışıb ki, qayıqda gizli yük-civə olub. Məlumdur ki, müəyyən növ yanacaq hazırlanmasında civədən istifadə olunur. Alman sualtı donanmasının komandanı K.Denisin bəyanatı almanların Antarktika maraqlarına işıq salır: "Alman sualtı donanması dünyanın o biri ucunda əlçatmaz qalada yenidən qurulub". 1945-ci il iyunun 10-da alman submarinası U-530 Argentina hökumətinə təslim olur. Bu hadisənin əsl səbəbi müəmmalı olaraq qalır. U-530 1944-cü il mayın 22-də dənizə çıxıb. Bu tarixlər arasındakı dövrdə o harada olub, məlum deyil. Digər submarina U-977 Kristiansendadan 1945-ci il mayın 2-də çıxıb Cənubi Antarktikaya yola düşüb. Qayıq ABŞ Hərbi Dəniz Qüvvələrinə noyabrın 13-də təslim olub. Bu dövrdə onun fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur.

Buzlaqda isti sulu göl

Daha bir müəmmalı fakta diqqət yetirək. Müttəfiqlər müəyyən etmişdilər ki, müharibə zamanı 54 alman sualtı qayığı yoxa çıxıb, onlardan yalnız 11-i minaya düşə bilərdi.
1968-ci ildə ABŞ Antarktikaya «Böyük sıçrayış» adlı ekspedisiya təşkil edir. Rəsmən onun məqsədi coğrafi, meteoroloji və digər tədqiqatlar olsa da, əməliyyatda hərbi vertolyotlar, təyyarələr, hərbi təyyarə gəmiləri iştirak edirlər. Ekspedisiyanın nəticələri barədə mətbuata heç bir informasiya sızmayıb. Buradan da belə bir nəticəyə gəlmək mümkündür ki, «Böyük sıçrayış» hansısa gizli missiyanı yerinə yetirib, hətta ola bilsin ki, alman hərbi bazasını axtarıb. «Böyük sıçrayış»da iştirak edənlərdən biri 20 il sonra "Sunday Times" qəzetinə müsahibə verib. O danışıb ki, ekspedisiya zamanı pilotlar Antarktika sahilində buzla örtülməyən kiçik sahə aşkar ediblər. Orada çoxlu isti sulu göl və zəif bitki örtüyü olub. Sonradan məlum oldu ki, o göllərdən biri qolla açıq dənizlə birləşdirilib. Bura submarinaları gizləmək üçün ideal yer idi.

Almanlar Antarktidada Üçüncü Reyxi bərpa edəcəkmi?

Beləliklə, məsələ açıq qalır. Almanlar Antarktidada özlərinin gizli bazalarını, eləcə də alim və mühəndislərini qütbdən-qütbə yüksək sürətlə uçan supertəyyarələr yarada biliblərmi? Bəlkə təslimçilikdən qaçan almanların nəsilləri dünyanı fəth etmək və Üçüncü Reyxi bərpa etməyə ümid bəsləyiblər?

Nasistlərin Antarktikadakı fəaliyyətləri ilə bağlı daha bir neçə fakta nəzər salaq:

AboveTopSecret.com saytı iddia edir ki, Antarktidada nasistlərin gizli bazanın olduğunu görən şahidlər var. Onların dediyinə görə, orada nasistlər qabaqcıl texnologiyalardan istifadə etməklə UNO-ların rəhbərliyi ilə klonlama eksperimentləri aparıblar.
Çoxlu sayda müxtəlif mənbələrin məlumatlarına, o cümlədən "Tam məxfi: rəqəmsal epoxanın sirlərini açın" adlı kitabda dərc olunmuş faktlara və «Adolf Hitler və Müqəddəs Nizənin sirləri» kitabına əsaslanaraq göstərilir ki, almanlar 1938-ci ildə Antarktikada Neuschwabenland bazasını yaradıb və orada sualtı qayıqların gizli bazasını tikiblər.
Almanlar Neuschwabenland-də - «Yeni Berlin» və yaxud «Baza 211» kod adları altında iri miqyaslı obyektlər inşa ediblər.
Britaniyalılar iddia ediblər ki, faktiki olaraq onlar Antarktikadakı nasist bazalarına gizli basqınlara cəlb olunublar.
Nasistlər Maudheim gizli bazasında super «Qütb adamı» hibridini yetişdirmək proqramını işləyiblər.
Adolf Hitlerin külü və hələ o zaman həyatda olan xanımı Yeva Braun müqəddəs saylan şeylərlə, o cümlədən qanlı nasist bayrağı və Müqəddəs Nizə ilə birlikdə 1945-ci ildə Antarktikadakı nasist bazasına gətiriliblər.
O nasistlərin xəzinələri Polkovnik Maximillian Hartmanın başçılığı ilə sonrakı nasist ekspedisiyası ilə geri qaytarılıb və "Müqəddəs Nizənin Cəngavərləri" adlandırılan müasir nasist təşkilatına verilib.
ABŞ orada ola biləcək nasistləri tamamilə məhv etmək üçün 1947-ci ildə admiral Robert Berdin başçılığı ilə gizli hərbi ekspedisiya göndərib.
ABŞ və Cənubi Amerikada müşahidə olunan UNO uçuşları onların Antarktikadakı nasist bazaları boyunca uçuş trayektoriyalarını əhatə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5421   Tarix: 31 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817