Dünyanın ən güclü 10 ordusu – FOTO

Dünyanın ən güclü 10 ordusu – FOTODünyanın ən çoxsaylı ordusu Çin ordusudur.

Dünyanın ən güclü orduları haqqında qısa məlumat...

Dünyanın ən güclü 10 ordusu – FOTOPakistan. Pakistan ordusu 1947-ci ildə təsis edilib və 500 000 nəfər valantyordan ibarət qüvvəsini saxlamaqda davam edir. Pakistanın hərbi tarixi Əfqanıstan və Hindistan kimi sərhəd dövlətlərlə münaqişələrdən, 90-cı illərin əvvəllərində Ərəb körfəzində, Maqadişo və Somalidə müharibələrdən ibarətdir.

Dünyanın ən güclü 10 ordusu – FOTOİsrail. İsrail kişilərlə yanaşı, bəzi istisnalar olmaqla qadınları da hərbi xidmətə çağıran yeganə dövlətdir. İsrail silahlı qüvvələri 1948-ci ildə yaradılıb və aktivində 150 000 insan var. İsrail ərəb-israil müharibəsində, altı günlük müharibədə və Liviya və Fələstin ilə çoxsaylı münaqişələrdə iştirak edib.

Dünyanın ən güclü 10 ordusu – FOTORusiya. Rusiya 863-cü ildən başlayaraq öz hərbi tarixində çox dəyişikliklərə məruz qalıb. Hal-hazırda ordu Rusiya Federasiyası Silahlı Qüvvələri adlanır və 1992-ci ilin fevral ayının 7-də yaradılıb. Əvvəlki Rusiya hərbi təşkilatları Qırmızı Ordu da daxil olmaqla bir çox regional münaqişələrə, dünya müharibələrinə və soyuq müharibəyə cəlb edilib. Sovet İttifaqının süqutundan öncə ordu dünyanın ən güclü ordusu idi, bu ordu Amerika ordusunu bütün göstəriciləri ilə arxada qoyurdu. Bu göstəricilərin sırasına əsgərlərin sayı və nüvə silahı da aid idi. Hərbi xidmətə çağırış 18 yaşından, ordunun sayı isə 1 milyon nəfər idi.

Dünyanın ən güclü 10 ordusu – FOTOTürkiyə. Türk ordusu artıq 2000 ildən artıqdır ki, mövcuddur. Müasir türk ordusu İkinci Dünya Müharibəsi zamanı neytrallığı qoruyan ən güclü ordulardan biri idi. Bununla yanaşı Türklər Koreya müharibəsinə cəlb edildilər, Türkiyə üçün 20-ci əsrin ən irimiqyaslı münaqişəsi isə Rusiya, Böyük Britaniya, Yunanıstan və İtaliyanın iştirak etdiyi müstəqillik uğrunda müharibə idi. Türkiyədə hərbi xidmət icbaridir, quru qoşunlarının sayına görə isə Türkiyə NATO-da ikinci yeri tutur.

Dünyanın ən güclü 10 ordusu – FOTOŞimali Koreya. Koreya xalq ordusu 1939-cu ildə yaradılıb və heyrətləndirici əsgər sayına malikdir – bir milyondan artıq. Müharibə olarsa hərbi xidmətə çağırılacaq ehtiyatda olan əsgərlərin sayı 7 milyona yaxındır. Şimali Koreyanın tarixində əsas münaqişələr – Koreya və Vyetnam müharibəsidir. Şimali və Cənubi Koreya arasında təzad və gərginlik hələ də mövcuddur və texniki baxımdan bu münaqişə hələ həll edilməyib.

Dünyanın ən güclü 10 ordusu – FOTOAlmaniya. Alman ordusu dünyada zəngin və önəmli hərbi tarixi olan ordulardandır. Alman ordusu Polşa ərazisini işğal etməsi ilə İkinci Dünya Müharibəsinin başlanmasına məsuliyyət daşıyır. Müharibə bitdikdən sonra Almaniya bölünmüş halda idi və bundan sonra qərbi alman ordusu formalaşdı. Birləşdikdən sonra, şərq və qərb orduları birləşərək, hal-hazırda 200 000 əsgəri olan ordunun təməlini qoydu.

Dünyanın ən güclü 10 ordusu – FOTOHindistan. Hindistan ordusunun kökləri daş dövrünə qədər uzanır. Bu gün üçün o, ən çoxsaylı volontyoru olması ilə məşhurdur, ordunun sayı 1 milyondan artıqdır. Hind ordusu hər iki dünya müharibəsinə və müstəqilliyi uğrunda bir neçə müharibəyə cəlb edilib. Hindistanın Pakistanla münasibətləri xoşagələn deyil.

Dünyanın ən güclü 10 ordusu – FOTOBöyük Britaniya. Britaniya ordusu 1661-ci ildə yaradılıb və demək olar ki, Napaleon müharibəsində, dünya müharibələri və s. bütün məlum müharibələrdə iştirak edib. Britaniya ordusu Şimali İrlandiyada və Balkanda, 1990-cı illərdə Amerika Birləşmiş Ştatları ilə yanaşı, Ərəb körfəzində böyük təsir göstərdi. Eləcə də Britaniya ordusu 11 sentyabr terror aktından sonra beynəlxalq terrorla mübarizədə mümkün qədər iştirak edir. Xidmətdə olan əsgərlərin sayı 150 000 nəfərdir, bu say isə Britaniya ordusunu Avropa İttifaqında ikinci edir.

Dünyanın ən güclü 10 ordusu – FOTOÇin. Çinin milli azadlıq ordusu dünyanın ən çoxsaylı ordusudur, 2,2 milyon nəfər, nəzərə almaq lazımdır ki, bu son illərdə ixtisardan sonra olan saydır. Çin ordusu 1927-c ildə yaradılıb, Çin-Yapon münaqişəsində, İkinci Dünya Müharibəsində, Koreya və Vyetnam müharibəsində iştirak edib. Texniki olaraq orduda xidmət 18 yaşından icbaridir, amma Çin kadrlar baxımından heç bir zaman korluq çəkməyib, çünki orduya könüllü yazılan Çin kişilərinin sayı hər zaman lazım olandan artıq olub.

Dünyanın ən güclü 10 ordusu – FOTOABŞ. Amerika Birləşmiş Ştatlarının ordusu 1775-ci ildən, inqilabi müharibədə qitə ordusu yaradılan dövrdən mövcuddur. Ştatlar bütün dünya müharibələrində, Koreya müharibəsində, körfəz müharibəsində iştirak edib. İndi isə dünya terrorizminə qarşı müharibədə iştirak edir. Birləşmiş Ştatların aktiv hərbi qüvvəsi 500 000 nəfər, milyondan artıq ehtiyat və milli qvardiya əsgərindən ibarətdir. Amerikanın hərbi bazaları praktiki olaraq bütün dünyada yerləşir, orduda xidmət isə könüllüdür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 7840   Tarix: 03 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040