Bakıda güclü zəlzələ olacaq?

Bakıda güclü zəlzələ olacaq?"Zaqatalada baş verən yeraltı təkanlar 2 il bundan əvvəl olan zəlzələ ərazisində qeydə alınıb. Dərinliyi kifayət qədər dayaz, 10 km-ə yaxın olduğuna görə, titrəyiş çox hiss olunub. Aldığımız məlumata görə, yeraltı təkanlar nəticəsində tikililərdə xırda çatlar yaranıb. Güclü dağıntı yoxdur. Zəlzələnin maqnitudası 5,2-dir. Həmin yeraltı təkan 12 ballıq şkala ilə 6 bal gücündə qeydə alınıb. Episentrdən uzaqlaşdıqca təbii ki, zəlzələnin gücü azalıb".

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli Zaqatalada baş verən zəlzələlərlə bağlı fikir bildirərkən deyib.

Onun sözlərinə görə, 2012-ci ildə həmin ərazi həmişə öz seysmoloji fəallığı ilə seçilib: Ərazinin aktivliyi əvvəldən də şübhə doğurmurdu. Bilinirdi ki, həmin ərazi xüsusi seymik ərazidə yerləşir. 2 il bundan əvvəlki yeraltı təkanlardan sonra bu ikinci titrəyiş idi".

Alimin fikrincə bu zəlzələdən sonra çoxlu avterşoklar olacaq. "Adətən avterşoklar zəif olur. Düşünürəm ki, bu titrəyişlərin çoxu hiss olunmayacaq".

Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycanda seysmoloji aktivliyə nəzarət etmək üçün quraşdırılan yeni Seymoloji Stansiya və avadanlıqlar vasitəsilə yeraltı təkanları izləmək üçün gözəl imkanlar yaradır. Bu avadanlıqlar vasitəsilə baş verən zəlzələni yüksək dəqiqliyilə qeydə alınıb.

"Yeni avadanlıqlar vasitəsilə burada və ümumiyyətlə Azərbaycan ərazisində ən zəif təkanları, hansı ki, əvvəlki stansiyalarda onları qeydə ala bilmirdik, onları yüksək dəqiqliklə görə bilirik. Bu da seysmoloqlara ölkədə seysmoloji aktivliyi dəqiqliklə öyrənməyə geniş imkanlar verir. Bu cihazlar bizə seysmoloji hadisələri dəqiqliklə izləməyə imkan verir. Seysmoloqlar da alınan məlumatlar əsasında müəyyən fikirlər söyləyə bilər. Amma ümumilikdə zəlzələnin nə zaman baş verəcəyini demək hələlik mümkün deyil", - deyə Tahir Məmmədli vurğulayıb.

Ekspert deyir ki, Azərbaycanda bir çox seysmoloji aktiv zona var. Həmin ərazilərdə güclü zəlzələ olmasını gözləmək lazımdır: "Bəzi mütəxəssislər həmin ərazilərdə enerjinin boşalmasını deyirlər. Amma göründüyü kimi bu proqnozlar özünü doğrultmur. Yenə həmin yerlərdə titrəyişlər olur. Bu da onu göstərir ki, zəlzələlər hansısa qanunauyğunluq tanımır. Ona görə də, demək olmur ki. indi burda zəlzələ olub, bir də neçə vaxtdan sonra olacaq. Çünki bu çox mürəkkəb proseslərdir. Sadəcə seysmoloqlar harada güclü zəlzələ ola bilər və onun gücünü deyə bilərlər".

Qeyd edək ki, Zaqatalada baş verən verən yeraltı təkanların Bakı ilə heç bir əlaqəsi yoxdur. Yəni bəzən insanlar hansısa bölgədə zəlzələ olan zaman, bunun paytaxtda da baş verəcəyi bərədə düşünürlər. Alimin sözlərinə görə, bu fikirlər düzgün deyil.

Tahir Məmmədli onu da əlavə edib ki, Zaqataladan başqa, Azərbaycan üçün ən təklükəli zəlzələ ərazisi Şamaxı və İsmayıllı ərazisində olan ocaqlardır: "Bundan başqa, ən təhlükəli mənbələr Xəzər dənizindədir. Həmin ocaqlarda baş verən yeraltı təkanlar Bakıda güclü zəlzələ təhlükəsi yarada bilər. Xəzər dənizində ocaqlar çoxdur. Onlardan ən böyük seysmik təhlükəyə malik Anşerondan 50-60 kilometr cənubda, Xəzər dənizində yerləşən güclü ocaq zonasındadır. Yaxşı ki, bu ocaq 60 kilometr aralıdadır və 3035- kilometr dərinlikdədir. Buna baxmayaraq, bu ocaqda baş verən proses Bakı üçün 8 bal gücündə zəlzələ yarada bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2443   Tarix: 01 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880