Kim Çen İn Hollivuda müharibə elan edir

Kim Çen İn Hollivuda müharibə elan edirMövzusu Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd olan Hollivud istehsalı olan "Müsahib" filmi ölkələr arasında söz-söhbətə səbəb olub.

BiG.AZ-ın ANS PRESS-ə istinaden məlumaıtna görə, "Sony Pictures Entertainment" şirkəti yeni çəkdiyi "Müsahib" filmi Şimali Koreyanın etirazına səbəb olub. Buna səbəb isə komediya janrında çəkilən filmin qəhrəmanlarından birinin Şimali Koreya lideri Kim Çen In olmasıdır.

Şimali Koreya Xarici İşlər Nazirliyi sözçüsünün "The Interview"-yə verdiyi açıqlamada filmin yayımlanması və qadaqan olunmaması halda ölkəsinin ABŞ-a qarşı "qərarlı və mərhəmətsiz" bir şəkildə cavab verəcəyini açıqlayıb.

Həmçinin ABŞ-dan filmin qadağan edilməsini istəyən Şimali Koreya tərəfi əgər film yayımlanarsa, bunu "döyüş səbəbi" olaraq qəbul edəcəklərini bildirib.

Oktyabrın 14-də nümayiş olunması planlaşdırılan filmin baş rollarında Set Roqen və Ceyms Franko çəkiliblər.

Sözügedən filmin süjetinə əsasən, uğurlu jurnalist və tanınmış tok-şounun aparıcısı diktatordan müsahibə üçün Pxenyana yola düşür. Bundan xəbər tutan mərkəzi kəşfiyyat idarəsi jurnalistə diktatoru öldürmək tapşırığı verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2431   Tarix: 30 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040