"Adriana Lima məni məhv edir..." - Müsahibə

"Adriana Lima məni məhv edir..." - MüsahibəBiG.AZ xeber verir ki,tabloid.az saytının qonağı Space telekanalında "SOY" prodakşının "Şou+" verilişinin aparıcısı Tural Ozandır.

- Tural yeni mövsümdə televiziyada yeni layihələrin olacaq?

- Artıq televiziya mövsümünü başa vurmaq üzrəyik. Mən hazırda "Space" kanalında yayımlanan "SOY" prodakşının "Şou+" verilişinin aparıcısıyam. Yeni mövsümdə layihədə qalıb-qalmayacağımla bağlı hələ qərar verməmişəm.

Bildiyiniz kimi, bir neçə ay öncə Türkiyənin məhşur "Atlasmedia " şirkəti məni əməkdaşlığa dəvət etmişdi . Şirkət prezidenti Bilal Özbilgə yeni mövsümdən mənim iştirakımla Azərbaycanda yeni tele-layihələr etmək niyyətindədir. Amma son qərarımı verməmişəm. Bəzi şərtləri müzakirə edirəm.

- Yeni mövsümdə ən azından hansı kanalda olacağın bəllidir?

Hazırda böyük layihələr üzərində işləyirəm . Dünyada məhşur layihələri Azərbaycanda həyata keçirmək istəyirəm. Bir yerli kanalın rəhbərliyi ilə bu məsələni müzakirə etmişik. Ola bilsin ki, yeni mövsümdə tamaşaçılar məni tam fərqli formada görsünlər. Ancaq konkret ad çəkmək istəmirəm.

- Sosial şəbəkələrdə çox müzakirə olunursan , sevənlərin çoxdur. Səhifəndə Ozan soyadlı onlarla xanım...

- Mən teleməkanda yeni simalardan sayılıram. Uzun müddət televizya sahəsində çalışsam da, son iki ildir tanınıram. Amma buna baxmayaraq, heç bir televiziya aparıcısı mənim qədər sevilmir. Çox şadam ki, qısa zamanda bu qədər izləyici toplaya bilmişəm.

- Aparıcılar arasında kimi özünə rəqib görürsən?

- Hazırda Azərbaycan teleməkanda savadlı teleaparıcı qıtlığı hiss olunur. Savadıma və qabiliyyətimə görə, özümü çox aparıcıdan güclü və öndə görürəm. Bilirsiniz ki, həm də rejissorluq qabiliyyətim var. Ümumiyyətlə, teleziyaya aid hər şeyi bacarıram, montajı, kamera ilə iş və s.

Mən özümü ölkəmizdəki aparıcılarla müqayisə etmirəm. Bu arxaya baxmaq kimi bir şey ola bilər. Mən Bəyazla, Acunla, Urqantla müqayisə olunmaq istəyərəm.

- Tural özünüz haqqında danış...

- Subyam , 24 yaşım var . Bir məsəl var, "Ağac mənimdirsə, kölgəsində kim oturur otursun". Bizdə bu deyimi qəbul edən xanım azdır. Teleaparıcının ətrafında daim üçüncü ,dördüncü şəxslər olur, yəni kölgəsində. Buna hazır olmaq lazımdır.

- Necə xanımlardan xoşunuz gəlir?

- Deyirlər xarici görünüş əsas deyil, əsas daxili gözəllikdir. Mənim fikrimcə, bu çox səhv düşüncədir. Zahirən gözəl xanımlar həmişə diqqətimdə olur. Mən bəyədiyim xanımın bədən quruluşu, ölçüləri, boyu, sima gözəlliyi, bir sözlə, hər şeyi yerində olmalıdır. Sarışın və ya əsmər olması vacib deyil. Axxx... Adriana Lima məni məhv edir... ( gülür).

- Tural bir vaxtlar Aygün Kazımova ilə yaxın dostluğunuz var idi. Amma deyəsən, indi aranızdan qara pişiklər keçib?

- Aygün Kazımova! Ona qarşı həm bir sənətçi kimi, həm də bir xanım kimi simpatiyam olub.Mən nə edə bilərəm ki, verilişimdə qonaq olan müğənnilər Aygün Kazımova haqqında yaxşı nəsə danışmayıblar. Aygün Kazımova gəlib beş artıq danışardı, cavabların verərdi, mən də onu alqışlayardım.

O, Natavan-Aygün, Ramal-Aygün, Namiq-Aygün münaqişələrində məndən inciyib. Amma mən bunu gözləməzdim. Aygün Kazımova üçün indiyə qədər çox jestlər etmişəm. İndi də ona qarşı kinim yoxdur. Ad günündə də canla-başla iştirak etdim. Amma sonra qara pişik kim idisə girdi aramıza . Mən bilirəm bu kimdir. Snoop Dogg aranı qatıb. Mən sənə nifrət edirəm qara insan! Aygün səni sevirəm! (gülür).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1261   Tarix: 26 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 1202
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 5666
.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək. Belə bir günd

27.09.2021 21215
.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2643
.

Meyxanaçı yoxsa iş adamı? - Aqşin Fatehdən maraqlı AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

İş adamı kimi fəaliyyətini davam etdirən meyxanaçı Aqşin Fateh restoranının ikinci filialının açılışını edib. Tanınmış meyxanaçı BİG.AZ-a özəl açıqlamalar verib. Müxbirimizin suallarını cavablandıran Fateh şəxsi iş fəaliyyətindən danışaraq, meyxana aləmini tərk etmək fikrində olmadığını vurğulayıb. Dah

03.03.2022 6356
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6723
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4325
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7243