Həkimlərdən qorxulu xəbərdarlıq - Uşaqlarınızı qoruyun!

Həkimlərdən qorxulu xəbərdarlıq - Uşaqlarınızı qoruyun!Britaniyanın Səhiyyə Nazirliyinin bu gün yaydığı "Valideynlərə müraciət"ində belə deyilir.

BiG.AZ XezerXeber.com-a istinadən xəbər verir ki, "Uşaqlar yemək zamanı yalnız su və ya süd içə bilərlər. Şirin meyvə şirələri və ya qazlı sular uşaqlardan mümkün qədər uzaq tutulmalıdır. İmkan varsa, uşaqların şirin qazlı sular içmələrini ümumiyyətlə yasaqlayın. Övladlarınızın xəstə, ən qorxulu mərəzlərə düçar adama çevrilməsini istəmirsinizsə, onun qidalanmasına, nə yeyib-içdiyinə ciddi fikir verin".

Britaniyanın Səhiyyə Nazirliyinin bu gün yaydığı "Valideynlərə müraciət"ində belə deyilir. Meyvə şirələrinin uşaqların orqanizmi üçün xeyirli olduğunu düşünən, bu şirələri vitamin və mikroelementlər mənbəyi sayan şəxslər yanılırlar.

Meyvə şirələrinə aludə olan uşaqların orqanizmlərində şəkər miqdarı da normadan minimum 40 faiz artıqdır. Bundan başqa, yemək zamanı meyvə şirələri və ya qazlı sular içən uşaqlarda sürətlə kökəlmə, piylənmə, izafi çəki artımı, 2-ci tip şəkərli diabet, ürək-damar sistemində fəsadlar və ağır ürək çatışmazlıqları yaranır.

Britaniya Səhiyyə Nazirliyinin ekspertlərinin qəti fikrincə, uşaqların masasında qidalanma zamanı meyvə şirələri və qazlı sular olmamalıdır. London Kral Kollecinin professoru, məşhur dietoloq Tom Sandersin dediyinə görə, şirin sular içmək insan orqanizmi üçün təhlükəlidir.

"Uşaqlar yemək yeyəndə belə zəhərlərdən, "təbii meyvə şirəsi" adı ilə satışa çıxarılan məhsullardan uzaq olmalıdırlar. Birdəfəlik anlamaq gərəkdir ki, marketlərdə heç bir halda saxlama müddəti 1 həftədən çox olan təbii meyvə şirəsi satıla bilməz. Reklamlara aldanaraq, tamaha əsir düşərək uşaqlarımızı xəstə, şikəst etməyək. Uşaq yemək yeyəndə masanın üstündə sadəcə adi su və ya süd olmalıdır", - Tom Sanders söyləyib. Onun sözlərinə görə, 250 millilitr portağal şirəsində 115 kalori və ya 7 çay qaşığı şəkər, 1 banka Coca-Colada isə 139 kalori var.

Oksford Universitetinin professoru Syuzan Cebb də hesab edir ki, uşaqlara heç bir halda, ümumiyyətlə şirinləşdirilmiş və ya qazlı içkilər, "təbii" meyvə şirələri vermək olmaz.

Britaniya Səhiyyə Nazirliyi hökumətə və parlamentə müraciət edərək meyvə şirələri kimi satılan içkilər, habelə sərinləşdirici və qazlı içkilərin qiymətlərinin bahalaşdırılmasını təklif edəcək. "Şəkər vergisi" adlanan bu təklifə görə, Britaniyada 1 banka Coca-Colanın qiyməti 0,48 funt-sterlinqə çatdırılmalıdır.

Bundan başqa, ibtidai və orta məktəblər, habelə liseylərdən ən azı 300 metrlik məsafədə qazlı və sərinləşdirici içkilərin satışının yasaqlanması təklif olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2236   Tarix: 28 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bazarlarda durğunluq: Çilçıraq erası başa çatır? - REPORTAJ

Əvvəllər əsasən, cehiz bazarlığında çilçıraqlar önəmli əşyalardan hesab olunurdu. Hamı ən yaxşısını, ən keyfiyyətlisini almağa çalışırdı. İndi vəziyyət dəyişib. LED işıqların meydana çıxması ilə çilçıraqlar bir çox insanlar tərəfindən keçmişin yadigarları hesab edilir. Çilçıraq deyəndə ilk olaraq məşhu

07.04.2024 763
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 341
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14.04.2024 974
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 324
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 455
.

Nübarlıq alça çıxdı: qiyməti təəccübləndirdi

Bir neçə gündür nübarlıq alça və çiyələk artıq bazar və dükanlarda satışa çıxıb. BİG.AZ -a istinadən xəbər verir ki, istixanada yetişdirilən alçanın 4 ədədinin qiyməti 10 manatdır. Yəni bir kiçik alça 2,5 manat. Gilasın isə kilosu 10 manatdan başlayır

07.04.2024 703
.

Dünyanın bu bölgələrini yayda cəhənnəm istisi bürüyəcək - PROQNOZ

Qlobal istiləşmə planetimizin ən aktual problemlərindən biri olaraq qalır. xarici KİV-ə istinadən bildirir ki, çinli mütəxəssislərin proqnozuna görə, bu il cəhənnəm istiləri Yer kürəsinin üç regionunu əhatə edə bilər. Nəticələr göstərib ki, Filippin, Benqal körfəzi və Karib dənizi 2024-cü ilin iyun ayın

07.04.2024 648
.

İstanbulda seçici məntəqədə özü ilə gətirdiyi toyuqla səs verib

Türkiyənin İstanbul şəhərində 60-65 yaşlı vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə çiynində toyuqla birlikdə gəlib. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Onun məntəqəyə gəlişi seçicilərin marağı və gülüşünə səbəb olub. Qeyri-adi seçici toyuğu

31.03.2024 373
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 290