Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLAR

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARSandra Ballak almanı gözəllik möcüzəsi adlandırır.

Möhtəşəm görünüşlərini bir neçə estetik əməliyyatlara borclu olduqlarını düşündüyümüz məşhurlar sən demə, gözəl görünmələri üçün təbii üsullardan istifadə edirlər.

İllərə meydan oxuyan Sofi Loren cavan və gözəl qalmaq üçün pomidordan vaz keçmir, İris Berben üz dərisini xiyarla gözəlləşdirir, Sandra Ballak isə almanı gözəllik möcüzəsi adlandırır.

BiG.AZ Oxu.Az-a istinaden təbii vasitələrlə gözəlləşən hər kəsin favoritinə çevrilmiş dünya ulduzlarının gözəllik sirlərini açıqlayır:

Dünyaca məşhur İtalyan film ulduzu Sofi Lorenin gözəlliyinin sirri pomidordadır. Necə? İndi biləcəksiniz…

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARMəşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARPomidorları soyub püre halına gətirdikdən sonra içinə bir qaşıq bal və zeytun yağı qatan Loren, bu qarışığı üzünə çəkdikdən sonra bir saat saxlayır.

Botoksa qarşı olduğunu söyləyən Loren, bu üsulun üzündə yaranan qırışların aradan qalxmasına kömək olduğunu deyir.

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARAlman aktrisa İris Berben 54 yaşında olmasına baxmayaraq, 10-15 yaş cavan görünür.

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARGənc vaxtlarından bu yaşına qədər anasından öyrəndiyi gözəllik maskasını istifadə etdiyini söyləyən Berben xiyarın üz dərisində möcüzə yaratdığına inanır.

Belə ki, xiyarı püre halına gətirəndən sonra bir az südlə qarışdıran aktrisa bu qarışığı üzündə 20 dəqiqə saxlayır. İris Berben bu maskanı hər gün istifadə etdiyini söyləyir.

Sandra Ballak isə almanı gözəllik möcüzəsi adlandırır.

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARGündə ən az 2 ədəd alma yediyini söyləyən 40 yaşlı Sandra Ballak bu meyvənin həm bağırsaqlara xeyirli təsirinə, həm də dərisini gözəlləşdirdiyinə inanır.

Hollivudun məşhur aktrisası eyni zamanda alma qabıqlarını üzünə çəkərək bunun pilinq təsiri yaratdığını və dərini ölü hüceyrələrdən təmizlədiyini qeyd edir.

Dünyanın məşhur, gözəl və ən çox qazanan qadınlarından olan Kameron Diaz sadəcə üz gözəlliyi ilə deyil, vücud gözəlliyi ilə də diqqət çəkir. Bəs, görəsən onun gözəllik sirri nədədir?

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARİki aydan bir dərisini pilinq ilə ölü hüceyrələrdən təmizlədən Diaz cəfərinin inanılmaz gözəllik sirri olduğunu söyləyir. O qeyd edir ki, "Cəfəri üz dərisindəki şişkinlikləri aradan qaldırır və üzə parıltı verir". Aktrisa makiyajını təmizlədikdən sonra üzünü ilıq çayla silir. Bu, üz dərisini yumşaq edir və təravətləndirir. Onun başqa bir maraqlı resepti də var. Ulduz, bir miqdar quru südə azca su qatıb qarışdırdıqdan sonra halqa şəkilli hərəkətlərlə üz dərisini masaj edir.

37 yaşında olmasına baxmayaraq hələ də üzündəki sızanaqlarla mübarizə aparan alman ulduz Dagmar Siegel bunun üçün aspirindən istifadə edir. Bir miqdar suda əzdiyi aspirini sızanaqlar olan yerə çəkən Siegel bu üsulun işə çox yaradığını deyir.

Cessika Parker gözətrafı ləkələri və mimik qırışları aradan götürmək üçün dərisini itburnu yağı ilə masaj edir.

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARBundan əlavə gündə ən azı 4-5 stəkan itburnu çayı içən Parker, pambığı bu çay dəmləməsində isladıb gözlərinə qoyur. Bu üsulla gözlərindəki yorğunluğu aradan qaldırır.

Model Sindi Kroford südlü su ilə gözəlləşir.

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARCazibədar xanım dərisinin yumşaq və nəmli qalması üçün suya bir miqdar süd qarışdırıb üzünü silir. Südün tərkibindəki protein, vitamin və aminoasidlər dərinin ehtiyacı olan nəmliyi təbii yolla bərpa edir.

Məşhur müğənni Meray Keri öz gözəllik sirrini belə açıqlayır.

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARTəmizlənmiş üz dərinizi süd və buz qarışığında isladılmış dəsmal ilə kompres edin. Bundan sonra dərinizin necə canlandığının şahidi olacaqsınız.

Aktrisa Culya Roberts üz dərisi, əlləri və dırnaqlarının baxımlı olması üçün zeytun yağından istifadə edir.

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARHəkimlərin fikrincə, zeytun yağının tərkibində olan omeqa 9, E, K vitaminləri əllər və dırnaqlar üçün çox xeyirlidir. Roberts həftədə 2 dəfə zeytun yağını əllərinə və dırnaqlarına çəkir.

Dünyaca məşhur model Keyt Moss hər gün bu maskadan istifadə edir.

Məşhurların gözəllik sirləri – ARAŞDIRMA FOTOLARXanımlar, diqqətli olun!!!... Maskanın tərkibi ilə sizi tanış edirik.

Hər səhər xiyar dilimləri və xırda buz parçalarına bir qədər soyuq su əlavə etməklə qarışıq hazırlayın və üzünüzə çəkin.

10 dəqiqə saxlayın və yuyun. Nəticəni isə ətrafdakıların sizə zillənmiş baxışlarından özünüz oxuyacaqsınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4490   Tarix: 26 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189