Xanım Qafarovanın müalicəsi fayda vermədi - Anası şok içində

Xanım Qafarovanın müalicəsi fayda vermədi - Anası şok içindəAzərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrın aktrisası Xanım Qafarova Milli Onkoloji Mərkəzdən evə buraxılır.

Bu barədə AzNews.az-a aktrisanın anası məlumat verib.

O deyib ki, bu günə qədər aparılan müalicə kurslarına baxmayaraq, X. Qafarovanın səhhətində müsbət irəliləyiş əldə olunmayıb: "Xanım 10 gündən artıqdır ki, xəstəxanadadır. Çoxlu qan vursalar da, analiz bədənində qanın az olduğunu göstərir. Bu isə o deməkdir ki, edilən müalicənin faydası olmayıb. Ona görə də həkimlər Xanıma evə getməyi məsləhət biliblər".

X. Qafarovanın anası əlavə edib ki, artıq nə edəcəyimi bilmir: "Nə edəcəyimi bilmirəm. Ana-bala bas-başa yaşayırdıq. Azyaşlı qızı necə böyüdəcəyəm, Xanıma nə deyəcəyəm, heç bilmirəm? Uşağı Xanımın Türkiyədə olduğunu düşünür".

Qeyd edək ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. Xəstəliklə əlaqədar olaraq aktirisa 3 dəfə əməliyyat olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 6806   Tarix: 20 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040