Nisə Qasımova: "Evlilik mənim üçün heç bir önəm kəsb etmir"
Ailem.az-ın "O..." layihəsinin suallarını bu dəfə xalq artisti Nisə Qasımova cavablandırıb.
- Sevgi, ya qarşılıqlı hörmət?
- Qarşılıqlı hörmət. Çünki qarşılıqlı hörmət olan yerdə sevgi də olur.
- Subaylıq, yoxsa evlilik?
- Nisə Qasımovaya görə subaylıq daha düzgündür. Evlilik mənim üçün heç bir önəm kəsb etmir.
- Qaynana, ya gəlin?
- Məncə, gəlin. Hər bir gəlin sonda qaynana olur.
- Evdə qadının, ya kişinin sözü?
- Evdə kişinin sözü.
- Ailə, yoxsa sənət?
- Ailə mükəmməlliyi varsa ailə.
- Muğam, ya pop?
- Hər şey muğamın kökündən başladığına görə muğam.
- Duet, ya solo ifa?
- Mən duetin əleyhinəyəm. Bəzən partnyor adamı yarı yolda qoya bilər. Solo.
- Xalq artisti, yoxsa xalqın artisti?
- Xalq artisti. Mənim qarşıma çıxan hər beş nəfərdən üçü xalqın artistidir.
- Ələkbər Tağıyev, yoxsa Faiq Sücəddinov?
- Ələkbər Tağıyev - yalnız və yalnız.
- Şou-biznes, yoxsa toy?
- Toy. Bu gün şou-biznes aləmində hamını toy maliyyələşdirir.
- Moskva, yoxsa Bakı?
- Əlbəttə, Bakı.
- "Yalandı dünya", yoxsa "Qayıtdım"?
- "Qayıtdım".
- Eynəkli, yoxsa eynəksiz Nisə Qasımova?
-Eynəkli Nisə Qasımova. Çünki eynək altından hər şey yaxşı görünür.
- Qadın, yoxsa kişi sürücü?
- Kişi sürücü. Bəzi qadınlar sükan arxasında oturdusa, gözü qaynayır.
- Modelyer, yoxsa zövqlə geyinmək?
- Zövqlə və təmiz geyinmək.
- Qışda, yoxsa yayda tətil?
- Hər tətilin öz gözəlliyi var. Əsas tətil olsun.
- Kənd, ya şəhər?
- Mən şəhəri təqdir edirəm. Kənd həyatını çox sevirəm.
- 14 fevral, yoxsa 30 iyun?
- Hərəsinin öz mahiyyəti var.
- 26 iyun, yoxsa 8 mart?
- 26 iyun.
- Bişirmək, ya yemək?
- Bişirmək daha faydalıdır.
- Pəhriz, ya nə gəldi yemək?
-Əlbəttə, pəhriz, təmiz, səliqəli, uyğun yemək.
- Qutab, yoxsa pizza?
- Qutab. Pizza qutabdan qaynaqlanır.
- Bağışlamaq, yoxsa nifrət?
- Bağışlamaq. İllərlə içimdə olan nifrət məndə qalsın, amma bağışlamaq.
- Ağ, yoxsa qara?
- Ağ, ağ rəngdən istədiyin effekti almaq olar.
- Sizin qayğınız, yoxsa sizə qayğı?
- Mənim özümə olan qayğıları unutmuşam, gözlədiyim qayğıları görməmişəm. Mən qayğı göstərməliyəm.
- Hədiyyə, yoxsa bir söz yetər?
- Söz. Söz min cür hədiyyəni əvəz edə bilər.
- Kitab, ya jurnal?
- Kitabın öz yeri, jurnalın öz yeri. Jurnaldan az məlumat ala bilərsən. Amma kitab oxuyanda hər hansı obrazdan özünə nəsə götürmək olar. Daha çox dini kitablara üstünlük verirəm. Sözün əsl mənasında islam alimlərinin kitablarına.
- Film, yoxsa serial?
- Film.
- "Möhtəşəm yüz il", yoxsa "Kurtlar vadisi"?
- "Möhtəşəm yüz il"ə baxandan sonra insanlara nifrət elədim. Sultanın oğlanlarını qətlə yetirməsi mənə təsir etdi. "Kurtlar vadisi" daha çox öyrədicidir, orda hər şey var, siyasət, dostluq, qardaşlıq, qayğı və sairə.
- Teatr, ya kinoteatr?
- Bir dəfə kinoteatrda olmuşam. Teatr. Amma bu gün teatra axın azdır.
- Olum, ya ölüm?
- Ömrünü düzgün, sağlam yaşayanlar üçün ölümün özü bir həyat deməkdir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş