Baş nazirin iqamətgahında siçan göründü (Video)

Baş nazirin iqamətgahında siçan göründü (Video)Böyük Britaniya sakinləri baş nazir Devid Kameronun iqamətgahında siçanın görüntüləndiyi kadrlardan şoka düşüb. Siçan BBC telekanalının canlı yayımı zamanı Londonda Downing Street, 10 ünvanında yerləşən binanın pilləkənlərində nəzərə çarpıb. Reportaj fərqli mövzuda olsa da, bu görüntü tam təsadüfi olub. BBC-nin siyasi məsələlər üzrə müxbiri Qari O'Donogue baş nazir Devid Kameronun sosial təminatla bağlı islahatlara dair planlaşdırılan çıxışından danışarkən siçan nə müxbirə, nə də çəkiliş qrupuna əhəmiyyət verməyərək cəld öz işinin dalınca qaçıb. Bu video görüntü Böyük Britaniya telekanalları və internetdə böyük marağa səbəb olub.

Vaxtilə qərargahda siçanların ovu üçün xüsusi pişiklər saxlanılsa da, onlar artıq uzun müddətdir yoxdur. "Siçan komandiri" ləqəbi ilə tanınan əfsanəvi pişik Hemfri üç baş nazir- Marqaret Tetçer, Con Meycer və Toni Blerə xidmət göstərib.

Həmin videoya burada baxa bilərsiniz:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3931   Tarix: 21 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390