Çalışın, pensiya alana kimi ölməyin! - VİDEO

Çalışın, pensiya alana kimi ölməyin! - VİDEOPensiya yaşına çatmadan ölən şəxsin sosial müavinət üçün yığılan pullarının sonrakı taleyi heç şübhəsiz hər kəs üçün maraqlıdır.

BiG.AZ-ın ANS TV-yə istinadən məlumatına görə, çünki az belə halla rastlaşmamışıq ki, adam pensiya yaşını haqlamamış dünyasını dəyişir və ona düşən pensiya heç bir ailə üzvünə ödənilmir. Halbuki bir çox inkişaf etmiş ölkələrdə vətəndaş pensiya yaşına çatmadan ölərsə, ona çatmalı olan vəsait övladına, yaxud da hansısa varisinə verilir. Ekspertlər də təsdiq edir ki, bizdə bu cür halların 90 %-də həmin pullar batır.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, əgər ölən vətəndaş əlildirsə, yaxud hansısa xüsusi statusa malikdisə, o zaman həmin pullar onun övladlarına verilə bilər. Digər hallarda isə vətəndaş bir də pensiya yaşına çatmalıdır ki, o, vəfat etdikdən sonra onun pensiyası ailə üzvlərinə ödənilsin. Xarici təcrübədə isə bu məsələyə daha həssas yanaşılır.

Düzdür, bu cür minimumlar hazırki qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni ölkəmizdəki mövcud qanunvericiliyə əsasən rəhmətə gedən şəxs pensiya yaşına çatmayıbsa, onun balansında yığılan pullar ailə üzvlərinə ödənilmir. Ailə üzvləri yalnız qanunla nəzərdə tutulmuş dəfn pulu ilə təmin olunurlar. Dövlət Sosial Müdafiə Fondunun sektor müdiri Rüfət Oruclunun sözlərinə görə, ölüm halı sosial sığorta hadisəsidir və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.

Mövcud qanunvericilikdə o da var ki, rəhmətə gedən şəxsin yoldaşı 1-ci və ya 2-ci qrup əlildirsə, övladı 18 yaşına çatmayıbsa, ya da 23 yaşında əyani təhsil alırsa, o zaman vəfat edənin pensiyası həmin şəxslərə verilir.

Məlumat üçün bildirək ki, hazırda ölkədə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 59 yaş yarımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2107   Tarix: 18 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040