Gecə döyülən qapı

Gecə döyülən qapıO gün yanvarın 19-dan 20-nə keçən gecə, heç kəsin ağlına gəlməzdi ki, bir zamanlar inandığımız Sovet ordusu artıq Azərbaycanın paytaxtı Bakıya girməyə, əliyalın, silahsız insanları qətlə yetirməyə hazırlaşır. Həmin vaxtlarda Azərbaycan Televiziyasında da gərgin vəziyyət yaranmışdı. Ertədən Teleradionun həyətinə tanklar daxil olub, əliavtomatlı, üzü maskalı xüsusi təlim görmüş əsgərləri guya əhalinin təhlükəsizliyini qorumaq üçün oraya toplamışdılar. Həmin gün vəziyyətin gərgin olmasına baxmayaraq, işçilərin bir çoxu iş başında idilər. Həmin o faciəni soyuq avtomat lülələri altında lentə alan televiziya işçilərindən biri də kinorejissor, respublikanın xalq artisti Vasif Babayev idi.

Xatırladaq ki, Vasif Hacıağa oğlu Babayev 1940-cı il sentyabrın 16-da Bakı şəhərində doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Ömrünün qırx ilindən çoxunu televiziyaya həsr edib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əvvəlcə rejissor köməkçisi kimi işə başlasa da, sonradan baş rejissor, bədii rəhbər vəzifələrində çalışıb. Onun müsahibə zamanı həyəcanlandığını, o anları təkrar yaşadığı aydın görünürdü.

-Vasif müəllim, siz yanvarın 19-dan 20-nə keçən gecə, o dəhşətli anların şahidi olmusunuz. Yenidən o günlərə dönmək sizin üçün nə qədər çətin olsa da, istərdim qan yaddaşımız olan həmin tarixin səhifələrini bir də vərəqləyək. Necə xatırlayırsınız o anları?
-O günləri unutmaq olur ki? Heç vaxt unuda bilmirəm. Həyatımın sonuna qədər də unutmayacağam. Yadımdadır ki, hələ o hadisələr başlamamışdan bir neçə ay qabaq bizim Teleradionun ətrafında və həyətində hərbçilər toplaşmışdı. O vaxt Moskvadan Primakov, Girenko və Mixaylov kimi yüksək vəzifə sahibləri Bakıya ezam olunmuşdular. Bugünkü kimi yadımdadır: onlar yanvarın 19-u saat 18:30-da çıxış etdilər. Həmin çıxışlar elə çox şeydən xəbər verirdi. O çıxışların stenoqramları indi də durur. Girenko demişdi: "Əmr var, Sovet ordusu Bakıya daxil olacaq, amma Azərbaycanın rayon və şəhərlərində əhali bunu bilməməlidir!". Primakov: "Respublikanın bütün əhalisi informasiyanı demək olar ki, yalnız televiziyadan alır". Mixaylov: "Rabitəni mütləq ləğv etmək lazımdır!", -demişdilər.

-Yəni xalqı informasiya mənbəyi olan rabitədən məhrum etmək?
-Bəli. Elə də oldu. Yanvarın 19-da axşam "Xəbərlər" proqramını efirə hazırlayırdıq. Heç nədən xəbərimiz yox idi. Birdən partlayış səsi eşidildi. Hamımız həyətə qaçdıq. Heç kim nə olduğunu anlaya bilmirdi. Həyətə düşəndə gördük ki, ətrafı tüstü bürüyüb. Sən demə, hərbçilər televiziyanın enerji blokunu partladıblar. Təsəvvür edirsiniz?

-Bəs həmin anda neylədiniz? Hansı qərara gəldiniz?
-Biz özümüzü itirmədik. Tez təcili yardıma zəng etdik. Çox tez gəldilər, 7-8 dəqiqəyə. Özümüz də təəccüb etdik ki, nə tez gəldilər. Elə bil hazır dayanmışdılar. Sonra Dövlət Təhlükəsizlik Komitəsinin, Teleradio Komitəsinin rəhbərliyi və Mərkəzi Komitənin məsul işçiləri hadisə yerində göründülər.

-Partlayış zamanı enerji blokunun işçiləri hadisə yerində idilər?
-Bəli, orada idilər. Biz sonra bildik ki, növbətçi mühəndislər İbrahim Hüseynov və Viktor Romanov gözə dəymirlər. 5-6 əməkdaşla birlikdə getdik ora, hadisə yerinə. Nə görsək yaxşıdır? Təxminən 20-30 nəfər qeyri-adi geyimdə olan hərbçi oranı tərk etməyə hazırlaşır.

-Onlar kim idilər? Geyimləri nə cür idi?
-Onlar bizim hər gün gördüyümüz əsgərlərə bənzəmirdilər, elə bil kosmosdan gəlmişdilər. Döşlərində qısa avtomat, əllərində radiostansiya telefonu. Özləri də ucaboy idilər, bəlkə deyim sizə, iki metr hündürlüyündə. Sonradan bildik ki, onlar "Alfa" qrupundan olan hərbçilərdir.

-Onlar sizə qarşı zor tətbiq etdilər?
-Bəli. Biz onlara dedik ki, bəs iki işçimiz yoxdur. Bizə cavab vermək əvəzinə silaha əl atıb üstümüzə qışqırdılar: "Ubiraytes von, a to mı za sebya ne otveçayem. Mı vıpolnyayem prikaz".

-Bəs yoxa çıxan o iki mühəndisin taleyi necə oldu?
-Heç demə, onları enerji blokunun yanında qapı arxasında hərbçilərin nəzarəti altında həbsdə saxlayırlarmış. Onlar hadisənin şahidi idilər, çox şey bilirdilər. Həmin gün onların yerini öyrənə bilmədik. Sabahı gün tanımadığımız bir şəxs evimizə zəng vurub dedi: "Sizin iki işçiniz, Hüseynov və Romanov 26 Bakı Komissarları (indiki Səbail) rayonunun polis idarəsindədirlər. Onları buraxmırlar, gedin onları qurtarın, əgər yubansanız, partlayışı sizin üzərinizə yıxacaqlar".

-Zəng edən kim idi, bilmədiniz?
-Adını demədi. Mən uşaqlara xəbər verdim, telejurnalist Cavanşir Cahangirov, operator Ələkbər Muradov, DTK-nın əməkdaşı Məmmədəli Əliyev və mən getdik milis idarəsinə, Hüseynovu və Romanovu birtəhər ordan çıxarıb televiziyaya gətirdik.

-Bəs necə oldu ki, partlayışdan bu iki şəxsə xətər toxunmadı?
-Təsadüfən sağ qalıblar. Sonradan istintaq müəyyən etdi ki, partlayışdan sonra onları məhv etməli idilər. Onlar öz müsahibələrində də bunu dəfələrlə söylədilər.

-Deyilənlərə görə, faciənin baş verdiyi ertəsi gün xalq şairi Bəxtiyar Vahabzadə bütün bu olanlara dözməyib işğalçı ordunun komandanı, general Ovçinnikovun üzünə tüpürüb. Bu, doğrudurmu?
-Bəli, doğrudur. Bu hadisə mənim yanımda oldu. Həmin işğalçı ordunun baş senzoru Ovçinnikov 20 yanvar gününün səhəri Teleradionun həyətində idi. Biz də, Fuad Tanrıverdiyev, Ələkbər Muradov və mən orada idik. Bir də gördük ki, Bəxtiyar Vahabzadə həyəcan içində, gözləri qızarmış, dolmuş halda bizə yaxınlaşdı. O, efirə çıxmaq, xalqa söz demək istəyirdi. Amma buna icazə vermədilər. Bəxtiyar müəllim nifrətlə Ovçinnikova baxıb "Okkupantı!", - dedi və ona tərəf tüpürdü. Hamı yerində donub-qaldı. Təsəvvür edirsiniz, Ovçinnikov nə vəziyyətə düşdü? Ətrafımızdakı əsgərlər dərhal avtomata əl atdılar. Biz hamımız quruyub qalmışdıq. Çünki onlardan nə desən gözləmək olardı. Yubanmaq olmazdı, faciə baş verə bilərdi. Mən və yoldaşlarım hərəkətə gəldik. Tez Ovçinnikova dedik ki, o, xalq şairidir, millət vəkilidir, indi hirslənib, ona görə belə oldu. Nə isə, birtəhər Ovçinnikovu yola gətirdik. O, əsgərlərə işarə etdi ki, dayanın.

-Siz və iş yoldaşlarınız baş verən hadisələri gizlincə lentə alaraq xalqa çatdıra bildiniz. Buna görə sizə hər hansı təzyiqlər oldu?
-Əlbəttə. Amma ürəyim rahat idi ki, hər şeyi vaxtında lentə almışdıq. Və ürəyimə dammışdı ki, buna görə məni və yoldaşlarımı həbs edəcəklər. Əslində, biz bunu gözləyirdik. Elə ürəyimizə gələn başımıza da gəldi. Bir gün hörmətli xalq yazıçımız, çox vətənpərvər bir insan olan rəhmətlik İsmayıl Şıxlı Teleşirkətin həyətinə gəldi və mənə dedi: "Vasif, sən televiziyaya bir müddət gəlmə, onsuz da işləmir. Evə də getmə, başqa yerdə qal! Biz səni təhlükədən qorumalıyıq". Dedim ki, "çox sağ olun, İsmayıl müəllim, amma mən evdə qalacağam".

Yanvarın 26-dan 27-nə keçən gecə saat 1-2 radələrində mənzilimizin qapısı bərk döyüldü. Bir tərəfdən də qapının zəngini ara vermədən çalmağa başladılar. Dərhal bildim ki, məni aparmağa gəliblər. Mən əvvəlcədən balkon qonşumuza demişdim ki, əgər gecə dalımca gəlsələr, siz tərəfə keçmək üçün aranı taqqıldatsam, narahat olmayın, bilin ki, mənəm. Qapı döyülən anda istədim ki, qonşu balkona keçim, qızım yapışdı məndən, dedi, ata, evdə qal, sənə heç nə etməzlər, sən neyləmisən ki? Qızım onda tələbə idi. Nə isə, mən qapını açdım və gözlədiyim qonaqlar içəri daxil oldular.

-Onlar hərbçilər idi?
-İkisi mülki geyimdə, üçü isə "Alfa"nın geyimində idi. Onlardan biri amiranə səslə mənə dedi: "Sən bizimlə Bakı şəhər hərbi komendantının yanına getməlisən!". O birilər isə evi axtarmağa başladılar. Birdən kitab rəfində ulu öndərimiz, rəhmətlik Heydər Əliyevlə birgə fotoşəklimizi görcək qışqırdı: "Petroviç, sən bir bura bax, dahi insan!". Sonra əsəbi tərzdə mənə sarı dönüb soruşdu: "O sizin nəyinizdir?". Bu, həmin dövr idi ki, Heydər Əliyevi vəzifədən uzaqlaşdırmışdılar və o, "20 yanvar" hadisəsinə etiraz əlaməti olaraq cəllad Qorbaçov rejiminin, Sovet imperiyasının iç üzünü bütün dünyaya bəyan etmişdi. Universitet tələbəsi olan qızım məni qabaqlayıb cavab verdi: "Niyə bizim? O, bütün Sovet xalqının tanıdığı və sevdiyi bir şəxsiyyətdir".

Daha sonra mənə əmr etdilər ki, onlarla gedim. Aşağı düşəndə əsgərlərdən biri silahı kürəyimə dirəyib dedi: "Bir addım sağa-sola dönsən, səni güllələyəcəyəm!". Artıq anladım ki, məni həbs edirlər.

-Sizi hara apardılar?
-Qaraşəhərdə təcridxana var, oraya. Və orda məni məcbur etdilər ki, guya günahkar olmağım barədə izahat yazmalıyam.

-Sizi nədə günahlandırdılar?
-Guya mən televiziyanın işinə mane olmuşam. Sonra mitinqlərə çağırışda çəkilmiş video-lentlərin gizlədilməsində suçlayırdılar.Təbii ki, mən belə bir ittihama imza ata bilməzdim. Məni kameraya apardılar. Bir azdan oraya iş yoldaşlarım Azər Zamanlı və radio jurnalisti Rafiq Ağayevi də gətirdilər. Yaxşı ki, məni aparan anlarda həyat yoldaşım tez Seyidağa Mövsümova (operator red. ) zəng vuraraq əhvalatı ona çatdırıb. Biz onunla ailəvi yaxın idik. Seyidağa evdən çıxan kimi onu da həbs etmək üçün dalınca silahlı adam gedir. Yanvarın 27-də Azərbaycan Televiziyası öz verilişlərini bərpa etdi. Sabahı gün əllərimizi qandallayıb Nasosnı qəsəbəsində yerləşən Hərbi Hava Limanına, oradan isə silahlı hərbçilərin müşayiətilə təyyarə ilə Krasnodar şəhərinə apardılar. Bizi "Stolıpin" deyilən vaqon-zindana doldurdular. Bu elə bir yer idi ki, ayağa duranda başın yuxarıya, yatacaq yerinə dəyirdi. Gərək mütləq sağa-sola tərpənmədən hərəkətsiz qalaydın. Beləcə, üç saatdanbir növbə ilə yuxarıda uzanırdıq. Ətraf əlisilahlı əsgərlər və xüsusi təlim keçmiş alman itlərilə dolu idi.

-Sizə yemək, su verirdilər?
-Yox. İnanırsınız, bizi düz üç gün ac-susuz saxladılar. Heç bilmirdik bizi hara aparırlar. Nəhayət, bir yerdə qatar dayandı, dedilər ki, bura Ulyanovsk şəhəridir.

-Yolda sizi incitdilər?
-Bəli. Hərbi nəzarətçilər dustaqlara işgəncələr verirdi. Bizi döyürdülər, söyüb təhqir edirdilər, çoxlarının dişləri qırıldı. Pullarımızı, saatlarımızı aldılar. Ulyanovskda bizi yerli həbsxanaya salıb bir aydan çox orada saxladılar. Orada çəkdiyim zilləti ömrüm boyu unutmaram. Baxmayaraq ki, aradan 21 il keçib, amma həmin hadisələr bugünkü kimi gözümün qabağındadır. Bəzən yuxularımda da canlanır.

-Bəs Bakıya necə gəlib çıxdınız?
-Deməli, oranın hüquq-mühafizə orqanları, bizi yenə də həmin o əzablı "Stolıpin" vaqonları ilə Bakıya göndərmək istəyirdilər. Amma Varis Məcidov (Ulyanovskda polis kapitanı olub red) buna mane oldular. Varis müəllim Bakıya, Binə aeroportuna zəng etdi ki, burada 50 nəfər dustaq var, aralarında çox tanınmış, hörmətli insanlar var, niyə axı onları dustaq kimi göndərək? Mümkünsə, təyyarə göndərin. Bakıdan cavab verdilər ki, yox, biz bunu edə bilmərik. O vaxt Mütəllibovun vaxtıydı. Axır ki, yenə də Varis müəllim Bakıdan təyyarə sifariş edib öz vəsaiti hesabına bizi vətənə göndərdi. Onu da deyim ki, bizi Bakıya göndərəndən sonra orda Varis müəllimə çox böyük təzyiqlər oldu və o, məcbur oldu ki, Vətənə qayıtsın. Qayıtdı da. Daxili İşlər Nazirliyinin Şüvəlan istintaq izalyatorunda baş müstəntiq vəzifəsində işləyirdi. Polkovnik rütbəsinə qədər yüksəldi. Lakin çox təəssüf ki, 2001-ci ildə Göyçaydan Bakıya qayıdarkən öz avtomaşınında qəza nəticəsində həlak oldu.

- Orada olduğunuz müddətdə Bakıda ziyalılar sizin azad olunmağınızdan ötrü tədbir gördülər?
-Bəli. Bunu itirmək olmaz. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Anar müəllim, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Arif Məlikov, Tofiq İsmayılov və başqa bir neçə qeyrətli, vətənpərvər ziyalımız artıq Bakıda üsyan qaldırmışdılar ki, bəs bu qədər adam yoxa çıxıb. Yerimizi biləndən sonra isə onlar bizim azad olmağımızdan ötrü çox çalışdılar. Müəyyən orqanlara müraciət edir, Mərkəzi Komitəyə gedir, tez-tez ora zəng vurur və tələb edirdilər ki, bizi qaytarsınlar. Onu da deyim ki, həmin ərəfədə görkəmli qazax şairi Oljas Süleymenov da Bakıda idi. Onun da çox böyük köməyi oldu. O, tez-tez Moskvaya, müvafiq orqanlara zənglər edirdi. Beləliklə, gəldik doğma Vətənə. Amma dediyim kimi, çəkdiyimiz o günlər hər dəfə yadıma düşəndə çox pis oluram.

Mənbə: Anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5215   Tarix: 20 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:25 135
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 376
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

20:15 58
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

15:58 716
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

20:50 0
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

17:45 544
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

15:43 209
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 287
.

Sabah 30 dərəcə isti olacaq

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləy

14:46 226