Azərbaycan bu toydan danışır - VİDEO

Azərbaycan bu toydan danışır - VİDEOHadisə qarşısında kimisi gülüb, kimisi isə canının hayına qalıb.

Gəlin çoxdandır xəyalını qurduğu günə hazırlaşdı...

Bəy vüsala çatmağa tələsdi..

Toy günlərini möhtəşəm etməyin xəyalını qururdular. Toy mağarı bəzədildi, yeməklər düzüldü, qonaqlar gəldi... Amma gözlənilməz bir sürprizləqarşılaşdılar...

Toy başlayan kimi gəlinlə bəy məkanı tərk etməyə məcbur qalıblar...

BiG.AZ Xəzər xəbər-ə istinadən bildirir ki, bu görüntülər Tovuzun ucqar dağ kəndi olan Kirənədə təşkil olunmuş toy mərasimindəndir. Toy dolu səbəbindən yarımçıq qalıb.

Kimi başını doludan yastıqla qoruyur, kimi isə mağardan çıxmağın yollarını axtarır...

20 dəqiqə davam edən dolu və külək mağarın içindəkiləri bir-birinə qatıb. Süfrə havada uçub, yeməklər dağılıb, ətraf tar-mar olub....

Qonaqlar mağarın dəmirlərindən tutaraq, toyun davam etməsi üçün dəridən-qabıqdan çıxıblar. Ancaq sonradan daha da şiddətlənən dolu kənd sakinlərinin bu arzusunu ürəklərində qoyub.

Hadisə qarşısında kimisi gülüb, kimisi isə canının hayına qalıb. Amma hər kəs bu toyun başqalarından daha yaddaqalan olduğunu düşünür. Bu təbiət hadisəsi isə yəqin ki, bəy və gəlinin yadında hələ uzun müddət qalacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5794   Tarix: 18 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740