Telefondan internetə girmək neçə konturadır?- ARAŞDIRMA

Telefondan internetə girmək neçə konturadır?- ARAŞDIRMAMobil telefon vasitəsilə internetə daxil olmaq indi çox sadə və rahatdır. Belə ki, biz yolda, nəqliyyatda və ya kompüter olmayan bir məkanda olduqda belə, internetdən istifadə edə bilirik. Bu imkanı bizə mobil telefon yaradır. Azərbaycanda olan mobil operatorlar – Bakcell, Azercell və NarMobile istifadəçilərinə internet xidməti təklif edir. Operatorların rəsmi saytlarına istinad etməklə, bu xidmətin dəyərini müqayisə etməyə çalışaq. (P.s. Bakcell və Azercell operatorlarının kontur qiyməti müxtəlif olduğundan, müqayisə aparmaq üçün 10 AZN-lik konturları ortaq dəyər seçmişik).

Əgər siz internetlə bağlı heç bir kampaniyaya qoşulmamısınızsa, sadəcə olaraq əlinizə telefon götürüb internetə daxil olursunuzsa, onda hər 1 Mb (Meqabayt) üçün ödəməlisiniz:

- Bakcell abunəçiləri – 0.18 AZN (100 kontur)
- NarMobile abunəçiləri – 0.20 AZN
- Azercell (Sim-Sim) abunəçiləri – 0.67 AZN (200 kontur)/ Fakturalı xətt abunəçiləri – 0.60 AZN

Amma əgər siz mobil internetdən mütəmadi istifadə edirsinizsə, onda müxtəlif operatorlarda kampaniyayalara, GPRS paketlərinə qoşularaq, internetdən daha ucuz qiymətə istifadə edə bilərsiniz.

Bakcell
Bakcell abunəçiləri üçün limitli və limitsiz GPRS paketləri təklif edir. İnternetdən 36 saat ərzində limitsiz istifadə 1 000 kontur (1.80 AZN), 15 günlük limitsiz istifadə 15 000 kontur (27 AZN), 30 günlük limitsiz istifadə isə 27 000 kontur (48.60 AZN) dəyərindədir.
Budan başqa, Bakcell 30 gün ərzində limitli paketlər də təklif edir. Belə ki, 16 Mb internet qiyməti 700 kontur (1.26 AZN), 40 Mb 1 000 kontur (1.8 AZN), 150 Mb isə 2 700 kontur (4.86 AZN) qiymətindədir.

Azercell
Azercell, abunəçilərinə limitli internet paketləri təqdim edir. Bu operatorda siz 3 Mb internet trafiki üçün 150 kontur (0.50 AZN), 10 Mb üçün 650 kontur (2.17 AZN), 30 Mb üçün 1 000 kontur (3.33 AZN), 100 Mb üçün 2 300 kontur (7.60 AZN), 500 Mb üçün 6 500 kontur (21.45 AZN), 1 Gb üçün 11 500 kontur (38.00 AZN), 5 Gb üçün 16 250 kontur (53.60 AZN) ödəməlisiniz.
Azercell, həmçinin kompüterdə internetdən istifadə etmək imkanı da yaradıb. Belə ki, kompüterdə 1 saat internetdən istifadə etmək üçün 75 kontur (0.25 AZN), 3 saat üçün 180 kontur (0.60 AZN), 5 saat üçün 300 kontur (1.00 AZN), 10 saat üçün 500 kontur (1.65 AZN), 30 saat üçün isə 1250 kontur (4.10 AZN) ödəməlisiniz. Həmçinin Azercell Fakturalı xətt abonentləri 200 saat üçün 13.80 AZN ödəməlidir.

Data Kart Bakcell
Bakcell, 3.5G Data Kartının qiyməti 55 AZN-dir. 30 gün limiti olan bu paket vasitəsilə siz 500 Mb üçün 20 AZN, 1 Gb üçün 25 AZN, 5 Gb üçün isə 35 AZN ödəməlisiniz.

Data Kart Azercell
Azercell, 3G Data Kart vasitəsilə internet təklif edir. Data kartı əldə etmək üçün 49 AZN, 10 Mb internet üçün 2 AZN, 30 Mb üçün 3 AZN, 100 Mb üçün 7 AZN, 500 Mb üçün 20 AZN, 1 Gb üçün 35 AZN, 5 Gb üçün isə 50 AZN ödəməlisiniz.

Data Kart Nar Mobile
Nar Mobile, 3G Data Kartını 39 AZN-ə təklif edir. Bu paketdə siz 60 Mb üçün 3 AZN, 240 Mb üçün 6 AZN, 800 Mb üçün isə 20 AZN ödəməlisiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9953   Tarix: 19 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168