Dünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTO

Dünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTOBiG.AZ Ailem.az-a istinaden dünyanın ən qəribə insanlarını və onlarla bağlı maraqlı məlumatları edir.

Texnologiyaya allergiyası olan qadın. Çox təəccüblü səslənsə də, bu, doğrudur. Bir insan texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə necə ola bilər ki, texnologiyadan uzaq dursun. Maşın sürmək, mikrodalğalı sobadan istifadə etmək, mobil telefonla danışmaq, bunlar 39 yaşlı Debbie Bödün edə bilməyəcəyi şeylərdir. Spa müdiri işləyən Debbie texnoloji alətə yaxınlaşdıqda qızarır və gözləri şişməyə başlayır. Buna görə evində heç bir texnoloji alət saxlamır.

24 yaşlı Kris Sənds hər saniyədən bir hıçqırır. Hətta gecə yatarkən belə hıçqırır. Nə qədər müalicə olunsa da, heç bir faydası olmayıb. Səbəb isə mədə qapaqcığında olan zədələnmədir. Yaxın zamanda mədəsinə əməliyyatla boru taxılacaq.

Daniel Tammet həm autizm sindromu daşıyıcısı, həm də inanılmaz bir zəkaya sahibdir. Riyazi hesablamaları sürətlə yerinə yetirir, çox sürətli şəkildə yeni bir dil öyrənir.

Miroslav Maqolanın çox özünəməxsus bir bacarığı var. Çox güclü maqnit enerjiyə sahib olan bu adam düşüncəsi ilə əşyalara toxunmadan onları yerdən qaldırır.

Aşleq Morris üzməyə gedə bilmir, isti vannada uzana bilmir. Suya allergiyası olduğundan, hətta tərləmək onun allergiyasının qalxmasına səbəb olur. "Aquagenic urticaria" adlı bu xəstəlik dünyada sadəcə üç insanda var.

3 yaşlı Ret Lambı həmyaşıdlarından fərqləndirən bir özəlliyi var. O da doğulduğundan bəri heç yatmamağıdır. Bu xəstəliyin adı "chiari şəkil pozğunluğu"dur. Yəni beynin 2 parçasının normadan daha uzun olmasına görə balaca yata bilmir.

Hollandiyalı Vim Hofun ləqəbi buz adamdır. Buzun altında qaça bilir, buzla dolu bir qutuda qala bilir.

Özünü qılıncla kəsən, mismarlı yatağa yatan Tim Kridlend adlı bu adam ağrı deyilən bir duyğunun nə demək olduğunu bilmir. Hər insan da olan ağrı reseptorları onda yoxdur.

Daha 3 yaşındaykən gözləri çıxarılan və xərçəng diaqnozu qoyulan Ben Andevud gözləri olmasa da, görməyi bacarmışdı. Onda səsə bağlı olan bir görmə duyğusu var.

Mişel Lotito adlı adam bir adamın yeyə bilməyəcəyi nə varsa, hər şeyi yeyir. Şüşə, metal, taxta yeyir və ona heç nə olmur. Elmi açıqlamaya görə, onun mədəsi normal insan mədəsindən ikiqat qalındır.

Donna Simpson "dünyanın ən kök anası" kimi tanınır. Qısa müddət ərzində 317 kilodan 457 kiloya çatmaq üçün internetdə kampaniyaya başlayıb. Günə 15 dollar qazanaraq, çəki aldığını göstərir. Ancaq ikinci ərindən ayrıldıqdan sonra arıqlamağa qərar verib.

Piylənmədən əziyyət çəkən model Susanne Eman dünyanın ən kök qadını olmaq üçün rekord qırmağa çalışır. Gündə 20 min kalori alaraq 730 kiloya çatmaq istəyir. Hər gün dükana gedir və yemək yeməklə daha sağlam olacağını düşünür. Həkimlərin ölümlə bağlı xəbərdarlığına fikir vermədən 1 ton olmaq niyyətindədir.

Pırtlamış gözləri olan Jalisa Tomson buna görə hətta 500 dollarlıq mükafat sahibi olub.

Hindistanda 7 qız atası olan bir adam oğlu olsun deyə 35 ildir çimmir. Kailaş Sinq oğlu olsun deyə çimmir, dişlərini fırçalamır, bunun yerinə hər axşam qaladığı odun yanında bir ayağını qaldıraraq oturur, içki içərək Şiva tanrısına dua edir. Ocaq istiliyini hamam kimi qəbul edən bu kişi "dövlətin problemləri nə vaxt həll olunsa, mən də onda çiməcəm" deyir.

Kubada yaşayan Henand Qarinidezin normal insanlardan fərqli olaraq, 12 ayaq və 12 əl barmağı var. 37 yaşlı bu adam qeyri-adiliyindən istifadə edərək, bura gələn turistlərlə 10 dollar qarşılığında şəkil çəkdirir.

Hindistanın şimalında yerləşən Panta kəndində Rinkudevi adlı 28 yaşlı qadın iki uşaqlığa sahibdir. Bu yaxınlarda hər iki uşaqlığından iki sağlam oğul dünyaya gətirib.

Efiopiyalı 42 yaşlı dülgər Sintayehu Tişalenin qolları olmasa da işlərini ayaqları ilə görür.

Əl-ayaqlarında birlikdə 34 barmağı olan 1 yaşlı uşaq Ginnesin rekordlar kitabına daxil olub. Hindistan sakini Axşat Saenanın anası ilk uşaq olduğu üçün sevindiklərini, daha sonra şok olduqlarını deyib. Bu xəstəlik "polidaktili" adlanır.

31 yaşlı Vyetnam sakini Nquyen Duy Hai Dainin ayağında 90 kilo ağırlığında şiş var. Onun edə biləcəyi yeganə şey oturmaqdır. 61 yaşlı anası ona qulluq edir. Səhlənkarlıqdan və maddi vəziyyətinin aşağı olmasından bu hala gəlib.

Braziliyalı tibb bacısı Elaine Davidson dünyanın ən çox pirsinqinə sahib olan qadındır. Bədənində 6 min 925 ədəd pirsinqi olan qadının yaşıla boyanmış sifətində 192 pirsinq var.

Çinin Siçuan kəndində 4 kilo ağırlığında olan eyni bədəndə iki başlı əkizlər dünyaya gəlib. Əkizlərin iki onurğa və iki yemək borusu var. 50 mində 1 rastlanan bu cür hallarda həyatda qalmaq şansı 25 faizdir.

Hindistanın Naqpur kəndində yaşayan 17 yaşlı Jote Amqe 5 kilo 250 qram ağırlığındadır və 58 sm boyu var. Həmyaşıdları kimi inkişaf edə bilməyən bu qadın "Ginnesin rekordlar" kitabına "Dünyanın ən balaca qadını" olaraq daxil olub.

Dünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTODünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7964   Tarix: 15 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329