Murad Dadaşov: Telman İsmayılov olan yerdə şansım yoxdur - MÜSAHİBƏ - FOTO

Murad Dadaşov: Telman İsmayılov olan yerdə şansım yoxdur - MÜSAHİBƏ - FOTO7 il idi, 3 rəqəm idim, 1 həftədir, 2 rəqəmli olmuşam"

"Mən həmişə deyirəm ki, insanda baş verən hər hansı köklü dəyişiklik ciddi psixoloji təsirlə bağlıdır: ya o insanı möhkəm incitməlidirlər, ya o, dəlisəcinə vurulmalıdır. Yəni emosional affekt vəziyyəti yaşanmalıdır. Məndə ola bilsin, bu vəziyyətlərin hamısı üst-üstə yığıldı və qəti qərar verdim. Arıqlamağımda əsas məqsəd həyatımın daha maraqlı, gözəl və sağlam olmasıdır. Əvvəllər düşünürdüm ki, niyə bizdə yaşlı insanlar fikirli, dilxor, narazı görünür? İndi oğlum gəlir sual verir. Mən danışıram, o baxır, birdən deyir, ata, niyə fikirlisən, bir az gülümsə də. Deyirəm, hər şey yaxşıdır. Görürəm, yox, mən də zaman keçdikcə, təəccüblə baxdığım o yaşlı kişilər kimi oluram".

- Yadınızdadırsa, bir dəfə söhbətimizdə etiraf etdiniz: "Bu vaxta kimi heç kim mənə baxıb, "kaş Murad kimi sevgilim olaydı" demədi. Elə dedilər, "kaş belə qardaşım olaydı", "kaş belə oğlum olaydı"... Kişilərdə də orta yaş sindromu olduğundan, bəlkə siz də nəhayət, ideal sevgili obrazına çatmaq üçün arıqlamaq qərarına gəldiniz.

- Siz lap adamı boşatdırarsınız… qoyun, oturmuşuq (gülür). Yox. Həyatda nə baş verirsə, gərək bir az ləyaqətlə olsun. Mən yoldaşıma da etiraf etmişəm ki, gözəl qadın görəndə özümü idarə edə bilmirəm. O da məni başa düşür. Məsələn, Monika Beluççi sevgisi… Yeri gəlmişkən, arıqlamağım Monikanın boşanması ilə üst-üstə düşüb. Ola bilsin, onunla aramızda nəsə alınsın.

- Axı Monikanın boşanmasını başqa həmyerlimizlə əlaqələndirirlər?

- Həəə… Telman İsmayılov olan yerdə mənim şansım yoxdur (gülür). Sizə bir sirr açım, o məsələni Monika ilə biz düzüb-qoşmuşuq. Əslində, hər şey mənə görədir.

- Nə vaxt gətirirsiniz onu?
- O məni aparacaq özüylə. Burda qala bilmərik.

- Axır vaxtlar evdə tapılmırsınız, səyyaha çevrilmisiniz. Gəzdiyiniz ölkələrdən hansının mətbəxini sevdiniz?
- Əlbəttə, bir çoxları kimi mən də deyirəm: "Azərbaycan mətbəxi çox zəngindir, genişdir, şübhəsiz, dadlıdır, kalorilidir". Amma bu yaxınlarda öz mətbəximiz barədə yeni qənaətə gəlmişəm, bu, mənim fəlsəfəmdir (gülür), ilk dəfə də sizə deyirəm. Razılaşmaya bilərsiniz. Mənim fikrimcə, Azərbaycan mətbəxi Azərbaycan qadınına işgəncədir. Bizim mətbəx analarımızın, xanımlarımızın bütün ömrünü-gününü alır. Dəfələrlə - sizdə də olub yəqin, - anamı görməyə gedirəm, nə qədər deyirəm: ay ana, gəl otur, bəsdir mətbəxdə vurnuxdun… Ananın işi qurtarmır: aş, dolma, düşbərə, salat, qutab… O dolmanı ki gecədən səhərə kimi xırda-xırda bükürlər, stola gələn kimi, bir uduma qurtarır, vallah əziyyətinə dəyməz. Hələ bunun aşı var, bozbaşı var…

Kişilər üçün xoşbəxtlikdir, yeyirik, içirik. Amma yavaş-yavaş qadınlarımızı bu əziyyətdən biz kişilər xilas etməliyik. Buna başlamalıyıq.

Xaricdə vallah, qadın olmaq asandır: evə qonaq gəlir, salat, kartof-fri, uzağı langet… O da yarımfabrikat olur: tap-tup, qurtardı. Orda qadın bir saatdan artıq mətbəxdə qalsa, ürəyi dayanar. Bizdə dostların, qohumların sadəcə, bir yerə yığışıb görüşməsi də yemək üzərində qurulub: istirahətə hara gedək? Dağda, meşədə, rayonda harada yaxşı yemək bişirirlər, orada otururuq. Dağın başında çörək yeyirik, ətəyində yeyirik, qayıdanda da gözümüz elə yer axtarır ki, yeyək. Elə əvvəllər mən də belə idim: "əəə… çörək ye, niyə yemirsən?", "bunu da ye, niyə yemirsən?", "a bala, ala bu kababı"... Gəzmək? Ona vaxt yoxdur, yeyəndən sonra yıxılıb yatmağa yer axtarırıq. Biz yeməyə çox dərin məna veririk. Nə yeyiriksə oyuq, nə qədər yeyiriksə, o qədərik.

- Dünya mətbəxlərindən seçiminizi demədiniz..

- Mən yapon mətbəxini sevirəm: azkalorili, sağlam, tam mənə görə yeməklərdir. Dəniz məhsullarının dəlisiyəm. Amma burda da bir vacib məsələ var. İnsanın mədəsinin genetik yaddaşı mövcuddur. Bəzən bu çərçivəni aşanda böyük fəsadlar baş verir. Bizdə bir deyim var e, "dədə-baban banan yeyib ki, sən də banan yeyirsən?". Bu zarafatyana olsa da, əslində, dərin mənası var. Əgər biz yaponu qonaq edib, ona səhər tezdən xaş versək, o birinci qaşıqdan elə yerindəcə ölər. Ya da biz… Çində camaat çox rahatca qarışqa, cücü qızardıb yeyir, deyirlər: "ləzzətdir". Biz yeyə bilmərik. Biz qurbağa yemirik, halbuki Fransanın elitar restoranlarında qurbağa ətindən yeməklər var. Genetik yaddaşımızda olmayan qidalar bizim sağlamlığımız, beynimiz, həyatımız üçün xeyirdən çox zərərlidir. Yəqin, bu üzdəndir ki, son zamanlar mədə-bağırsaq, şəkər xəstəlikləri çoxalıb.

- Marketdən ən çox nə alırsınız? Bazarlıqla aranız necədir?

- Axır vaxtlar alış-verişimi belə edirəm: səbətə adətim üzrə əlimə nə keçdi atıram, kassaya çatanda geri qayıdıb, həmin şeyləri yerinə qoyuram, axıra 2-3 dənə lazımlı ərzaq qalır. Özümü xırda-xuruşla dolandırıram. Hələ büdcəyə nə qədər qənaətdir... Bizim insanlar inanın ki, yeməyə qazandığından çox xərcləyir.

- Uşaqlar da bu rejimlə yeyir?

- Yox, onlar uşaqdır, orqanizmi, bədənləri formalaşmalıdır. Onlar hələ ki, mənim köhnə rejimimlə gedirlər. Xüsusən böyük oğlum… çəkidə mənə bənzəməsə yaxşıdır. Bu pəhrizlə qidalanandan sonra bir şey baş verdi: sanki həyat mənim üçün maraqsızlaşıb. Az şeylərə sevinirəm, çox fikirli oluram.

- Xoşbəxtlik hormonu olan serotoniniz çatmır.

- Ola bilər. Əvvəl mən şirniyyat dəlisiydim, amma indi yadıma düşmür. Yemək zövqüm çox dəyişib.

- O Murad ki, özünün şirniyyat brendi var…

- Bəli… Amma bu biznes tək mənə yox, ailəmizə aiddir..

- Müsahibəboyu nə çay, nə də qəhvə istədiniz. Bayaqdan soyuq su içirsiniz…

- Hamıya da məsləhət görürəm: soyuq su için. Adamı şux saxlayır. KVN vaxtlarımda səsimə görə içmirdim, amma nahaq. Çox səhv etmişəm.

- Çoxları hələ də gözləyir ki, Murad pəhrizini açıqlayacaq, biz də arıqlayacağıq.

- Mənim pəhrizim fərdidir, bunu əcnəbi həkim təyin etdi. Amerikadan başladı, Almaniyada davam edir. Burda orqanizm, mədə quruluşu, çəki, qan, psixoloji amillər nəzərə alınır. Müəyyən dərman tabletləri də var. Mən pəhrizimi heç vaxt ümumi istifadəyə çıxara bilmərəm. Kifayət qədər bahalı, üzücü prosesdir. Mən sənə dostum kimi bir sirr açım: 7 il idi ki, mən 3 rəqəm idim, 1 həftədir ki, 2 rəqəmli olmuşam: 90 kq. Bu bir həftədə siz inanmazsız mən necə də xoşbəxtəm. Kimin üçünsə adidir, mənim üçün həyatımın mənasını dəyişdi bu hadisə. Və yenidən o 3 rəqəmə qayıtmaq istəmirəm. Mən "öküz" ölçüsündən "gombul" ölçüsünə düşdüm, qalır normal insan ölçüsünə düşmək: azı 70 kq-a. Buna nail olandan sonra arıqlamaq barədə telelayihə hazırlayıb, sağlam qidalanmaqla yeni həyata başlamağı təbliğ edəcəm.

- Sizə görə uzunömürlük düsturunun tərifi…

- Bunu gərək 90 yaşına çatım, sonra deyim. İnsan gərək beynində rahat olsun. Sizə diskomfortluq gətirən nə varsa, beyninizdən çıxarıb atın. Bu, bir növ insanı sakitləşdirir. Məncə, uzunömürlüyün bircə düsturu var: stresə qalib gəlmək və düzgün yemək tərzi. Yeməyi həyatın mənası etməyin. Hər şey beyindən başlayır: beyninizi "çox yeyim" kimi fikirlərlə yükləməyin. Yemək insanın fikirlərini, həyata baxışlarını dəyişir. Mən arıqlamağa başlayandan hiss edirəm ki, həyat fəlsəfəm dəyişdi. Və nə yaxşı ki, dəyişdim.

Murad Dadaşov: Telman İsmayılov olan yerdə şansım yoxdur - MÜSAHİBƏ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4562   Tarix: 12 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053