Zibillikdən tapılan körpədən şad xəbər - FOTO - VIDEO

Zibillikdən tapılan körpədən şad xəbər - FOTO - VIDEOBir neçə gün öncə hər kəsə tanıtmağa çalışdığımız yeni doğulan və zibillikdən tapılan Nərminin ziyarətçiləri günü-gündən çoxalır.

BiG.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, təsadüfən Nərmini Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında görməsəydik, onun vəziyyətinə yanıb səs salmasaydıq bəlkə də körpə indi kim bilir haralarda idi. Bir neçə gün əvvəl aclıq və ağrıdan ağlayaraq göyərən körpəyə tibb bacıları heç yaxın belə getmədikləri halda indi Nərminin vəziyyəti yaxşıdır. Amma Nərmin Əliyeva xəstəxanaya atılan nə ilk, nə də ki, sonuncu körpədir.

Körpə haqqında xəbər demək olar ki, bütün Azərbaycanı sarsıtdı. Sıravi insanlardan tutmuş sənətçilərə qədər onun ziyarətinə gəldilər. Analıq məzuniyyətindən yeni qayıdan gənc müğənni Ayan Babakişiyeva da onların sırasındadır. İfaçı körpə ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb, onun yaxşı olduğunu bildirib. Bu halda bizə buna ancaq sevinmək düşər. Baş verənlərdən təsirləndiyini deyən ifaçı fikirlərini bölüşüb:

"Balaca körpənin zibillikdən tapılma xəbərini oxudum və mənə çox pis təsir etdi. Bir az öncə xəstəxanada yanında idim. Qardaşım Samir də durmadan mənə zəng edib, Nərminin yanına getməyimi istəyirdi. Çünki özü İstanbulda yaşadığından ona əli çatmır", - deyə müğənni bildirib. Qeyd edək ki, artıq balaca Nərmini övladlığa götürərək onun qayğısını çəkməyə hazır olan insanlar tapılıb.

Sonda balaca Nərminin valideynləri timsalında bütün ana və atalara səslənirik. Övladlarınızı atmayın! Axı bu məsum körpələrin heç bir günahı yoxdur! Onlara Nərminin taleyini yaşatmayın.

Zibillikdən tapılan körpədən şad xəbər - FOTO - VIDEOZibillikdən tapılan körpədən şad xəbər - FOTO - VIDEOZibillikdən tapılan körpədən şad xəbər - FOTO - VIDEOZibillikdən tapılan körpədən şad xəbər - FOTO - VIDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1535   Tarix: 11 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040