Səni sevməyə icazə vermədin

Səni sevməyə icazə vermədinBir mahnı sözləri kimi notlarını, sözlərini əzbərlədiyim bu eşqin altından yenə də qalxa bilmədim. Halbuki səni sevməyi nə çox istərdim. Atdığım hər addımda bir az daha uzaqlaşdın. Mən sənə qaçdıqca məsafəmiz böyüdü. Yoruldum! Bir az dinlənib yenidən sınadım. Nədənsə heç cür sənə gələ bilmədim

Birini sevmək üçün bu qədər çalışmaq ağıllı işdirmi? Bilmirəm! Mən bu sualı yüzlərcə dəfə soruşdum özümdən amma cavabını heç verə bilmədim. Mən yalnız səni sevməyi istədim. Qarşılığını görməməyə də razıydım üstəlik buna hazırlanmışdım. Sənə heç toxunmadan uzaqdan sevəcəkdim. Rahat buraxsaydın uzun bir müddət eləcədə davam edərdim.
Səni sevməyə icazə vermədinİnsanın o incidici təbiətinə sahib idin sən də! İçində sevgi olan sənə dönük bir ürək görüncə parçalamaq istədin. Bəzən düşünürəm həqiqətən insanığmı yoxsa insandanmı pozulub bu hala gəldik deyə? Heç bir şey etməsəydin səni çox sevəcəkdim.Tanımasaydım görməsəydim gerçək üzünü; öz inandığıma aşiq olub gedəcəkdim.
Səni sevməyə icazə vermədinHər səhvində bir parça daha qopdu ürəyimdən. Get dedim getmədin. Getdiyində dönmədin. Döndüyündə sevməyi bacara bilmədin.Bir an da imtina etmədim ki sevməkdən. Günlər aylar illər çəkdi məndə tükənişin. Hər qırıldığımda hər incidiyimdə hər aldatışında azaldım.İcazə verdim hamısına bilirəm günahkar mənəm amma çox deyildi diləyim. Mən yalnız səni sevmək istədim kaş ki icazə versəydin…


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 7824   Tarix: 18 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az