Erməni şair Azərbaycandan sığınacaq istəyir

Erməni şair Azərbaycandan sığınacaq istəyirUzun illər Ermənistanın Tavuş bölgəsində bölgə rəisi məsləhətçisi çalışmış 64 yaşlı şair Lyubik Çibuxçyan yeni bölgə rəisi tərəfindən tutduğu vəzifədən uzaqlaşdırıldığını öyrəndikdə, öncə ölkə prezidenti Serj Sərkisyana müraciət məktubu yazıb. Əslində bu onun ölkə rəhbərinə yazdığı 13-cü məktubdur. Lakin o, məktublarının heç birinə cavab almadığını bildirir.

BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, erməni şairin əsas şikayəti hər yerdə ona qarşı olan hədə-qorxular, laqeydlik və nalayiq hərəkətlər haqqında olub. Bütün bunlar 13 dekabr 2013-cü ildə Azərbaycan müğənnisi Elnarə Abdullayevaya həsr olunmuş "Elnarə" kitabını çap etdirdikdən sonra başlanıb. Hətta İcevan şəhərində "Qazel" mikroavtobusunu onun və arvadının üstünə sürmüşdülər. Baxmayaraq ki, o, 175 kitabın müəllifidir, vaxtilə iki ölkədə "İlin adamı" seçilmiş, 10 qızıl medalla təltif edilmiş, Respublikaçılar Partiyasının proqram və nizamnaməsini yazmışdı. Akademik elmi dərəcəsi olan şair 30 min dram (73 dollar) təqaüd almaqla dolanmaq məcburiyətindədir.

Qeyd edək ki, "Elnarə"kitabı 173 səhifədən ibarətdir və Çibuxçyan bu kitabı sərhəd zonasında yerləşən Tavuş vilayətində yaşayan ermənilərin izlədiyi Azərbaycan televiziya verilişlərinə baxmaqla ilham alaraq yazıb. Kitabda müəllif həyatı şairanə formada, əsl qadın gözəlliyini və məhəbbətini tərənnüm edərək, azərbaycanlı müğənninin səsinə və istedadına heyran olduğunu bildirir. O, müğənni ilə görüşün və tanışlığın mümkün olmadığına təəssüflənərək yazır: "Sən Qarabağ haqqında oxuyursan – deyirsən ki, o sənindir. Elə isə gəl onu fəth elə öz gözəl mahnılarınla".
O, həm də bir çox bənzətmələrdən də istifadə edərək yazıb: "Qoy kamança abtomat olsun, qaval isə minaatan".

Sərkisyana yazdığı məktubda Lyubik Çibuxçyan keçmiş qubernator Pavel Asatryan və müdafiə naziri Seyran Ohanyan tərəfindən hətta prezidentin də dəfələrlə aldadıldığını, ona yalan vədlər verildiyini bildirib. Yeni qubernatorun isə gələn kimi onu işdən qovduğunu yazıb.

"Siz məni əməkdar incəsənət xadimi kimi qızıl medalla təltif etdiniz. Medalı təmizləyərkən məlum oldu ki, o qızıl yox, bir dəmir parçası imiş. Eyni medal ılə siz vaxtilə məni nahaq yerə institutdan qovduran insanı da təltif etdiniz. Ona görə də mən o medalı sizə geri qaytarıram".

L.Çibuxçyan məktubu belə yekunlaşdırır: "Ermənistanda utanacaq yalnız bir nəfər var - o da mənəm. Ona görə utanıram ki, mən sizinlə eyni millətə mənsubam. Mən indi Azərbaycanın prezidentindən siyasi sığınacaq istəməyə hazırlaşıram. Yəqin ki, xoşniyyətli insanlar tapılacaqdır.
Cənab prezident, mən ilana öz səhvini düzəltməsi üçün ağılsız çağırış etmirəm. Ancaq Sizə sizin qiymətləndirə bilmədiyiniz müdrik bir məsləhət vermək istəyirəm: bir çox yaxşı insanlara heç vaxt pislik etməyin. Çünki siz gedəcəksiniz, onlar isə qalacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2072   Tarix: 11 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040