Milliləşdirilən voleybolçu Azərbaycanlıları təhqir etdi - FOTO

Milliləşdirilən voleybolçu Azərbaycanlıları təhqir etdi - FOTOİyunun 7-də "Sərhədçi" İdman Kompleksində "Baku Fires"lə Kubanın "Cuba Domadores" boks klubları arasında WSB liqasının finalının ilk görüşündə xoşagəlməz olay yaşanıb.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, görüşü izləyənlər arasında "Rabitə"nin yeni transfer etdiyi kubalı voleybolçular da olublar.

5-ci döyüşün kubalı iştirakçısı Xulio Sezar La Kruz rinqə dəvət olunanda azarkeşlər rəqibi uğultuyla qarşılayıb. Bunu olduqca sərt qarşılayan "Rabitə"nin 4-cü zona oyunçusu Vilma Salas Rosell isə üzünü azarkeşlərə tərəf tutaraq nümayişkaranə şəkildə orta barmağını göstərib.

Peşəkar voleybolçunun, ölkəmizdə milyonlar qazanan xanım idmançının bu tərbiyəsizliyinə izah tapmaq olmur. Məsələnin təəccüb doğuran məqamı odur ki, azərbaycanlılara qarşı tərbiyəsizlik edən bu voleybolçu həm də milliləşdirilib.

Tərbiyəsizliyini nümayişkaranə surətdə göstərməkdən çəkinməyən voleybolçu Azərbaycan millisinin şərəfini hansı meyarlara əsasən qoruyacaq?

Təbii ki, bu suala Voleybol Federasiyasının rəhbərliyi cavab verməlidir.

Milliləşdirilən voleybolçu Azərbaycanlıları təhqir etdi - FOTOMilliləşdirilən voleybolçu Azərbaycanlıları təhqir etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1740   Tarix: 09 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040