Dünyanın ən yaşlı kişisi öldü

Dünyanın ən yaşlı kişisi öldüBazar günü Nyu-Yorkda bu ilin aprelində dünyada ən yaşlı kişi kimi adı Ginnesin Rekordlar Kitabına daxil edilən Aleksandr İmiç vəfat edib.

BiG.AZ movqe.az-a əsasən bildirir ki, 1903-cü il fevralın 4-də Polşada anadan olan İmiç kimyaçı və parapsixologiyaya dair kitabların müəllifidir. A.İmiç 1939-cu ildə nasistlərin ölkəni ələ keçirməsindən sonra arvadı ilə birlikdə Polşadan qaçıb və bir müddət SSRİ-də yaşayıb. 1951-ci ildə ABŞ-a köçüb.

Vaxtilə jurnalistlərin uzunömürlü olmağının sirrinə dair sualına İmiç "bunun sirri idmanla məşğul olmaq, alkoqoldan kənar durmaq və əsasını toyuq əti və balıq təşkil edən pəhriz saxlamaqdadır" deyə cavab verib.

Bununla yanaşı, İmiç planetin ən yaşlı adamı deyil. Hazırda ondan yaşlı 60-dan artıq qadın var. Onların arasında yapon qadın Misao Okavadır. Bu ilin martında o, 116 yaşını qeyd edib.

İndi planetin ən yaşlı kişisi statusu Yaponiyadan olan Sakari Momoiyə keçib. O da 1903-cü ildə, amma İmiçdən cəmi bir gün sonra dünyaya gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1805   Tarix: 10 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040