Təhlükəsizlik kəməri buna görə taxılmalıdır – VİDEO

Təhlükəsizlik kəməri buna görə taxılmalıdır – VİDEOBəzən sürücülərə və sərnişinlərə elə gəlirki, avtomobili aşağı sürətlə hərəkət edirsə təhlükəsizlik kəmərindən istifadə etmək lazım deyil.

BiG.AZ-in avtosfer.az saytına istinadən verdiyi xəbərə görə, hətta saatda 45 km/saat sürətlə hərəkət edən nəqliyyat vasitəsi divara çırpıldıqda ön oturacaqda oturan sərnişin qabaq alın şüşəsinə dəyib ağır xəsarət ala bilər. Belə halda, hətta ölüm riski də yüksəkdir. Mütəxəssislər sübut edib ki, ön və arxa oturacaqda təhlükəsizlik kəməri bağlamadan oturan sərnişinlər, xüsusən də uşaqlar qəza anında böyük qarşısında qalırlar. Ölüm halları da qaçılmaz olur. Çünki toqquşma zamanı yaranan ağırlıq, enerji biz düşündüyümüzdən də artıq olur ki, bunun da nəticəsi ürəkaçan olmaya bilər.

Yol hərəkəti üzrə ekspertlərin apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, ölüm hallarının baş verdiyi qəzaların əksəriyyəti avtomobillər aşağı sürətdə və yaxın məsafədə olarkən meydana gəlir. Odur ki, təhlükəsizlik kəmərini sürət həddinə görə yox, öz sağlamlığınıza görə taxmağı vərdiş halına salın. Uşaqların israrlı yalvarışlarına aldanıb onların qabaq oturacaqlarda oturmasına, xüsusən də təhlükəsizlik kəməri taxmadan oturmasına imkan verməyin.

İnanırıq ki, bu video hər birimizə təhlükəsizlik kəmərinin əhəmiyyətini bir daha xatırladacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2408   Tarix: 10 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390