Xanımlar Diqqət! Üzünüzə uşaq qanı çəkməyin! (Mütləq Oxuyun)

Xanımlar Diqqət! Üzünüzə uşaq qanı çəkməyin! (Mütləq Oxuyun)Mövzu ilə bağlı araşdırmalara başlayanda mütəxəssislər, biznes strukturlarının mənsubları və ən başlıcası, kosmetika istehsalı ilə məşğul olan şirkətlərin mənsubları mövzunu "davam etdirmək", yəni, danışmaq istəmədilər.
Onlar susmağa üstünlük verdilər.
Çünki ana bətnində öldürülən, abort nəticəsində tələf edilən körpələri "embrion və döl, sadəcə, bu" adlandırmaqla işlərinin bitməyəcəyini anlayırdılar.
Ortada isə problem var.
Özü də bəlalı bir problem.
"Abort materialları" adlanan, əslində isə bətndə doğranıb kəsilən və çıxarılan döllərin əti, sümüyü və dərisindən istifadə edilərək alınan kollagen materiallardan danışmaq istəmirlər.
Çətin ki, istəyələr də.

Qətl qurbanlarından yoğrulan gözəllik

Telekanal, qəzetlər, jurnallar, internet saytlarında reklam edilən, alıcılara "bəh-bəh"lə təqdim olunan bahalı kosmetik vasitələrin arasında "ən elitar" sayılanlarının tərkibində kollagen var.
Kollagen - tərkibində insan orqanizminin birləşdirici toxuması, sümük və qığırdaqda olan maddədən ibarət gel formalı nəsnədir.
Krem, maz və losyonların istehsalında istifadə olunan kollagenlə yanaşı, amniotik maye isə yalnız fetal materiallardan alınır.
Yoxlayın, özünüz də şoka düşə bilərsiniz.

Məsələn, ən məşhur firmaların istehsalı olan şampun, ətir, losyon, krem və mazların hər 12 növündən birinin tərkibində kollagen, yaxud da amniotik maye yer alır.
Bu isə o deməkdir ki, həmin ətir və ya kremdə abort zamanı doğranmış döllərin qalıqları var.
"Mary Kay Cosmetics" və "Hask" kosmetika korporasiyaları bildirirlər ki, onların "istehsal etdikləri kosmetik vasitələrdə istifadə edilən kollagen heyvan toxumalarından alınır".
İnanmaq çətindir, çox çətin.
Çünki Britaniya, Fransa, ABŞ və habelə Avropa Birliyi ölkələrində, həmçinin Rusiyada "abort qalıqları" adlanan körpə tikələri paketlə satılır.
Bir körpənin qalıqları 25 dollar və ya ən bahalı "qalıqlar" 5500 dollardır.
Məsələn, ABŞ-dakı "D.C. General Hospital" xəstəxanası hamilə qadınların normal vaxtdan çox sonra abort etmələri nəticəsində alınan "material" satışından 10 il ərzində yüz minlərlə dollar xalis gəlir əldə edib.

Fetal kosmetika: ana bətninə uzanan tamah

Qadınların və bəzən də kişilərin istifadə etdikləri kosmetik vasitələrin arasında fetal məhsullar xüsusi qiymətdədir. Onlar çox bahalıdır.
Fetal kosmetik vasitələrin adı latınca "fetus", yəni "döl" kəlməsindən olduğundan, hamilə qadınlardan abort nəticəsində alınan embrionlardan və ya abort edilmiş döldən alınır.
Ana bətnində hamiləliyin 8-ci həftəsinədək olan kiçik embrion, 8-ci həftədən sonra isə döl adlanır.
Kosmetoloqların dediklərinə görə, çağdaş kosmetik preparatların alınmasında insan embrionları və ya dölündən istifadə edilmir. Əksinə, heyvani mənşəli "xammal"a üstünlük verir. Yəni, doğulmamış buzovlar və çoşkalardan istifadə edilir. Həmin sahə kriobiologiya, alınan materiallar isə ksenoorqanlar adlanır.

Fəqət, kosmetoloqlar həqiqəti gizlədirlər.

Daha dəqiq olsaq, yalan danışırlar.
Utanmadan, çəkinmədən.
Çünki dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda satılan və hər bur xanımın dükandan ala biləcəyi "fetal kosmetika"nın heyvani mənşəli olduğu bildirilir.
Belə kosmetik vasitələrin qutularının üzərinə "Ovar", "Placenta", "Cutis", "Hepar", "Amnion", "Liguor amnii" (amniotik maye), plasentar proteinlər, fetal dəri proteinlər və s. yazılır. İnsan embrionları və ya dölündən hazırlanmış kosmetik vasitələrinsə qutularının üzərinə "Human" və ya "Fetal" yazılır.
Kosmetika istehsalçıları satışa çıxardıqları məhsulda insan embrionları, daha doğrusu, abort "qalıq"larından istifadə etdiklərini etiraf etmir, bunu məhsullarının qutularının üzərinə yazmırlar.
Postsovet məkanındakı bütün ölkələr kimi, Azərbaycanda da satışda olan belə kosmetikanın istehsalçıları əsasən, İsveçrə, Fransa, Almaniya və Rusiyaya məxsus şirkətlərdir.
Həmin məhsullar isə dəritəmizləyən losyonlar, qaşınmaya qarşı kremlər, üz dərisi və antisellülit kremləri, hətta diş məcunlarıdır.

Ölüm hesabına həyat

Düşünməyin ki, yalnız qadınların üzlərinə və ya dərilərinə çəkdikləri kremlərdə, maz və losyonlarda ana bətnindəykən qətlə yetirilmiş körpələrin qalıqlarından istifadə olunur.
Müxtəlif xəstəliklərə qarşı vurulan peyvəndlərdə də belə maddələrdən geniş istifadə olunur.
Belə ki, bəzi peyvəndlərin istehsalında istifadə edilən maddələr də abort edilmiş insan embironunun qalıqlarından alınır.
Daha konkret olsaq, məxmərək, suçiçəyi, adi suçiçəyi, A hepatitinə qarşı peyvəndlərdə abortlar nəticəsində alınan "qalıq"lardan faydalanırlar.
Özü də peyvənd üçün gərəkli olan embrional hüceyrələr üçün sağlam döl tələb olunur.
Yəni, belə hüceyrələr anasının istəyi ilə bətndə kəsilib doğranan körpənin sümük, ət və dərisindən alınmalıdır.
Fetal məhsulların alınma yolları da adi deyil.
Kosmetika və təbabət sahələri üçün fetal maddələr mütləq şəkildə sağlam embriondan əldə olunmalıdır. Ona görə də istisnasız olaran bütün qadın məsləhətxanalarındakı abortarilər, yəni qadınların qanuni yolla abort olunaraq könüllü şəkildə bətnlərindəki körpənin götürülməsinə fərman verdikləri yerlər həmin maddələrin "təbii" təminatçılarıdır.
Özü də fetal məhsullar üçün "xammal" olacaq döl, yəni ana bətnindəki körpə mütləq şəkildə sağlam olmalıdır.
Fetal kosmetika mütəxəssislərinin dediklərinə görə, hamiləliyin 14-25 həftəliyində abort edilərək çıxarılan körpənin tikələri "ən məsləhətli və uyğun xammal" sayılır.
Onu da unutmayın ki, hamiləliyin 14-25-ci həftələrində ana bətnindəki döl artıq tam formalaşmış insandır.

Müayinə adı ilə cəlladlıq

Hamiləliyin orta və sona yaxın həftələrində abortlar yasaqdır. Belə qadağandan sonra Avropanın fetal kosmetika və farmakologiya sənayesi ciddi çətinliklərlə qarşılaşqdı. Amma ana bətnində doğranan körpələrdən pul qazananlar çıxış yolunu tezliklə tapdılar. İndi qadın məsləhətxanalarında hamilə qadınlara "dölün anadangəlmə patologiyasının profilaktikası üçün test" təklif olunur.
Prosedur ultrasəs müayinəsi (UZİ) və nümunə qismində götürülmüş hüceyrələrin yoxlanmasından ibarətdir. Bütün hallarda qadının uşaqlığı dəlinir və material götürülür. Əgər yoxlama müsbət nəticə verərsə, ana bətnindəki körpənin doğulmasının abort yolu ilə qarşısı alınması təklif ediləcək. Daha dəqiq desək, xəstə olduğu güman edilən körpənin qətlə yetirilməsinə ehtiyac duyulduğu deyiləcək.
Halbuki belə "yoxlama"ların aparılması zamanı dölün, ətənənin zədələnməsi, ona infeksiya düşməsi, hamiləliyin yarımçıq qalması və ya vaxtından əvvəl doğuş mümkündür.
Azərbaycanda rəsmən yasaqlanmış bu prosedur postsovet məkanında hamilə qadınlar arasında bətndəki dölün ölümünə səbəb olur. Rəsmi statistikaya görə, müxtəlif ölkələrdə yoxlama-müayinələrdən sonra dölün tələf olması 0,5-3 faiz olur.
Gələcək analar onu da bilmirlər ki, 40 yaşında hamilə qalsalar belə, Daun sindromlu uşağın doğulma ehtimalı bəhs etdiyimiz "müayinə"dən sonra dölün ölümü ilə müqayisədə 3 dəfə azdır.

Onda dua edin…

ABŞ-ın Kaliforniya Universitetin şəkərli diabetin müalicəsi ilə bağlı layihəsi hamiləliyin "gec" dönəmlərində abort edilmiş körpələrin mədəaltı vəzilərinə "borclu"dur.
Quduzluğa qarşı peyvənd isə abort olunmuş körpələrin ağciyərlərində yetişdirilən viruslardan alınır.
Habelə, poliomelitə qarşı peyvənd üçün də abort nəticəsində məhv edilən körpələrin hüceyrələrindən istifadə olunur.
Böyük Britaniyanın dünyaca nüfuzlu "New England Journal of Medicine" jurnalı isə bildirir ki, xüsusi peyvəndlər üçün zəruri materiallar abort zamanı hələ sağ olan uşaqların öldürülərək onlarıns sümüklərinin üyüdülməsi və homogenizasiyası sayəsində əldə olunur.
"Village Voice" bildirir ki, yalnız ABŞ və Avropa Birliyi ölkələrində hər il 300 minə yaxın embrion farmasevtiv şirkətlərə satılır.
O embrionlar ana bətnindən abort nəticəsində çıxarılan doğulmamış körpələrdir.
Siz nə vaxtsa "Placenta Plus" şampunu barədə eşidibsinizmi? Ana bətnindən öldürülərək çıxarılmış döldən hazırlanmış plasentanın "əsas maddə" olduğu şampundan bəhs edirik...
Sadalananlar kosmetika və farmasevtika sənayesində körpə qalıqlarından istifadə olunması ilə bağlı bütün faktlar deyil.
Böyuklərin donorluq etməmək hüquqları və imkanları var.
Ana bətnindəki uşağın isə bu imkanı yox.
Britaniyada abort edilmiş körpələrin piy toxumalarından sabun istehsalında istifadə olunmasından xəbəriniz yoxdursa, bəxtəvər insansınız.
Və əgər bütün bunları oxuyandan sonra qəlbiniz aramla döyünürsə, dua etməyə tələsin....

Mənbə: Milli.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11526   Tarix: 14 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914