Yerevandan Bakıya internet əməkdaşlığı təklifi

Yerevandan Bakıya internet əməkdaşlığı təklifiİndi də internetdə birləşmək fikrinə düşən erməni müxalifətçilər "onlayn-alyans"a Cənubi Qafqazın bütün liberallarını dəvət edirlər.Ermənistan parlamentinin sabiq vitse-spikeri Karapet Rubinyan ölkədə "3A" ("Artants Azatakanneri Alyans") alyansının yaradılması təklifi ilə çıxış edib.Onun dediyinə görə, bu struktur Ermənistan liberallarının onlayn-alyansı olmalıdır. "İnternet vasitəsilə Ermənistan, Dağlıq Qarabağ və diaspordakı liberalları birləşdirmək, onların internetdəki birgə fəaliyyətini ölkənin və xalqın maraq və mənafelərinin təminatına, habelə Ermənistanın inkişafına yönəltməyi təklif edirəm", - K.Rubinyan söyləyib.Rubinyan belə təşəbbüslə "Facebook" sosial şəbəkəsindəki səhifəsində çıxış edib. O, sosial şəbəkə vasitəsilə yaydığı bəyanatında bildirir ki, informasiya texnologiyalarının inkişafı insanların ümumi ideya ətrafında birləşməsi üçün indiyədək misli görünməmiş imkanlar yaradıb."Vətənimizin çox ağır və dözülməz vəziyyətdə olduğunu bilirik. İnsanların azad seçkilərdə ədalətli və şəffaf şəkildə səs verməyərək, seçmədikləri hakimiyyətin sürəkli olaraq Ermənistan vətəndaşlarının hüqüqları, azadlıqlarına təcavüzü, iqtidarın qanunu tapdalaması nəticəsində Ermənistanın məruz qaldığı tənəzzülü dayandırmaq və inkişafa nail olmaq üçün millətimizin intellektual potensialının birləşməsi, inqilabi islahatlar vasitəsilə Ermənistanı inkişaf yoluna çıxarmağı qaçılmaz məsələyə çevirir", - bəyanatda deyilir.Rubinyanın fikrincə, "3A" alyasnında liberallar yeni siyasi fəaliyyət formatı və vasitələrindən istifadə etməklə yanaşı, erməni cəmiyyətində liberalizmlə demokratiyanın yeni əsaslarını qoya bilərlər."Mən tam transparentlik, alyans üzvlərinin tam bərabərliyini, daxili idarəetmədə dərin demokratiyanı və rəhbər strukturların rəqabətli, tez-tez seçkilərini təklif edirəm", - Ermənistan parlamentinin sabiq spikeri bildirib.Maraqlı odur ki, Rubinyan erməni liberallarla yanaşı, Cənubi Qafqaz ölkələrindəki bütün liberallara birlik və tərəfdaşlıq təklif edir.Onun fikrincə, Gürcüstan və Azərbaycandakı liberal siyasi qüvvələrin də yeni yaradılacaq onlayn-alyansa qoşulacaqları təqdirdə "Cənubi Qafqazda dayanıqlı və stabil sülhə nail olmaq yolunda daha bir addım atıla bilər".K.Rubinyan "Facebook" şəbəkəsində artıq ikinci dəfədir ki, siyasi bəyanatlarla çıxış edir. Ötən ilin iyulunda o, "Facebook" vasitəsilə yaydığı açıqlamasında bildirmişdi ki, Ermənistanın müxalifət düşərgəsinin aparıcı qüvvəsi olan Erməni Ümummilli Hərəkatının (EÜH) rəhbər orqanlarının partiyanın iyulun 17-də keçirilmiş qurultayındakı seçkiləri saxtalaşdırılıb.Həmin bəyanat yayılandan sonra Rubinyan EÜH-dən istefa vermişdi.Ermənistan parlamentinin sabiq vitse-spikerinin təklifi Gürcüstanda birmənalı qarşılaşmayıb. Gürcüstan liberallarının ən məşhur siması, "Xalq Forumu"nun lideri Revaz Şavişvili bildirdi ki, Rubinyanın fikirləri birmənalı olaraq Ermənistanın "daxili siyasi mətbəxi" üçün hesablanıb."Cənubi Qafqazda liberal siyasi qüvvələrin birləşməsi təklifi məntiqidir və pis deyil. Biz də bunu istərdik, amma Ermənistandakı liberal siyasi güclərin gerçəkdən də belə tərəfdaşlıq və ya əməkdaşlıq fikrində olduqlarına şübhəm var. Üstəlik, bir çox məsələlərdə onlarla ciddi fikir ayrılığımız var. Rubinyanın təklif etdiyi əməkdaşlığın baş tutması üçün Ermənistandakı məlum siyasi qüvvələr Gürcüstandakı separatçılıq və şovinizmə verdikləri dəstəkdən əl çəkməlidir. Yalnız bundan sonra nə barədəsə danışmaq olar", - R.Şavişvili söylədi.Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da erməni liberalın təklifini "çiy" sayır. "Azərbaycan Liberal Partiyasının Ermənistandakı hansısa siyasi qüvvə ilə tərəfdaşlıq, əməkdaşlıq və ya hər hansı formada işbirliyi fikri yoxdur, ola da bilməz. Ermənistanda hər hansı siyasi qüvvə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi qismində tanıyarsa, işğal faktını və Ermənistandan qovulmuş azərbaycanlıların vətəndaş hüquqlarını tanıyarlarsa, onda bəlkə nəyisə müzakirə etmək olar. Əməkdaşlıqla bağlı yalnız bu prinsiplər əsasında söhbət aparmaq mümkündür", - Əvəz Temirxan verdiyi açıqlamasında dedi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3891   Tarix: 15 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - Açıqlama

"Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki

15.04.2024 224
.

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Mövzu ilə bağlı -a danışa

11:07 0
.

Nazpəri Dostəliyeva: "500 manat verib trenddə olurlar"

"Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlə

15.04.2024 102
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 0
.

Rəisi Pakistana gedir

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, İbrahim Rəisinin səfəri aprelin 22-nə planlaşdırılıb. İki günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, o cümlədən ikitərəfl

15.04.2024 171
.

"Şagird bir sualın cavabını səhv köçürübsə, bu, heç bir halda bağışlanmamalıdır" - Kamran Əsədov

İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Kamra

15.04.2024 1803
.

UNEC-in müəllimi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasının baş müəllimi Lilipar Cəfərova vəfat edib. Bu barədə UNEC məlumat yayıb

15.04.2024 431
.

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktın

15.04.2024 216