Bunun adı vəhşilik!

Bunun adı vəhşilik!BiG.AZ publika.az-a əsasən bildirir ki, Malayziyada yaşanan kütləvi təcavüz hadisəsi, dünyanı ayağa qaldırdı.

15 yaşında bir gənc qız , 38 adamın təcavüzünə uğradıqdan sonra tərk edilmiş bir binaya buraxıldı.Qızın yanında olan 17 yaşındakı yoldaşının təcavüzə uğrayıb uğramadığı isə hələ bəlli deyil.

Ölkənin şimalında olan Kelantan bölgəsində yaşanan vəhşilik , iki yoldaşın aldadılaraq narkotik şəbəkələrinin istifadə etdiyi boş bir binaya çəkilmələri sonrası reallaşdı.

Huşsuz halda olan 15 yaşındakı gənc qızın edilən ilk müayinəsində , saatlarla təcavüzə uğradığı və bu cinayətə 38 adamın qarışdığı təsbit edildi. Təcavüzkarların çoxunun narkotik maddə təsiri olduğu ifadə edilərkən , hadisəyə qarışdığı düşünülən 13 adam nəzarətə alındı.

Qızların hücuma uğradığı binanın , yaşayış yerinə 20 metr uzaqlıqda olmasına baxmayaraq kimsənin xəbərdar olmaması , polisləri və ölkəni dəhşətə saldı. Polis bu vəziyyəti , bölgədə yaşayanların çoxunun narkotik asılısı olduğunu və buna görə kimsədən səs çıxmamış ola biləcəyi ehtimalı üzərində dayandı.

Malayziyada polis qeydlərinə görə 2012-ci ildən bu günə 3 min təcavüz hadisəsi yaşanarkən , hücuma uğrayan qızların yüzdə 52'sinin 16 yaş və daha kiçik olduqları ifadə edildi.

Təcavüzçü , ölkə qanunlarına görə 30 il həbs və qamçı ilə cəzalandırılarkən bunun qeyri-kafi olduğunu müdafiə edənlərin sayı olduqca çoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3045   Tarix: 06 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040