İrəvan: Ermənistan süqut edəcək - Azərbaycan razılıq verərsə"

İrəvan: Ermənistan süqut edəcək - Azərbaycan razılıq verərsə""Qarabağla sərhəddə dayanan təşkilat əsgərləri Azərbaycanla müharibə başladığı zaman Ermənistandan bura heç bir hərbi yükün keçməyinə icazə verməyəcəklər".

BiG.AZ-ın movqe.az-a əsasən verdiyi məlumata görə, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib.

Mətbuat Avrasiya İttifaqında güclü rus-türk alyansının yarandığını qeyd edib:

"Ovik Abramyanın son çıxışı artıq Qarabağın varlığına son qoymaq deməkdir. Baş nazir Qarabağın de-yure olmasa da, de-fakto Avrasiya İttifaqına daxil olacağını bildirib. Təsəvvür edin ki, de-yure olaraq Qarabağla sərhəddə Rusiya, Qazaxıstan, Belarusiya və hətta Qırğızıstan əsgərləri dayanıb. Ermənistan artıq heç bir şey edə bilmir. 150 minlik Qarabağ tamam bağlıdır və heç bir çıxış yolu yoxdur. Həmçinin Qarabağla sərhəddə dayanan Aİİ təşkilatının əsgərləri Azərbaycanla müharibə başladığı zaman Ermənistandan bura hər hansı hərbi yükün keçməyinə icazə verməyəcəklər. Bu gün Nursultan Nazarbayev Türkiyəyə səfər edir və çox güman ki, Ərdoğana təşkilata üzvlük haqqında müraciət edəcək. Rusiya artıq belə bir təklifi Azərbaycana edib və məsələ ətrafında real danışıqlar gedir. Görünür, yeni rus-türk alyansı yaradılır. Bu isə Ermənistanın yavaş-yavaş əriyərək yoxa çıxmasına səbəb olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3054   Tarix: 05 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040