Saxta körpələr

Gördüyünüz kimi bu bir-birindən gözəl körpələrin heç biri gerçək deyil! Bu körpələr böyümür, amma ağlayırlar.İngiltərə başda olmaqla dünyanın bir çox ölkəsində sanki bir fenomen halına gələn gerçək kimi görünən oyuncaq körpələrin yaradıcısı bir neçə məşhur ad var. Jamie Eaton da bu adlardan yalnız biridir.Fiziki olaraq gerçək körpələrdən çox fərqi olmayan saxta körpələri hazırlayan sənətçilər, İngilisləri ikiyə bölən bu sektordan olduqca ümidlilər. Saxta körpələrə sahib olmaq üçün sərvət ödəyən saxta analar, körpələrinə gerçəkləri qədər paltar alır, körpə arabasına qoyaraq parkda gəzdirir, qonşuya aparır və hətta özləri kimi saxta körpə sahibləri ilə görüşərək, körpələri ilə əlaqədar təcrübələrini paylaşırlar.
Bu körpələrin yayılmasındakı ən təsirli faktor isə günümüzün ən məşhur texnoloji vasitəsi internetdir. Körpələr internetdə satılır və körpəni hazırlayan sənətçilər, onlara göndərilən fotoşəkilə ya da xüsusi sifarişlərə uyğun körpələr düzəldə bilirlər.Saxta körpələr, gerçəkləri kimi böyümür, amma gerçəkləri kimi ağlayırlar. Ən təəccüblü xüsusiyyətləri isə, nəfəs alırmışlar kimi görünmələridir. Nəfəs alırmış kimi təəssürat verilən körpələrlə parkda gəzməyə çıxan saxta analar, körpələrinə yaxınlaşaraq onlarla əylənən başqalarının vəziyyəti başa düşdükdəki təəccüblü baxışlarına isə tez alışırlar.Körpə sahibi ola bilməyənlər, körpə böyütmə həsrəti duyanlar, körpə baxmağa ya da doğurmağa uyğun bir vəziyyəti olmayanlar bu körpələrin sahibi olmaq üçün olduqca böyük pulları da xərcləyə bilirlər.Saxta bir körpəyə sahib olmanın əvəzi 2000 AZN ilə 8000 AZN arasında dəyişir. Körpənin arabası, çantası, paltarları və digər kiçik ehtiyacları üçün isə təxminən 10 min AZN lazımdır...

Saxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələrSaxta körpələr


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 4056   Tarix: 21 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş