Astronomiya nədir?

Astronomiya nədir?Astronomiya ən qədim təbiət elmidir.O, göy cisimlərini öyrənir.Yunanca "astron"-göy cismi,ulduz,"nomos"-qanun,elm deməkdir.Bir neçə elmi istiqamətlərdən və ona daxil olan bölmələrdən ibarətdir.

1.Astrometriya, nəzəri astronomiya və göy mexanikası
2.Astrofizika və ulduz astronomiyası
3.Kosmoqoniya
4.Kosmologiya

1. Astrometriya zaman və məkanın ölçülməsi haqqında elmdir və 3 hissədən ibarətdir:
* sferik astronomiya
* fundamental astrometriya
* praktik astronomiya

a)sferik astronomiyada müxtəlif astronomik koordinat sistemləri,bu sistemdə göy cisimlərinin və süni peyklərin koordinatlarının təyini və bu koordinatların zamandan asılı olaraq dəyişməsi ilə əlaqədar məsələlərin riyazi həlli üsulları vaxtın hesablanmasının nəzəri əsasları öyrənilir.
b)fundamental astrometriyada parlaq ulduzların ekvatorial koordinatları dəqiq təyin edilir.Burada ulduzların hərəkəti öyrəlinir və kataloqları tərtib edilir.
c)praktik astronomiyada astrometriya müşahidə cihazlarının nəzəriyyəsi, müşahidə aparılması,vaxt xidməti,coğrafi koordinatların təyini,dənizçilik və təyyarəçilik naviqasiyalarına,kosmik naviqasiyaya və geodeziyaya astronomiyanın tətbiqi ilə əlaqədar məsələlər öyrənilir.

Nəzəri astronomiya və göy mexanikası-burada yerin fırlanma nəzəriyyəsi ay və planetlərin hərəkətinin nəzəriyyəsi,ulduzların nəzəriyyəsi,təbii və süni peyklərin nəzəriyyəsi, göy cisimlərinin fiqurları və onların hərəkətə təsirini nəzərə almaq üsulları və s.öyrənilir.Bu məsələlərin həllinə göy mexanikasının tətqiqat üsulları tətbiq edilir.Bundan başqa göy mexanikasında öyrənilən məsələlərə cazibə nəzəriyyəsi,n cisim məsələsi,yəni bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n maddi nöqtənin hərəkəti və s.daxildir.1-ci istiqaməti təşkil edən bu 3 bölməyə birlikdə klassik astronomiya da deyilir.

2.Astrofizika-müasir astronomiyanın ən böyük və sürətlə inkişaf edən bölməsidir.Özü 2 hissədən ibarətdir:

a)praktik astrofizika
b)nəzəri astrofizika

Praktik astrofizikada astrofizika texnikası nəzəriyyəsi,bu texnikadan istifadə metodikası,alınan müşahidə materiallarının işlədilməsi metodikası,radioelektronika,hesablama texnikası avtomatlaşdırılması və s.problemləri,nəzəri astrofizikada isə astrofizika məsələlərinin qoyulması müşahidə materialları əsasında kainat obyektlərinin fiziki təbiətinin öyrənilməsi,bu obyektlərdə gedən fiziki proseslərin aşkara çıxarılması eləcə də bu obyektlərin mümkün qarşılıqlı əlaqə və təsirlərinin problemləri öyrənilir.Yeni müşahidə üsullarının yaranması və inkişafı müasir astrofizikada yeni tədqiqat sahələrinin yaranmasına səbəb olmuşdur.Onlardan radioastronomiya,qamma və rentgen astronomiya,ultrabənövşəyi astronomiya,infroqırmızı astronomiyanı göstərmək olar.
Ulduz astronomiyası ulduzların,ulduz sistemlərinin,ulduzlararası mühitin fəza paylanması,hərəkəti,buradakı qanunauyğunluqları kinematik,dinamik və fiziki baxımdan aşkara çıxarılması kimi məsələləri öyrənir.

3.Kosmoqoniya-Günəş sistemlərinin,ulduz sistemlərinin mənşəyi və təkamülü problemlərini öyrənir.

4.Kosmologiyada isə kainatın quruluşu,onun 1 obyekt kimi fizikası,mənşəyi,təkamülü və ümumi qanunauyğunluqları öyrənilir. Kosmologiya problemlərini həll etmək üçün nisbilik nəzəriyyəsi və mürəkkəb riyazi əməliyyatlar tətbiq etməklə astrofizika və ulduzlar astronomiyasının müəyyən nəticələrindən istifadə olunur.Nisbilik nəzəriyyəsini tətbiq etməklə astrofizika problemlərini öyrənən elm sahəsi relyativistik astrofizika adlanır və kosmologiya ilə sıx əlaqədardır.Beləliklə,4 istiqamətin əhatə etdiyi problemlərdən görünür ki,onlar bir-birindən ayrılmazdırlar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7193   Tarix: 24 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

TOP MP3