Sonuncu İslam Xəlifəsinə Xristianlıq Təklif Olundu (Şok Xəbər/2 Şok Foto)

Xristianlığın ən yüksək məqamından İslam dünyasının liderinə ünvanlanmış çağırışa necə cavab verildi?

Osmanlının süqutu və sonuncu xəlifəyə dikilən gözlər...

Amerikalı xristian din xadimləri, sonuncu İslam xəlifəsi II Əbdülməcid Əfəndiyə Xristianlığı qəbul etməyi təklif etmişlər. Belə ki,...

Birinci Dünya müharibəsi bitdikdən sonra Avropanın siyasi xəritəsində bir çox dəyişikliklər baş verdi. Altı yüz illik Osmanlı İmperiyasının siyasi səhnədən silinməsi və bunun nəticəsində Avropanın siyasi mənzərəsinin tamamilə dəyişməsi fonunda İslam dünyası üçün də yeni dövr başladı.

1922-ci il noyabrın 1-də Xilafətdə Osmanlı xanədanının varlığına son qoyulduqdan sonra Vəhdətdin ölkəni tərk etdi və beləliklə, 18 noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi Şahzadə II Əbdülməcid Əfəndini xəlifə təyin etdi.
Başda Papalıq olmaqla bütün xristian təşkilatları yeni İslam xəlifəsinə təbrik ünvanlayaraq, yeni vəzifəsində müvəffəqiyyətlər arzuladılar. Bu, əslində nəzakət jestindən başqa bir şey deyildi və çox qısa zaman kəsiyində baş verəcək hadisələr istər İslam dünyası, istərsə də Avropa üçün böyük əhəmiyyət kəsb edirdi. Türkiyə Cumhuriyyəti elan olunduqdan sonra Ankara Cümhuriyyətin, İstanbul isə Xilafətin mərkəzinə çevrildi. Lakin ingilislər Xilafətin İslam birliyini təmin edən yeganə səbəb olduğunu bildikləri üçün israrla onun ləğvini tələb edirdilər. 1924-cü il martın 3-də Türkiyə Böyük Millət Məclisi qəbul etdiyi qərarla Xilafətin mövcudluğuna son qoydu. Beləliklə, İslamın ilk xəlifəsi Həzrət Əbubəkr(ə), son və 102-ci xəlifəsi isə xəlifə II Əbdülməcid oldu.

Şanlı protestant məktubu: yeganə yol Xristianlığı qəbul etməkdir!

Yeni xəlifə II Əbdülməcid Əfəndiyə 1923-cü ilin iyul ayında «Amerikadan National Reform Assosiation»dan bir məktub göndərildi. İngilis dilində yazılan və iki səhifədən ibarət olan bu məktub, "Türkiyə Xəlifəsi Həzrətlərinə" - deyə müraciətlə başlayırdı.
Protestant təriqətinə mənsub yeddi min nəfər xristianın adından imzalanan bu məktubda Xilafətin başçısına dinini dəyişdirərək Xristianlığı qəbul etməsi təklif olunurdu.

Məktubu yazanlar Amerikanın ən böyük Protestant cəmiyyətinin üzvləri idi. Məktubda müharibədən böyük fəsadlarla çıxmış dövlətlərin liderlərinin İsanı krallar kralı, lordlar lordu olaraq tanımaları istənir, bu dövlətlərin demokratiyaya keçə bilmələri üçün yeganə yolun Xristianlığı qəbul etməkdə olduğu vurğulanırdı. Dünyada sülhün bərqərar olması, müharibəyə səbəb ola biləcək bütün məsələlərə münasibətdə ortaq məxrəcə gəlinməsinin ancaq Xristianlığın qəbul edilməsiylə mümkün olacağı iddia edilirdi.

Xəlifəyə göndərilən bu məktubda İslam Birliyi yönündə fəaliyyətlərin təcrübədən keçdiyi və müvəffəqiyyətli olmadığı vurğulanır, Xristianlığın isə bu mənada hələ sınanmadığı qeyd olunaraq bu dinə bir şans verilməsi istənirdi:
"Biz, dövlətin Tanrıya aid olduğuna və onun bütün dünyəvi və siyasi nüfuzun yeganə mənbəyi olduğuna inanırıq.
Biz, İlahi hegemonluq haqqı və dünyəvi gücün xalqda toplandığına və xalqın bu suverenlik və hegemonluqdan istifadəsinin Tanrı tərəfindən verildiyinə inanırıq".
«Milli İslahat Birliyi
299. Street, Pitsburgh, Pennslvania, ABŞ
Sədr, Tomas Eager,
Ümumi Müfəttiş, Jannes Martın,
7 İyul 1923».

Niyə 500 ildən sonra?

Bu addım nə qədər qeyri-adi görünsə də, əslində yeni deyildi. Xristianlığın ən yüksək məqamından İslam dünyasının liderinə ünvanlanmış bu çağrı tarixdə ikinci analoji hadisə idi. Belə ki, hələ XV əsrdə Roma Papası II Piy eyni istəklə Fateh Sultan Mehmedə məktub göndərmişdi. 500 il fasilə ilə təkrarlanan bu tarixi hadisənin bəzi məqamlarına qısaca nəzər salaq.

Fateh Sultan Mehmedin hakimiyyətə gəldikdən sonra fəth etdiyi ölkələrə diqqət yetirdikdə Bizans imperiyasının sərhədlərini aydın şəkildə görmək mümkündür. Deməli, Fatehin əsas strategiyası Bizans imperiyasının sərhədləri daxilində yeni dövlət qurmaq idi. İstanbulun fəthindən sonra Şərqi Avropa ölkələrinə doğru sərhədlərini genişləndirən Fatehin bu niyyətini o zamankı Papa II Piy çox aydın şəkildə dərk edirdi və bunun qarşısının alınması üçün bir çox planlar hazırlamışdı. Lakin məsələnin ən maraqlı tərəfi o idi ki, Bizansa tabe olan ölkələrin xalqları Fatehi böyük məmuniyyətlə qarşılayırdılar və bu məqam Papanı çox narahat edirdi. Vəziyyətin xristianlar üçün həyəcanverici səviyyəyə çatdığını görən II Piy İstanbulun "azad olunması" üçün geniş miqyaslı səlib yürüşlərinin təşkili istiqamətində çox böyük səy göstərirdi.
Məhz bu məqsədlə o, 1459-cu il yanvarın 19-da Müqəddəs Vifleyem Məryəmi hərbi Ordeninin yaradılması haqqında Fərman imzalayır. Bununla kifayətlənməyən II Piy 1463-cü ildə Fateh Sultan Mehmedə məktub göndərir: «Mən səni Şərqi Roma (Bizans) imperatoru kimi tanımağa hazıram. Amma bunun üçün sən mənə tabe olmalı və dinimi tanımalısan!».
Məktubda İslam dini ilə Xristianlığı uzun-uzadı fəsillərdə müqayisə edən Papa, «Xristianlıq bu baxımdan üstündür, İslam bu baxımdan qüsurludur» - deyə, Fatehi inandırmağa çalışır. Lakin geniş dünyagörüşünə malik olan Sultan Mehmed bu məktuba ümumiyyətlə əhəmiyyət verməyərək, ölkələrlə bərabər onların xalqlarının da könüllərini fəth etməkdə davam etdi.

Dünyanın xristianlaşdırılmasının qarşısını türklər alıb?

Beləliklə, islam dünyasını xristianlaşdırmaq məqsədilə orta əsrlərdən bəri davam edən müxtəlif məzmunlu - istər güc tətbiq etmək yolu, istərsə də dəvət formalı fəaliyyətlər əslində böyük bir yolun başlanğıcı idi: Bütün dünyanın xristianlaşdırılması. Budur əsas məqsəd. Və uzun əsrlər boyu İslamın bayraqdarları türklər olunca, xristian dünyası öz məqsədinə çatmaqda çox böyük çətinliklərlə qarşılaşdı. Uzun illər davam edən qanlı-qadalı, böyük itkili səlib yürüşlərindən istədikləri nəticələri ala bilməyən xristan təşkilatlar mübarizənin daha effektif yolunu seçdilər: missionerlik!

Yeni dövrdə – XIX əsrdə daha geniş şəkildə Anadoluya axın edən missionerlər həyatın müxtəlif sahələrinə nüfuz edərək insanlarla sıx əlaqələr qururlar. Onlar məktəblər açaraq fəaliyyətlərini yalnız bu sahədə inkişaf etdirmirdilər. Xəstəxana və tibb işçisi azlığından istifadə edərək bir çox bölgədə xəstəxanalar açır, ölkənin müxtəlif yerlərinə tibb işçiləri, mütəxəssislər göndərərək Osmanlı müsəlmanlarının könülünü ələ almaqla, ya da müxtəlif yardım təşkilatları adı altında zəlzələlərdə və digər təbii fəlakətlərdə kömək etməkdən çəkinməyərək öz işlərini həqiqi niyyətlərini sezdirmədən icra edirlər.
Missionerlik fəaliyyətlərilə yalnız amerikalı protestantlar deyil, digər xristian qruplar da məşğul olublar. Bu məqsədlə yaradılan Dünya Kilsələr Birliyi missionerləri lazımlı maliyyə mənbəyi ilə təmin edirdi.

Xəlifə sürgün həyatını necə yaşadı?

Beləliklə, tarixi hadisələrin kiçik təhlilindən sonra mövzumuzun əvvəlinə qayıdarkən, xüsusi olaraq vurğulamaq yerinə düşər ki, İslamın son xəlifəsi Sultan II Əbdülməcid Əfəndi ömrünün sonunadək öz vəzifəsini şərəflə yerinə yetirdi. Fransada sürgün həyatı yaşayan II Əbdülməcid Əfəndi bütün çətinliklərə baxmayaraq, xanədanın protokol qaydalarına israrla riayət edir, Cümə namazlarını Parisdəki məsciddə qılardı.
II Əbdülməcid Əfəndi 1944-cü il avqust ayının 23-də Parisdə ürək tutmasından vəfat etdi. Ömrünün son illərini yoxsulluq və ehtiyac içində keçirən II Əbdülməcid Əfəndinin cənazəsi Türkiyə tərəfindən qəbul edilməsi üçün 10 il Paris məscidində saxlandı. Lakin Türkiyə cənazəni qəbul etmədi və İslamın son xəlifəsinin nəşi Məkkəyə gətirilərək Baqi qəbiristanında dəfn edildi. Uzun əsrlər boyu İslamın bayraqdarı missiyasının şərəfli daşıyıcısı olan türk millətinin bu layiqli oğlunun və İslami Birliyin simvolu olan Xilafətin son başçısının axır məqamı, son dayanacağı yenə də İslamın başlandığı nöqtə oldu...
Bu, artıq təsadüf deyil …

Sonuncu İslam Xəlifəsinə Xristianlıq Təklif Olundu (Şok Xəbər/2 Şok Foto)Sonuncu İslam Xəlifəsinə Xristianlıq Təklif Olundu (Şok Xəbər/2 Şok Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5468   Tarix: 12 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 235
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 132
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1185