Dəli edən xəstəlik: Miqren

Dəli edən xəstəlik: MiqrenCəmiyyətdə ən çox görülən və şikayət edilən xəstəliklərdən biri miqrendir. Şiddətli baş ağrıları və bərabərində inkişaf edən mənfi təsirlər yaşam keyfiyyətini aşağı salar və sizi çətinliklə üzləşdirər. Mütəxəssislərə görə, miqren eyni zamanda ictimai bir problemdir, çünki insanın iş həyatına mənfi təsir edir və səmərəsini də aşağı salır. Yediyiniz qidalara diqqət yetirərək və həyatınızdan stressi uzaqlaşdıraraq miqren hücumlarını aşağı sala bilərsiniz.

MİQRENİN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Xəstə miqren əsnasında bir müddət istirahət etmək ehtiyacı hiss edər. Bəzi əlamətlər xəstəni baş ağrısından daha çox narahat edə bilər. Miqreni beş mərhələyə ayıra bilərik:

XƏBƏRDARLIQ ƏLAMƏTLƏRİ

Yorğunluq, işıqdan və səsdən narahat olma, əzələlərdə ağrı, ürək bulanması, qəbizlik, ishal, susuzluq, sidiyətez-tez getmə narahatlıq, kədər kimi əlamətlər miqren hücumunun gələcəyini göstərə bilər. Miqrenin təməl olaraq səbəbi hələ bilinmir, ancaq haqqında danışılan narahatlıqların bir-birini tətiklədiyi bilinir. Miqrenin başlanğıcı hüceyrə səviyyədəki mexanizmlərlə olur.

MİQREN HÜCUMLARI NƏ QƏDƏR SIXLIQLA GƏLİR?

Hücum sıxlığı dəyişən bir vəziyyətdir. Adamdan adama dəyişdiyi kimi, adamın hücum zamanı da dəyişkən ola bilər. Ayda 1-2 dəfə, ya da həftədə bir hücum keçirilə bilər. Ayrıca hücumdan sonra uzun bir müddət hücum gəlməyə bilər. Amma qəti olan bir şey var ki, hər gün miqren hücumu gəlməz.

MİGRENİ TƏTİKLƏYƏN FAKTORLAR NƏLƏRDİR?

Miqren hücumunun gəlməsi üçün tək bir tətikləyici yoxdur. Onsuz da tək bir tətikləyici miqren hücumu meydana gətirməz. Üst- üstə gələn faktorlar hücumun başlamasına səbəb olar. Xəstəxanaların birində aparılan araşdırmalarda miqren xəstələrindən alınan cavablara görə ən sıx görülən vəziyyətlər stress, hormonlarda dəyişiklik, halsızlıq və yorğunluqdur. Uşaqlarda aç qalma, az yemək yemə, qadınlarda adət dövrüylə əlaqədar hormonal dəyişikliklər miqrenə səbəb ola bilər.

Bu faktorlarda miqren tətikləyicisi qəbul edilir: kifayət qədər yeməmək, bəzi yeməklər və içkilər; köhnə pendir, çərəz, şokolad, şərab, spirt, kafeinli içkilər, qəhvə, çay, ekoloji faktorlar, göz oxşayan işıq, ağır qoxu, səyahət, çox yorulma, hava dəyişiklikləri, hormonal dəyişikliklər, adət dövrü, hamiləlik, doğum idarə həbləri, yuxu problemi, yuxusuzluq çəkmə, ya da həddindən artıq yatma, romantik dəyişikliklər, narahatlıq, kədər, mübahisə, həyəcan, depressiya, stress, baş və boyunda ağrı, göz, boyun, diş, çənə ağrısı. Bu tətikləyicilərin hamısı bir adamda olmaq məcburiyyətində deyil. Hücum başlaması üçün yuxarıdakı bir neçə səbəb kafi ola bilər.

MİQRENİN MÜALİCƏSİ

Miqreni müalicə edərkən eyni zamanda meydana gələ biləcək miqren hücumlarının da önünə keçmək lazımdır və bu xəstənin qorunmasına istiqamətlidir. Məsələn, bunları özünüz edərək miqren hücumlarından qoruna bilərsiniz: İşıqdan narahat olanlar günəş gözlüyü istifadə edə bilər, həddindən artıq izdiham və yorğunluqdan uzaq dayanmaq lazımdır. Bol- bol istirahət etməli, stressdən uzaq dayanmalı və nizamlı bir həyat sürməlisiniz. Gərginlik yaradan vəziyyətlərdən qaçınmalı, özünüzü rahatlaşdıran fəaliyyətlərə yönələ bilərsiniz. Gəzmək, yüngül məşq bədəninizin rahatlamasını təmin edər, miqren hücumu başladığında yastıqsız bir yatağa uzanın (səs-küydən, işıqdan uzaq) və yatmağa çalışın. Ayağınızı isti, ya da soyuq suya qoyub rahatlaya bilərsiniz. Baş ağrısı dözülməz şəkildədirsə, buz torbası qoymaq faydalı olar, baş boyun hissəsinə edilən masaj da rahatlamaq üçün çox faydalıdır.

Bunların xaricində həkim nəzarətində dərman müalicəsi tətbiq oluna bilər. Sakitləşdiricilər, antidepresant dərmanlar, beyin damarlarını büzən dərmanlar istifadə edilir. Lakin beyin damarlarını büzən dərmanlar hamiləlikdə qəti şəkildə istifadə edilməz. Keşik əsnasında ağrı kəsici istifadə edilə bilər, amma bulanmaya səbəb olduğu üçün qusmağı önləyici dərmanlar da alınmalıdır.

Miqren ən çox hansı yaşlarda görülər? Türkiyəli həkim Kahyaoğlu deyir ki, hər yaşda başlaya bilsə də, ən çox yetkinlik və ilk gənclik yaşlarında başlar. Onun sözlərinə görə, yetkinlik əvvəli hər iki cinsdə görülmə sıxlığı bərabərdir, amma yetkinlik sonrası menopoz dövrünə qədər qadınlarda daha çox müşahidə edilir. Uşaqlıq cağında səbəbsiz şiddətli qarın ağrıların, qusmanın səbəbi miqrendir. Miqren xüsusilə hormonal dəyişikliklərdən tez qaynaqlanır. Buna görə də, müəyyən dövrlərdə şiddətli ağrıların ortaya çıxması normaldır. Bu baxımdan başqa bir dəstəkləyici dəlil olaraq da miqren kimi ağrıların, ümumiyyətlə, hamiləlik dövrlərində azaldığı müşahidə edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 9368   Tarix: 17 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367