"Brilliant özünü öldürmək istəyirdi" - Zülfiyyə

Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq.

Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Bu dəfə xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva tələbə yoldaşı xalq artisti, müğənni, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya ixtisasını 1990-cı ildə bitirmiş Brilliant Dadaşova haqqında danışır:

"Brilliant xanımla biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanış olmuşuq. Brilliant musiqili komediya ixtisasını bitirib. Mən isə mədəni maarif və rejissorluq fakültəsində təhsil almışam. Bizi tanış edən mənim prodüserim Nigar Hacızadə olub. Çünki Nigar Brilliantı tanıyırdı, mən tanımırdım. O vaxt Brilliant efirlərə çıxırdı və hamının sevgisini qazanmışdı. Özü də onda efirə çıxmaq çox asan iş deyildi. Onun efirə çıxmağı, populyar olmağı mənim üçün maraqlı idi. Nigar mənim səsimə artıq bələd idi və o mənə deyəndə ki, səni Brilliantla tanış edim, bir o sənə qulaq assın, dedim, "yox", çəkindim. Çünki o artıq efirə çıxmış bir müğənni idi, buna görə Brilliantın qarşısında oxumağa utanırdım. Brilliant həmişə auditoriyada otururdu, özü çalır, özü oxuyurdu. Nigar necə deyərlər, mənim saqqızımı oğurladı. Tanışlığa razılıq verdim. Brilliant gəldi, auditoriyada oturduq, mahnı oxudum. Qulaq asdı, sonra mənə dedi ki, "tez ol, geyin, gedirik!". O vaxt Brilliantın maşını var idi. Dedim, "hara gedirik? Hara gedirik?". Yadımdadı, bacısıgilə-Sədaqətgilə getdik və hamını ora yığdı. Dedi, "sizə bir qız gətirmişəm, qoy oxusun, siz də qulaq asın". Mən oxumağa başladım. Hamısı bəyəndi, məni tərifləməyə başladı: "Oyy Brilliant, sən bu qızı hardan tapdın?". Brilliant dedi: "Biz bir yerdə, universitetdə oxuyuruq, amma bizi Nigar tanış edib".

Sonra məni bəstəkar Cavanşir Quliyevin yanına apardı. Cavanşir Quliyev də zarafatca dedi ki, "Brilliant, vəssəlam, sən özün öz ayağınla Zülfiyyəni oxumağa gətirdin". Özü də yadımdadır ki, Cavanşir Quliyevin də yanında mən Brilliantın mahnısını, Cavanşir Quliyevin bəstəsi olan mahnını oxudum. Sonra Bəstəkarlar İttifaqına getdik. Brilliantla belə tanış olduq. Ondan sonra auditoriyalarda o çalırdı, mən oxuyurdum. Bir yerdə oxuyurduq. Hətta səsimizi kasetə yazırdıq".

"O vaxt efirə qadağalar da var idi"

"Bizim tələbəliyimiz çox gözəl keçib. Ümumiyyətlə, İncəsənət Universiteti elə bir yerdir ki, hər auditoriyadan mahnı səsi, sənətlə bağlı səs gəlirdi. Böyük auditoriya otağımız var idi, orada pianino olardı. Brilliant mütləq hər tənəffüsdə pianinoda çox gözəl ifa edir, biz də oxuyurduq. Bilirəm ki, Brilliantın çox tez-tez çəkilişləri olurdu, amma o imtahanlara gəlirdi. O, tələbə vaxtı hər zaman nədənsə çəkinirdi. Yəqin ki, bu, efirə çıxmağın, populyarlığın gətirdiyi məsuliyyətdən irəli gəlirdi. Çünki Brilliant xanım efirə çıxan kimi tanındı, sevildi. O vaxtı efirə qadağalar da var idi.

Yadımdadır, 1 may zəhmətkeşlər günündə biz maşınla gedəndə hətta ona baxırdıq ki, Brilliant maşını sürəndə həmişə sükanın arxasında mahnı oxuyur. Bizim bir dənə balaca səsyazma aparatımız var idi, o Nigarda idi, həmişə Brilliantın səsini yazırdıq, sonra ona göstərirdik. Nigarda bəlkə də o səslər qalıb".

"Tələbə vaxtı ailə qurdu"

"Brilliant tələbə vaxtı ailə qurub. Yadımdadır, onun toyunda Şövkət Ələkbərova, Sara Qədimova kimi çox möhtəşəm sənətkarlarımız iştirak edirdilər, ruhları şad olsun. Ədalətlə Brilliant həddindən artıq sevib ailə qurmuşdular. Onlar tələbəlik vaxtında tanış olublar. Brilliant mənə zəng vurdu ki, "bəs görüşək, gəzək, gedək bir yerdə oturaq". Gəzməyə bulvara, Malakan bağına gedə bilirdik. Bizim institut Malakan bağının yanında idi. Brilliant Nigara da zəng vurur, amma səhvən Ədalətin nömrəsinə düşür. Brilliantın səsi də məlahətli idi. Ədalət götürüb deyir ki, "mən Nigarın qardaşıyam".
"Aaa hansı qardaşı, mən heç Nigarın qardaşını tanımıram axı"- Brilliant deyir. Beləcə o, Brilliantın "başını bişirib". Tanışlıqları belə olmuşdu. Brilliant sonra bunu bizə danışdı. Neçə dəfə görüşdülər. Ondan sonra sevgi-məhəbbət başladı".

"Brilliantı aldatdım"

"Brilliant sakit, mülayim idi. Hətta efirdən də (o vaxt Azərbaycan Dövlət Televiziyası idi) o sakitlik yansıyırdı. Məsələn, heç vaxt onu səsini yuxarı qaldıran, səs-küylü görməzdin, elə deyildi. Mən daha çox haylı-küylü idim, nəinki Brilliant. Siz mənim beləliyimə baxmayın. Elə bilirsiniz Brilliant haylıdır, əslində haylı-küylü mənəm. Brilliant yadımda nazlı, qəmzəli biri kimi qalıb. Özü də çox duyğusal idi. Bir dəfə həyat yoldaşı Ədalətlə aralarında söz düşmüşdü. O vaxtı mobil telefon yox idi. Brilliant bizə evə zəng vurub dedi ki, "mən özümü öldürürəm". Biz də qaldıq, neyləyək, necə edək? Mən Brillianta dedim ki, "sən məni gözlə, sənə elə bir dərman gətirəcəyəm ki, onu içən kimi elə yerində öləcəksən, əziyyət çəkməyəcəksən". Dedi, "Oy, çox sağ ol". Mən onu ancaq belə aldada bilərdim, başqa cürə yox. Əlbəttə, evdə də məsləhətləşdim ki, neyləyək, bu qız qabağına məqsəd qoyub ki, Ədalətə görə özünü öldürəcək. Getdim bir dənə kömür dərmanlardan aldım, onun heç bir ziyanı yoxdur. İstəyirsən 10 dənə iç, heç nə olmur. O dərmanı apardım Brillianta verdim, baxdı, gördü qara dərmanlardır. Dedim, "al, 7-8 dənə içsən, sənə bəsdir, yerində qalacaqsan". İnanırsız, aldı, içdi. Özünü ölməyə hazırlamışdı, yataqda uzanıb, əlin, ayağın da uzadıb ki, qəşəng ölsün. Dərmanı içəndən bir az keçəndən sonra gördü heç nə olmur, dedi "mən ölmürəm axı". Axır onu başa saldıq. Ədaləti çağırdıq, o gəldi, Brilliantın ağlını başına qoydu. Ədaləti görəndən sonra dedi, "yox e, yaşamaq istəyirəm. Heç ölmək istəmirəm".

Mən Brilliantın ancaq Ədalətlə bağlı hirsləndiyini görürdüm. Brilliant çox qısqanc idi. Çünki Ədaləti çox sevirdi. Ədalət komsomolda çox ciddi, məsuliyyətli bir işdə işləyirdi. Yadımdadır, Brilliant bir dəfə Ədalətin maşınını görmüşdü, ağlına başqa şey gəlmişdi. Yəni, maşında heç kim yox idi, Brillianta elə gəlmişdi. Mən ancaq belə şeylərdə Brilliantı hirsli görürdüm. Amma universitet vaxtı özündən böyüyə qarşı, ya bir tələbə yoldaşına qarşı bir hörmətsizlik etsin, belə şey olmazdı. Brilliant çox təmkinli, tərbiyəli idi. Məsəlçün, mən çox emosional, çox tez inciyən idim, başa düşürsüz, durub çıxıb gedə bilərəm".

"Aramızda inciklik olsa da, həll etmişik, çıxıb gedib"

"Brilliantda bir dənə xüsusiyyət var idi ki, indi deyəcəm, məni öldürəcək. Bir də görürsüz, elə sadəlövh olurdu ki, o məsəlçün, mənə gülməli gəlirdi. Hərdən onu başa salırdım ki, "ay qız bu belə deyil, belədir". "Aa, necə yəni, yox e" deyirdi. Həyat Brilliantı bir az bərkişdirdi, başqa cür etdi. Həyat elə şeydi ki, yəni, o qurdların qabağında mübarizə aparmaq lazımdır. Əksinə, institut vaxtı çox sadəlövh idi.
Onunla dostluğumuz çoxdan başlayıb, indi də davam edir. Əlbəttə ki, aramızda inciklik də olub. Amma onu özümüz aramızda həll etmişik, çıxıb gedib. Bir dost kimi Brilliant çox mərddir, onun başına elə hər şey mərdliyindən gəlir. O məzlumların yanındadır, zalımların yox. Brillianta kürəyini söykəyə bilərsən, heç vaxt insanı satmaz. Bax, əsas xasiyyətlərindən biri budur".

"Sən müğənni olmayacaqsan"

"Heç bilmirəm özünün yadına gələr, yoxsa yox, amma mənim yadımdadır ki, Brilliant Dadaşova ilk dəfə Politexnik İnstitutunda çox böyük sənətkarımız Akif İslamzadə ilə bir yerdə "Gözlərim" mahnısını oxudular. Brilliant o gündən populyarlaşdı. O, populyarlıqdan əlavə həm də sevildi. O vaxt televiziyaya çıxanda sabahısı səni bütün şəhər barmaqla göstərirdi, tanıyırdı. Çünki bir kanalımız var idi və efirə çıxmaq da hər kəsin hünəri deyildi. Brilliant efirə çıxan gündən sevildi. Mən otururdum, evdə baxırdım, rəhmətlik atama demişdim ki, "mən də mütləq müğənni olacağam". Atam hirslənirdi. Evdə mənə deyirdilər ki, "bəsdir, sən Nigarla, Brilliantla görüşürsən, sən müğənni olmayacaqsan".

Bizdə evdə qadağan idi, qoymurdular: "Yox, sən onların heç biri ilə danışmayacaqsan, nə Nigarla, nə Brilliantla. Olmaz". Zəmanə belə zəmanə idi. Brilliant mənim valideynlərimə zəng vururdu, deyirdi ki, "nəyə görə qabağını kəsirsiniz? Qabağını kəsməyin, saxlamayın, əksinə qoyun çıxsın efirə". Çünki vaxtında Brilliantın da nənəsindən gizlətmişdilər ki, o müğənni olacaq. Brilliantın bir sözü var: istedadlılara yol göstərmək lazımdır, istedadsızlar özləri gedib yerlərini tapacaqlar".

"Brilliant özünü öldürmək istəyirdi" - Zülfiyyə"Brilliant özünü öldürmək istəyirdi" - Zülfiyyə"Brilliant özünü öldürmək istəyirdi" - Zülfiyyə"Brilliant özünü öldürmək istəyirdi" - Zülfiyyə"Brilliant özünü öldürmək istəyirdi" - Zülfiyyə"Brilliant özünü öldürmək istəyirdi" - Zülfiyyə"Brilliant özünü öldürmək istəyirdi" - Zülfiyyə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2955   Tarix: 01 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571