383 il əvvəl dünyada ilk qəzet dərc edilib

383 il əvvəl dünyada ilk qəzet dərc edilibAzərbaycanın birinci qəzeti isə "Əkinçi"dir.

1631-ci ilin may ayının 30-da "La Gazette" fransız qəzetinin rəsmi dərc edilmə tarixidir.

Onun nəşriyyatçısı zadəgan T.Renodo idi. O, Fransa ərazisində xəbərlərin yayılması üçün patent alıb, qəzet sözü isə o dövrdə venesialıların XVI əsrdə bir əlyazma vərəq üçün ödədikləri pul vahidinin (gazetta) adından götürülüb.

Beləliklə də Renodonun əli ilə "qəzet" sözü bir çox Avropa dillərində mütəmadi xəbər nəşrinin adı olaraq məişətimizə daxil oldu.

"La Gazette"-nin KİV-in inkişafı üçün əsas addımlarından biri də bura ödəniş əsasında elanların yerləşdirilməsi oldu, bununla da Renodo reklamın əsasını qoymuş oldu.

İlk Azərbaycan qəzeti isə 1875-1877-ci illərdə Bakıda çap edilən "Əkinçi" qəzeti oldu. Bu, Azərbaycan dilində və Rusiya imperiyasında türk dilində çap edilən yeganə qəzetdir.

Qəzetin təsisçisi və yeganə redaktoru azərbaycanlı jurnalist, Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin məzunu Həsən bəy Zərdabi idi.

"Əkinçi"nin yaradılması yalnız Azərbaycan dilində milli mətbuatın yaranması baxımından inqilabi addım deyildi, bu, həm də informasiyanın xalq kütləsi arasında yayılması baxımından önəmli idi.
383 il əvvəl dünyada ilk qəzet dərc edilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4174   Tarix: 02 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040