Kitaba ölən maraq gedikce azalir

Kitaba ölən maraq gedikce azalirBu gün Azərbaycanda kitab qiraətinə maraq əvvəlki dövrlərlə müqayisədə olduqca aşağı səviyyəyə düşüb. Təhlükəlisi isə gənc nəsil arasında bu tendensiyanın geniş yayılmasıdır. Onların əksəriyyəti mütaliə məsələsindən daha çox, günlərini internet, mobil telefonlarla oyunlara sərf edirlər. Amma bu heç də o demək deyil ki, məsələnin həlli yolları yoxdur.

Bu istiqamətdə problemin necə həll olunması və hansı işlərin görülə biləcəyi haqqında ekspert rəylərini öyrəndik.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydınxan Əbilovun fikrincə, gənclərin mütaliə məsələsindəki problemlərinin həlli üçün geniş çeşiddə elektron kitabxanalar yaradılmalıdır: "Gənclərin mütaliədən uzaqlaşması halları bütün dünyada olan bir problemdir. Müasir insanlar ənənəvi üsullu mətnlərlə tanış olmaq istəmir. Kağız variantında çıxan kitab, qəzet və jurnallar vasitəsilə informasiya və bilik almağa artıq gənc nəsil maraq göstərmir. Hər bir zamanın öz diqtəsi var.

Müasir dövrün diqtəsi fonunda insanlar daha çox elektron daşıyıcılardan, elektron kitab və elektron saytlardan informasiya və mətnləri qəbul etməyə həvəslidir. Biz də buna hazır olmalıyıq. Kulturoloqlar, yazıçılar olaraq bunu elektron oxu, mütaliə, elektron yazı mədəniyyəti hesab edirik. Həmin hal sivilizasiyanın yeni bir mütaliə mənbəyi kimi qəbul olunur. İnsanlar artıq qəbul etməlidir ki, yeni virtual nəsil, gününün böyük hissəsini sosial şəbəkə və internetdə keçirən gənclər kağız variantda olan kitabları oxumaq istəmir. Hazırda biz mütaliə mədəniyyətinin texniki cəhətdən dəyişikliyindən danışa bilərik. Sovet dövründə insanların kino, televiziya imkanları indiki qədər geniş deyildi. Müasir dövrdə buna internet, sosial şəbəkələr, multimedia imkanları da əlavə olunub. Zaman dəyişib və əslinə baxanda, indi insanlar daha çox yazır və oxuyur. Demək olar ki, hər gün çatlaşır, sms göndərir, sosial şəbəkələrdə yazışır, şərhlər yazır, fikirlərimizi bölüşürük. Artıq elektronlaşma, virtuallaşma mərhələsinin birinci dövrünü yekunlaşdırmışıq.

İndi insanlar daha çox harda oxumaq deyil, nə, hansı keyfiyyətdə məlumatlarla tanış olmaq məsələsi barədə düşünür. Ona görə də düşünürəm ki, gənclərin prosesdə aktiv olması üçün müasir dövrün tələblərinə uyğun olaraq çoxsaylı resurslar yaratmaq lazımdır. Azərbaycanda oxucu problemi yoxdur. Ölkəmizdə əqli, elmi, bilikli resurs problemi var. Rusiya, Türkiyədə 50 minə yaxın elektron kitabxana var, Azərbaycanda isə onların sayı 20-dən artıq deyil. Onların da çoxu işləmir. Dövlətin də məsələ istiqamətində konsepsiyası olmalı, müəyyən köməklik etməli, saytları zənginləşdirməli, uşaqlar, böyüklər üçün elmi elektron kitabxanalar da yaradılmalıdır. Artıq bu istiqamətdə müəyyən işlər də gedir, Elmlər Akademiyasının belə bir kitabxanası yaradılıb. Belədə hazırda insanlara imkan yaradılmalıdır ki, onlar elektron vasitələrlə oxusunlar".

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, gənclərin kitab oxumaqdan uzaqlaşması problemi həyəcan təbili çalmağa vadar edir: "Gənclərin kitaba marağının azalması xalqın təhlükəsizliyi üçün qorxulu haldlr. Dünya elm-texniki inkişaf dövrünü yaşayır. Dünya elmi idarəetmə dövrünə başlayıb. Hər şey elmlə idarə olunur. Hər bir ölkənin əsas strateji potensialı onun əhalisinin intelekti ilə ölçülür. Bir müddətdən sonra xammal satışına ciddi önəm verilməyəcək. Hansı dövlətlər ki, intelektual məhsul satır, onlar daha çox pul qazanır. O dövlətlər ki, daha çox xammal məhsulu satmaqla məşğuldur, onlar bundan az qazanır. Azərbaycan da bazara intellektual məhsul çıxarmaq imkanlarına xüsusi diqqət verməlidir. İntellektual sahədə çalışan alimlərin, elm adamlarının, yaradıcı insanlarının, yazıçıların cəmiyyətdə nüfuzunun artırılmasına çalışmaq gərəkdir.

Uşaqlıq dövrümdə Azərbaycanda ən nüfuzlu adam olaraq Yusif Məmmədəliyev kimi alimi, Səməd Vurğun, Rəsul Rza, Mirzə Ələkbər Sabir, Nizami, Nəsimi kimi şairləri hesab edirdim. Hesab edirdim ki, onlar fəxr olunası ən nəhəng insanlardır. Bu insanlar da məhz kitab vasitəsilə o mərtəbəyə çatıb. Həmin bu insanlar da yeni yaranan nəsildə kitaba rəğbət yaradır və bizə göstərirdi ki, böyük alim, şair olmaq üçün geniş mütaliə lazımdır. İkinci bir tərəfdən, təhsil sistemini təkmilləşdirmək lazımdır. Hazırki təhsil sistemində boşluqlar çoxdur. Burada əsas diqqət şəxsin şəxsiyyət olaraq formalaşmasına, mənəvi inkişafına verilmir.

Daha çox göstərici arxasınca qaçırlar. Ona görə təhsil sistemində ciddi islahatlar olmalıdır ki, bu sistem gəncləri kitab oxumağa həvəsləndirsin. Həmçinin, müəyyən stimullaşdırıcı vasitələr yolu ilə də gəncləri mütaliəyə meyləndirmək mümkündür. Daha çox kitab oxuyan uşaqlar tez-tez mükafat almalıdır. Bu istiqamətdə valideynlər də düşünməlidir. Buna uyğun olaraq, mükafatların təqdim olunduğu viktorina, olimpiadalar, müsabiqələr keçirilməlidir. İl boyu bu istiqamətdə addımlar atmaqla uşaqları kitaba meylləndirmək olar. Müvafiq fəaliyyət proqramı da hazırlanmalıdır. Bir sosioloq olaraq deyirəm ki, Azərbaycanda bir il ərzində kitaba maraq yaratmaq, 3 il ərzində isə oxumaq vərdişini aşılamaq olar. Təki buna həvəs olsun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2531   Tarix: 30 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946