Ermənistanda kişi qalmayacaq - VİDEO

Ermənistanda kişi qalmayacaq - VİDEO`Belə getsə bir başıpapaqlı qalmayacaq`, deyə erməni mətbuatı yazır. Söhbət iqtisadiyyatı demək olar ki, sıfıra bərabər olan Ermənistanda sağ qala bilmək üçün bir parça çörək dalınca xarici ölkələrə üz tutanlardan gedir.

Məlumata görə, qonşu ölkənin əksər şəhər və rayonlarında qazanc dalınca gedən kişilərin sayı daha da artıb. Əgər əvvələr 40 % kişilər ölkəni tərk edirdisə, indi bu göstərici 70 %-dir. Kişi cinsinin yeganə təmsilçiləri qocalar, əli iş tutmayan gənclər və uşaqlardır.

Qeyd edək ki, Ermənistanın əksər rayonlarında əhalinin məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Lap ibtidai icma quruluşunda olduğu kimi, irriqasiya sistemi belə yoxdur. "Kəndçilərin yeganə pənah yeri təbiətdir ki, hava şəraiti əlverişsiz olanda ümidləri hər yerdən kəsilir, yağış yağsa məhsul olur, yağmasa yox"-yerli camaat belə deyir.

Heyvandarlıqdan gələn gəlirlər də cüzidir. Kəndlilərin saziş bağladığı zavodlar isə məhsulu onlardan dəyər –dəyməzinə alır. Ümidləri hər yerdən üzülən qara camaat isə qazanc üçün xarici ölkələrə üz tuturlar.

Bunun da nəticəsində Gümrü , Aleverdi, Lori və sair kimi rayonlarda yetərli işçi qüvvəsi olmadığından digər fəsadlar da baş qaldırıb. Paytaxt və bir iki iri rayonlar xaric digər bölgələrdə sərnişindaçıma nəqliyyatı işləmir. Hər tərəfi zibil basıb. Dağ kəndlərində isə əhali acından ölür. Erməni mətbuatının özünün qabartdığı bu kimi problemlərə bağlı video materialları təqdim edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2662   Tarix: 28 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390