Diqqət: bu hərəkətlər ürəyinizi xəstə salır

Diqqət: bu hərəkətlər ürəyinizi xəstə salırGündəlik həyata mənfi təsir göstərən problemlərdən biri də ürək xəstəliyidir. ABŞ-da hər 3 insandan biri ürək xəstəliyindən əziyyət çəkir. Halbuki bəzi pis vərdişlərimizə son qoymaqla bu problemdən qoruna bilərik.

Televizor izləmək. Müntəzəm olaraq idmanla məşğul olsanız belə, saatlarla televizor qarşısında hərəkətsiz əyləşmək infarkt və iflic riskini artırır. Hərəkətsizlik qanda yağ və şəkər səviyyəsinə mənfi təsir göstərir. Hərəkətdə olmağa çalışın. Telefonla oturaraq deyil, ayaqüstə danışmağa üstünlük verin.

Depresiyyaya laqeyd yanaşmaq. Stressli, depressiv, aqressivsinizsə, bunun ürəyinizə göstərəcəyi mənfi təsirlərdən xəbəriniz olmalıdır. Hər şeyi ürəyinizə salmaq çox zərərlidir. Mütəxəssislər problemlərinizi yaxınlarınızla bölüşməyin ürəyə faydalı olacağını bildirir.

Xoruldamaq. Xoruldamaq yuxu pozğunluğunun kiçik bir əlamətidir. Yatarkən nəfəsinizin kəsilməsi, qan təzyiqinin yüksəlməsi, ürəyinizin yuxuda daha çox işləməsi anlamına gəlir. Daha çox kök və piylənmədən əziyyət çəkən insanlarda rastlansa da, arıq insanlarda da yaşanan bu problemə boş yanaşmaq olmaz. Əgər gecə yatarkən xoruldayır və yorğun oyanırsızsa, həkimə gedin.

Diş təmizliyinə boş yanaşmaq. Əgər diş ətlərini təmizləməyə laqeyd yanaşsanız, zaman getdikcə dişlərinizin arasında bakteriya toplanacaq. Bu bakteriyalar bədəndəki iltihabları oyadar. Oyanan iltihablar da damarların funksiyasının geriləməsinə səbəb olar.

Yalnız yaşamaq. Əlbətdə, hər kəsin yalnız yaşamalı olduğu bir dövr olur. Ancaq başqaları ilə əlaqədə olmaq sağlam yaşamaq üçün vacibdir. Araşdırmalar ailəsi və dost tanışları ilə möhkəm, sevgi dolu münasibəti olan insanların ürəklərinin daha dözümlü olduğunu göstərir.

Bədənə çox ağırlıq yükləmək. Sağlamlıq üçün idman vacibdir, ancaq ürəyi də düşünmək lazımdır. Mütəxəssislər çox sərt idman edərək, bədəni çox yormaq və sonradan idmanı atmağın ürəyə zərərli olduğunu bildirirlər. Buna görə həmişə az-az, yüngül idmanla məşğul olun.

Həddən çox spirtli içki qəbul etmək yüksək təzyiqə yol açmaqla yanaşı, qandakı yağ səviyyəsini artıraraq, ürəyin dayanmasına səbəb olar. İçkidə olan kalori çəki artımına yol açaraq, ürəyə zərər verir.

Çox yemək piylənməyə səbəb olur. Buna görə az yeyin. Şəkərli içkilər yerinə su için. Çörək və makaron kimi yüksək kalorili qidaları azaldın.

Ürək problemi dünyada ən çox can alan xəstəlikdir. Buna görə insanın risk altında olmadığını düşünməsi riski özlüyündə artıran amildir. Yüksək təzyiq, xolesterol, şəkər, çəki hər zaman nəzarətdə olmalıdır. Siqaretdən mütləq uzaq durun.

Qırmızı ət donmuş yağla zəngin olduğu üçün ürəyə zərərli qidalar arasındadır. Az-az kiçik tikələrlə yeyin.

Damarları tıxayan siqaret ürək üçün çox zərərli bir vərdişdir. Ətrafınızdakı insanları da düşünməniz vacibdir. İldə 46 min insan passiv siqaret istifadəçisi kimi həyatını itirir.

Yüksək təzyiq dərmanlarını vaxtı vaxtında atın. Özünüzü yaxşı hiss etməniz, dərmanları atmamalısınız demək deyil.

Keyfiyyətsiz qidaları azaldıb, yerinə ürək dostu olan meyvə və tərəvəz yeyin. Gündə 5 dəfə meyvə-tərəvəz yeyənlərdə infarkt riski 20 daha az olur.

Pilləkənləri çıxarkən təngənəfəs olub, döş qəfəsində ağrı hiss edirsinizsə, həkimə gedin. Ağrılara erkən diaqnoz qoyulması ürək xəstəliyindən qorunmanıza kömək edəcək.

Nə qədər çox duz yesəniz, təzyiqiniz bir o qədər yüksək olacaq. Çox duz yemək böyrək və ürək xəstəliyinə yol açır. Normada 2300 milliqram duz qəbul etmək nəzərdə tutulub. Ancaq yaşınız 50-dən yuxarıdırsa, gündəlik duz ehtiyatınızı 1500 milliqrama qədər azaldın.

Yüksək şəkər, yağ, kalorili qidalar yerinə, qida dəyəri yüksək olan, lobya, meyvə, tərəvəz, yumurta, toyuq və balıq əti yeyin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4901   Tarix: 27 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201