Düşmən müharibəyə HAZIRLAŞIR

Düşmən müharibəyə HAZIRLAŞIRMilli.Az xəbər portalı bildirir ki, ATƏT-in Astanada keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının "Madrid prinsipləri"ilə bağlı konkret açıqlama verilməməsi və münaqişənin çözülmə prosesində irəliləyişlər olmadığını deyən erməni diasporu Azərbaycanın problemi hərbi yolla həll etməyə hazır olması ilə bağlı əndişəsini bir daha bəyan edib.

Ötən ilin noyabrın 25-də Rusiya, Fransa, ABŞ və Uruqvaydakı erməni diasporlarının koordinasiya mərkəzləri bununla bağlı bəyanat yaymışdılar. Xatırladaq ki, həmin ölkələrdəki nüfuzlu erməni iş adamları Dağlıq Qarabağ müharibəsinin veteranları və ehtiyatda olan hərbçilərin "ilkin səfərbərlik" planlarını hazırlamaq niyyətlərini açıqlamışdılar. "Preventiv səfərbərlik" adlanan həmin plana görə, Dağlıq Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə səfərbər ediləcək şəxslər hava nəqliyyatı ilə Dağlıq Qarabağa daşınmalıydılar.

Bununla bağlı olaraq "Erməni veteranları və ehtiyatda olanların İttifaqı" adlı təşkilat da yaradılmışdı.

Ermənilərin "səfərbərlik" vurhavuru

Hazırda həmin "layihə" çərçivəsində konkret işlərin aparıldığı vurğulanır. Belə ki, Dağlıq Qarabağda vuruşacaq ermənilər barədə informasiya bankı yaradılıb. Ora məlumatlar rus, ingilis və ispan dillərində toplanır. Erməni diaspor təşkilatları bildirirlər ki, "Preventiv səfərbərlik" proqramına dünyanın 38 ölkəsində yaşayan 200 minə yaxın erməni cəlb oluna bilər.

"Regnum" agentliyi Rusiyadakı iri erməni iş adamına istinadən bildirib ki, erməni diasporunun səfərbərlik ehtiyatının "informasiya-analitik özəyi" artıq hazırdır: "Bu özəyə dünyanın böyük dövlətlərinin xüsusi xidmət strukturlarında çalışan ermənilər arasında indiki və sabiq əməkdaşlar cəlb ediliblər. Onlar vahid informasiya bazasını təhlil edir, situasiyanın mümkün inkişaf ssenarini götür-qoy etməklə yanaşı, bizə qoşulmaq istəyən hər kəsi araşdırırlar. Düşmən və casusların aramıza soxulmasına yol verməməyə çalışırıq".
Erməni diaspor təşkilatlarının yaratmaqda olduğu "Erməni Diaspor Ordusu"nun maliyyə xərclərini bütünlüklə zəngin erməni iş adamları və müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının ödədikləri də bildirilir.
Bu barədə məlumatları "Hayastani Hanrapetutyun", "Lragir", Haykakan Jamanak" və "Sardarapat" yayıblar.

Haylar necə cəsarətləndi?

"Dağlıq Qarabağda müharibə başlayarsa, hər vasitə yaxşıdır. Çox sərt və açıq fəaliyyət göstərəcəyik. İndi aydındır ki, Dağlıq Qarabağ təhlükədədir. Əgər Qarabağ olmasa, Ermənistan da olmayacaq. Ermənistan olmazsa, ermənilər də olmayacaq. Millətimiz təhlükədədir və bunu harada yaşamasından asılı olmayaraq - İrandan tutmuş, Abxaziyaya, Ukrayna və Bolqarıstandan tutmuş, ABŞ və Argentinayadək hamı anlayır. İnanın ki, səfərbərliyə erməni olmayan, amma işimizi haqlı bilənlər də yazılır. Məsələn, serblər, bolqarlar və hətta italyanlar çox fəaldır. Sabiq prezident Robert Köçəryan demişkən, diasporlu və diasporsuz Ermənistan - bunlar müxtəlif çəki dərəcələridir. Azərbaycana real güc və çəkimizi göstərəcəyik. Digər tərəfdən, yaranmış situasiyanın təhlükəsini tam anlamayan beynəlxalq qüvvələr və transmilli korporasiyalara onların yarıtmazlığını, ədalətsiz konyukturluluğunu göstərəcəyik. Erməniləri divara dirəmək istəyirlər. Olsun, divara dirənmiş xalq nəyə qadir olduğunu nümayiş etdirəcək", - Rusiyada yaşayan erməni iş adamı "Regnum"a bildirib.

Ermənistanın rəsmi dövlət qurumları bu təşəbbüs, daha doğrusu, diasporun "səfərbərlik" planları ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.
Lakin bununla belə, onlar diasporun təşəbbüsünü birmənalı olaraq pisləmədiklərindən, rəsmi Yerevanın həmişə olduğu kimi, bu dəfə də diasporun aparıcı və nüfuzlu qurumlarının qəbul etdiyi qərarlara qarşı çıxmağa cəsarət tapmadığı aydındır.

Ermənistanın yad "əzələ"ləri

Ümumiyyətlə, ermənilər və Ermənistan son vaxtlar "əzələ nümayişi"nə başlayıblar. Əvvəllər olduğu kimi, söhbət Ermənistanın yox, daha çox Rusiyanın Ermənistanda yerləşmiş hərbi bazasının hesabına nümayişdən gedir.

Ermənistan prezidenti Serj Sərkisyan ölkə hakimiyyətinin ierarxik sistemindəki mövqelərini möhkəmlətmək, laxlama proseslərini dayandırmaq üçün başladığı "kadr islahat"larını davam etdirir. Yerevanın meri Qagik Beqleryanı vəzifəsindən kənarlaşdıran, sonra da ədliyyə naziri və daha xırda çaplı nazirləri istefaya yollayan Sərkisyan bu minvalla ətrafını təmizləməyə çalışıb. Çünki istefaya göndərilən və vəzifəsindən kənarlaşdırılanlar ya sabiq prezident Robert Köçəryanın adamları, ya da Serj Sərkisyanın sonrakı planlarının həyata keçirilməsi prosesində ona maneçilik yarada biləcək şəxslərdi.

Yervanın meri postuna "ArmRosQazprom"un sabiq direktoru Karen Karapetyanın təyinatını nəzərə alsaq, Ermənistan prezidentinin yeni vaxtda iki cəbhənin maraqlarını təmin etməyə çalışdığını da demək olar. Belə ki, Karapetyanın təyinatı Ermənistanda aşkar Rusiyaya meylli qüvvələrin tələblərini yerinə yetirməklə yanaşı, ölkə daxilində mövqelərini gücləndirməyə çalışan diasporun çağırışlarına cavabdı.
Bununla belə, Serj Sərkisyan diasporun "səfərbərlik" oyunu ilə bağlı susmağa və böyük maliyyə imkanlarına malik qüvvələri özünə düşmən etməmək qərarına gəlib.

Hədələyənlərin özləri qorxur

Ermənistan Siyasi Araşdırmalar Mərkəzinin direktor müavini Yegişe Merkulov "Haykakan Jamanak"a verdiyi açıqlamasında bildirib ki, diasporun səfərbərliklə bağlı bəyanatları və son vaxtlar guya "fəallaşması" barədə çıxışlar blefdir.
"Diaspor yenə də Ermənistandakı daxili siyasi proseslərə ciddi təsir rıçaqlarına yiyələnməyə və Dağlıq Qarabağ məsələsindən kart-blanş kimi istifadə etməyə çalışır. Dağlıq Qarabağ münaqişəsi bölgəsində mümkün hərbi əməliyyatlarla bağlı "səfərbərlik elanı" uşaq oyuncağına bənzəyir. Məncə, diaspor artıq böyüməli və belə birmənalı olmayan aksiyalarla Yerevandakı proseslərə nəzarət etmək istədiyini aşkarmamalıdır", - Merkulyan deyib.

Gürcü politoloq Revaz Malxadze isə Milli.Az xəbər portalının suallarını elektron poçtla cavablandırıraq bildirdi ki, Ermənistan bu dəfə erməni diasporu vasitəsilə Azərbaycanı şantaj etməyə çalışır.

"Rusiyaya güvənən Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycana açıq və kobud təzyiq göstərmək üçün yollar arayır. "Diasporun səfərbərliyi" də həmin istiqamətdəki cəhdlərdən biridir. Məncə, belə bəyanatlar yalnız ironiya ilə qarşılana bilər. Doğrudur, müharibə başlayarsa, Ermənistanın hərbi birləşmələri və Dağlıq Qarabağdakı silahlı dəstələrin tərkibində erməni diasporunun nümayəndələrinin vuruşacağı istisna deyil. Daha doğrusu, çox yəqin ki, belə də olacaq. Amma romantik "səfərbərlik" çağırışları və bəyanatları absurddur. İnanmıram ki, ermənilərin dediyi kimi "200 min insan" onların çağırışlarına səs versinlər və üstəlik də "erməni olmayanlar" ermənilərin maraqlarını təmənnasız olaraq "qorumaq" istəyi ilə alışıb-yansınlar", - R.Malxadze bildirdi.

Müşahidəçilərin fikrincə, müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının ötən ilin noyabrında gündəmə gətirdikləri "səfərbərlik" oyununun bu dəfə yenidən xatırlanması bilavastə diasporun təşəbbüsündən daha çox, Ermənistan rəhbərliyinin yenə də uğursuzluqla bitəcək səylərinə bənzəyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6491   Tarix: 08 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428