Buz Meydançası

Buz MeydançasıBuz meydançasında sürüşmək arzusunda olanlar çox olsa da, Bakının hava şəraiti hələ də buna imkan yaratmır. Belə ki, xəbər verdiyimiz kimi, Dənizkənarı Milli Parkın ərazisindəki buz meydançasının hazırlanması artıq başa çatsa da, temperaturun yüksək olması meydançanın istifadəsinin mümkünsüz edir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov da açıqlamasında buz meydançasının artıq tam hazır olduğunu, lakin temperaturun yüksək olması ucbatından meydançanın buz bağlamadığını bildirdi. Elə çəkdiyimiz fotolardan da bu aydın görünür.

"Temperatur müsbət 10 dərəcədən aşağı düşərsə, buz meydançası sürüşmək üçün tam hazır vəziyyətdə olacaq. Qiymətlər elə ötən ildə olduğu kimidir. Bir saat 20 manatdan başlayır. Vətəndaşın istəyilə vaxta görə qiymətlər dəyişir. Sakinlər də buz meydançası ilə maraqlanırlar", - deyə Nazim Məcidov vurğuladı.

Lakin Dənizkənarı Milli Parkdan fərqli olaraq Dəniz Limanına yaxın ərazidə yaradılan sintetik buz meydançasında əylənənlərə rast gəlmək olurdu. Sintetik buz meydançasında instruktor işləyən Rusalina Seyidova ANS PRESS-ə açıqlamasında buz meydançasının gündüz saat 12:00-dan axşam saat 00:00-dək açıq olduğunu bildirdi. Meydançada sürüşmək istəyənlərə instruktorlar kömək edir. Təbii buz meydançasının sintetik buz meydançasından bir fərqli cəhəti də ondadır ki, sintetik buz meydançası ilin bütün fəslində vətəndaşların üzünə açıq olacaq.

"Burada əylənmək istəyənlər 15 dəqiqə üçün 5 manat, 30 dəqiqəyə 8 manat, 1 saat üçün isə 16 manat pul ödəməlidir. Burada yıxılaraq zədə almaq təhlükəsi yoxdur. Bu buz meydanında insan özünü həqiqi buz üstündəki kimi hiss edir", - deyə Rusalina Seyidova vurğuladı.

Sintetik buz üstündə sürüşənlərin də yaxşı əyləndikləri aydın görünürdü. "Mən birinci dəfə idi ki, buz üstünə çıxırdım. Əvvəlcə özümü bir az qəribə hiss etdim, neçə dəfə yıxıldım, sonra isə çox xoşuma gəldi", - deyə Rzaxanov Orxan bildirdi.

Sintetik buz üstündə sürüşən Aksana xanım da əvvəlcə bir az qorxduğunu, sonra isə əyləndiyini və bunun çox xoşuna gəldiyini qeyd etdi. İnstruktor Rusalina Seyidova artıq bir neçə gündür fəaliyyət göstərən buz meydançasında əylənənlərin buradan narazı getmədiyini dedi.

Qeyd edək ki, süni buz meydançası yanvarın 4-də açılıb. Sintetik buz meydançası hava şəraitindən asılı olmayaraq ilin bütün fəsillərində əhaliyə xidmət göstərəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9591   Tarix: 14 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875