Abituriyentlərin yarısı 100-dən aşağı bal toplayıb

Abituriyentlərin yarısı 100-dən aşağı bal toplayıbTələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə I və IV qruplar üzrə əvvəlki illərin məzunlarının imtahan nəticələrini açıqlayıb.

BiG.AZ AzVision.az-a əsasən xəbər verir ki, I qrup üzrə 12 min 997 nəfər imtahan verib və onların 90%-i 150-dən az bal toplayıb.

IV qrup üzrə isə 4558 nəfər imtahan verib. Onlardan 90%-i 100 baldan aşağı nəticə göstərib: "IV qrupda iki kontigent var. Bir qrup Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digərləri isə yalnız idmançı olmaq istəyir və bilirlər ki onlara 100 bal lazımdır".

Yüksək bal toplayanlara gəlincə isə I qrup üzrə 637 bal toplayan abituriyent Gəncə şəhər məzunudur. Ötən il 591 bal toplayıb və ADNA-ya daxil olub, amma ərizəsini təsdiqləməyib və bu il yenidən imtahan verib.

Ötən il 493 bal toplayan başqa bir məzun isə bu il 4625 bal toplayıb.
IV ixtisas qrupunda imtahan verən məzunlardan biri isə 644 bal toplayıb. Ötən il isə onun nəticəsi 534 bal olub.

Bu il 612 bal yığan digər bir abituriyent isə ilk dəfə imtahan verdiyi il, yəni 2012-ci ildə 431, 2013-cü ildə 406 bal toplayıb.

600-dən yuxarı nəticə göstərən digər bir məzun isə Beyləqan rayonundandır. Bu il 606 bal toplayıb. O, 2013-ci il məzunudur və həmin il 468 bal toplayıb.

İmtahanda 100 baldan aşağı nəticə gösətərən abituriyentlərin 50%-i 50 baldan aşağı nəticə göstərib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2457   Tarix: 26 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040