DƏHŞƏT! Ana 3 övladını doğradı

DƏHŞƏT! Ana 3 övladını doğradıHadisə Kaliforniya ştatındakı Torrens şəhərində yaşanıb.

Qadını polis doğradığı üç övladının yanında, qan içində tapıb. 30 yaşlı Kerol Koronadonun övladlarını bıçaqla doğrayaraq qətlə yetirdiyini onun anası bilib.

Nəvələrini görmək üçün Kerolun yaşadığı evə, qızının yanına gedən qadın gördüklərindən dəhşətə gəlib. O, qızı Kerolu uşaqların yataq otağında çarpayıda görüb.
Qana bulanmış Kerol öldürdüyü uşaqlarının yanına uzanmışdı.

İki aylıq Kseniya, 1 yaşlı Yezmin və 3 yaşlı Sofinin boğazları kəsilmişdi. Onların vücudlarında da çoxsaylı bıçaq yaraları vardı. Los-Anceles Polis Departamentindən verilən məlumata görə, Kerol Koronadonun uşaqlarını konkret hansı bıçaqla qətlə yetirdiyi hələ bəlli deyil:

"Cinayət yerində tiyəsi qan içində olan bir neçə bıçaq vardı. Ekspertiza davam edir. Cinayət barədə bizə uşaqların nənəsi xəbər verdi. Hadisə yerinə yollananda evdə qətlə yetirilmiş uşaqların nənəsi və babası vardı. Kerol Koronadonun vücudunda bir neçə bıçaq yarası vardı. Onun intihar etməyə çalışdığını düşünürük".

Kerol Koronadonun əri Rudolfo Koronado cinayət törədiləndə işdə olub. Onu polis evə çağıranda Rudolfo gördüklərindən şoka düşüb. Hönkürərək ağlayan Rudolfo az sonra huşunu itirib. O, indi psixiatrik reabilitasiya mərkəzindədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3495   Tarix: 25 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040