Abşeron İH: "Xoşqədəmin "zakazı" ilə ev sökmürük" – Müsahibə

Abşeron İH: "Xoşqədəmin "zakazı" ilə ev sökmürük" – MüsahibəMəlum olduğu kimi, tanınmış teleaparıcı, "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının Xəqani Hüseynovun evini sökdürməsiylə AzNews.az-da dərc olunan xəbərlərə aydınlıq gətirib. Teleaparıcı "Bütün bu işlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələdir və bu işin mənim adımla hallandırılmasını başa düşmürəm. Qanun şahdır, icra hakimiyyəti varsa, mən kiməm"-deyərək əslində, vətədaşın evinin sökülməyinin məsuliyyətinin icra hakimiyyətinə aid olduğunu bildirib. X.Hüseynov isə dəfələrlə saytımıza açıqlamasında bildirib ki, evinin sökülməsinə Abşeron rayon İcra hakimiytənin tikintiyə nəzarət müfəttişi Seymur Məmmədov rəhbərlik edib. AzNews.az olaraq qarşı tərəfin də mövqeyini öyrənmək üçün S.Məmmədova müraciət etdik. Onunla olan söhbətimizi olduğu kimi diqqətinizə çatdırırıq:

Abşeron İH: "Xoşqədəmin "zakazı" ilə ev sökmürük" – MüsahibəSeymur müəllim, vətəndaş Xəqani Hüseynovun evi hansı səbəbdən sökülüb?
-Bəlkə siz bir zəhmət çəkəsiniz bizim idarəyə?

-Lazım olsa idarəyə də gələrik. Amma əvvəlcə sualımıza cavab verin, zəhmət olmasa...
- Evi Yeni Şəhərsalma Məcəlləsinə uyğun tikməyib, layihədən kənara çıxıb.

- Amma ortada icra başçısının sərəncami, eskiz layihəsi var...
- O sərəncamı oxuyun görün orda nə yazılıb. Sərəncamda yazılır ki, qaydaları pozmamaq şərtilə tikilməlidir.

- Layihəyə uyğun gəlməyəndə evi tamamilə sökürlər?
-Bəli, tam sökülür.

- Siz bilirsinizmi ki, evin söküntüsü məhkəmə qərarı ilə və məhkəmə icraçıları tərəfindən aparılır?

- Mən bilirəm ki, bizim o evləri sökmək ixtiyarımız var.

-Deyirsiniz ki, ev layihəyə uyğun tikilmədiyinə görə sökülüb. İndi yenidən ləyihəyə uyğun tikə bilərmi?
- Yox, daha tikə bilməz.

-Niyə?
-Onlar layihəyə uyğun ev tikməyib. Orda bir ev təsdiqlənib, onlar üç ev tikiblər. Vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün minimum 3 sot torpaq sahəsi olmalıdır. Bunlarda 5 sot 19 kvadrat yerdir.

-Xəqani Hüseynov bildirir ki, evinin materialları icra hakimiyyətin işçiləri tərəfindən satılıb.
- O, çox söz deyə bilər. Biz onlara dəfələrlə müraciət etdik ki, materialları götürün oradan.
- Bəs həmin materialları kim aparıb? -Daşıyıb tökdük zibilxanaya, onun materialı nəyimizə lazımdır ki?

- Həmin yer "Çıxarış"la – qanuni sənədlə onundur, mülkiyyətidir. Sizin ixtiyarınız varmı kiminsə həyətindəki materialları aparıb zibilxanaya tökməyə?
- Yerlərini aparmamışıq ki. Yer yerindədir də.

-Daşın həmin yerdə qalmağının nə ziyanı var idi ki?
-Biz buna deyirik ki, evi sök çıxart, olmaz belə tikmək. Biz birinci dəfə sökdük və bir daşı da tərpətmədik. Onlara dedik ki, daşı "ukladka" edin bir tərəfdən. Daş orda qalandan beş gün sonra yenidən tikinti aparmağa başlaya bilərlər. -Həmin materialların hara aparılmasından bu adamın xəbəri var? -Bəli, xəbəri var.

- Xaqani Hüseynov deyir ki, siz bildirmisiniz ki: "Mən əmrə tabe adamam, gedin Xoşqədəm Hidayətqızı ilə razlaşın"...
- Elə söhbət olmayıb, yalan deyir. O Xəqanı Hüseynovun evi deyil. Bu adam maklerdir.

-Ümumiyyətlə, bu evin söklüməyinin Xoşqədəm Hidayətqızı ilə hansı əlaqəsi var?
-Mən Xoşqədəm Hidayətqızını televizorda görmüşəm. Onu tanımıram. Biz Xoşqədəm Hidayəqqızının "zakaz"ıyla ev sökmürük. Onlar evin bünövrəsini tökəndə xəbərdarlıq etmişəm, işçilər göndərmişəm ki, qardaş, belə ev tikmək olaz. Evləri bir birinə yapışdırırlar. Elə şey olur?

-Amma bizə təqdim olunan videogörüntülərdən aydın görünür ki, həmin ərazidə tikilən evlərin əksəriyyəti bir-birinə bitişik tikilir...
- Görüntüdə 6 ev və 10 sot torpaq var, hamısı da özlərinindir. Bunlar ev alverçisidirlər, Xırdalanda da 1-2 sotda ev tikib camaata sırıyırlar. Xırdalandan çıxartmışıq, indi gediblər Saraya. Bu adamlar vətəndaşları aldadırlar, dələduzdurlar.

- Əgər dələduz idilərsə, onda icra başçısı niyə bu adamlara tikintiyə sərəncam verirdi.
- Bu sualın məmə aidiyyəti yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2454   Tarix: 22 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452