Yaşlılıq da Sevgi kimidir

Yaşlılıq da Sevgi kimidirGənclər, yaşlıların axmaq olduqlarını sanar; amma yaşlılar onların axmaq olduğunu bilər (Corc Chapman)

İnsan yaşlandıqca ad günü tortu fənər alayına bənzər. (Katherine Hepburn)

Sizə nə qədər gənc göründüyünüzü söyləyənlər, beləliklə yaşlanmış olduğunuzu da işarə edərlər. (Gary Grant)

Yaşlanmanın üzümüzdən çox ağlımızda qırışlar meydana gətirəcəyindən qorxaram. (Montaigne)

Qırx yaş, gəncliyin yaşlılığı, əlli yaş, yaşlılığın gəncliyidir. (Victor Hugo)

Gənclik yaz kimidir, yaşlılıq isə qışa bənzər, elə bir qış ki, arxasından bahar gəlməz. (Firdovsi)

Gənclərin aynada görə bilmədiklərini, yaşlılar bir kərpic parçasında oxuyarlar. (Hz.Mövlana)

Yaşlılıq gəncliyi və yeniliyi qəbul edə bilmədiyimiz, yeniliklərin zövqünə çata bilmədiyimiz, qadın üçün artıq maraqlı ola bilmədiyimiz və fədakarlığı gözə ala bilmədiyimiz zaman başlar. (Refiq Xalid Karay)

Yaşlılıqda dinc qalmanın ən yaxşı yolu, zehnən gənc qala bilməkdir.Bu da kitabı və fikri işi davam etdirməklə mümkündür. (Epikür)

Yaşlılıq, bütün xəstəliklərin limanıdır. (Bion)

İnsan qoca olmağa qərar verdiyi gün qocalar. (Jean Anouilh)

Utancaqlıq gəncliyə bir bəzək, yaşlılar içinsə üz qarasıdır. (Aristotel)

Inanın mənə, yaşlılıq, gözəl və xoş bir şeydir. Doğrudur, nəzakətlicə səhnədən endirilərsiniz, amma daha sonra sizə ən ön sırada rahat bir tamaşaçı kreslosunda yer verilər. (Konfutsi)

Yaşınız sizi eşqdən qorumaz. Amma eşq,müəyyən bir müddətə qədər sizi yaşınızdan qoruyar. (Anais Nin)

Gənclər ümidləriylə, qocalar xəyal və xatirələriylə yaşayarlar..

İnsanın başına gələ biləcək ən kədərli vəziyyətlərdən biri, bir gün qəflətən ağaran saçlarımız və qırışlarla dolmuş üzümüzlə sonsuz bir iş həyatının sonuna gəldiyimizi görüb, keçmiş illər boyunca bütün bacarıq və qabiliyyətlərimizin yalnız çox kiçik bir hissəsini istifadə edə bildiyimizin fərqinə varmaqdır (V. W. Burrow)

Yaşlılıq da sevgi kimidir, gizlədilə bilməz. (Tomas Dekker)

İnsan qocaldıqca gəncliyindən daha çox iş görməlidir. (Höte)

Yaşlılıq, bəzi insanlarda müdriklik, bəzi insanlarda isə ölümü müşahidə dövrüdür.

Yaşlılıq qadınların cəhənnəmidir… (La Rochefoucauld)

Əzab, kədər, çətinlik, qocalığın yarısıdır (Hz.Məhəmməd)

Yaşlılıq hər kəsi bezdirənə qədər yaşadan, çox yaşamış deməkdir (Thomas Dekker)

Yaşlılıq gəncliyin bütün zövqlərini ölüm təhdidiylə qadağan edən bir vəhşidir (La Rochefoucauld)

İnsan, damarları qədər yaşlıdır (Thomas Sydenham)

Yaşlılıq-Yaşlanmaq istəyərik, amma yaşlılıqdan qorxurıq bu həyatı nə qədər sevib, ölümdən necə qaçmaq istədiyimizi göstərir (La Bruyere)


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 3424   Tarix: 09 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler