Hicabsız rəqs edən İran qızları həbs edildi-VİDEO

Hicabsız rəqs edən İran qızları həbs edildi-VİDEOFarel Uilyamsın "Happy" ("Xoşbəxt") mahnısına klip çəkildiyi andan bir çox ölkələrdən olan gənclər bu gözəl mahnı sədaları altında rəqs etməyə başlayıb.

Artıq dəb halını almış məşhur mahnıya həvəskar klip çəkmək İran İslam Respublikasına kimi yayılıb. Lakin "Happy" klipində çəkilmiş İran gəncləri polis tərəfindən saxlanılıb. Tehranda çəkilmiş klipə YouTube-da 200,000 baxış olub və bundan sonra ölkə rəsmiləri klipdə çəkilmiş 6-ı gənci sorğu-sual üçün saxlayıb.

Tehran polisi klipi vulqar hesab edib və klipin hazırlanmasında iştirak edənlərin ifadəsini alıb.
Baş vermiş hadisədən məyus olan mahnı müəllifi Farel Uilyams Twitter səhifəsində yazıb: "Xoşbəxtliyi ətrafa yaymaq istəyən uşaqların həbs olunması təəssüf doğurur".

Klipdə çəkilmiş 6 qız və 6 oğlan İslam rəsmilərini hiddətləndirib. Gənclər artıq "cinayət törətdiklərini" etiraf edib. Qeyd edək ki, klipdə çəkilmiş qızlar hicabsız rəqs edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3180   Tarix: 23 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040