İki milyona avtomobil alan Azərbaycanlı kimdir?

İki milyona avtomobil alan Azərbaycanlı kimdir?Azərbaycanlı iş adamlarından birinin Almaniyadakı "Koeing Specials" tüninq atelyesinin məhsullarından olan C62 avtomobilini satın aldığı bildirilir.

BiG.AZ European-a istinadən bildirir ki, əfsanəvi Porsche 962 idman bolidinin tüninq edilmiş versiyası olan bu modelin maksimal sürəti 378 km/saatdır. 800 at gücünə malik mühərriklə təchiz edilmiş model 100 km/saat sürəti 3,4 saniyəyə əldə edir.

Tüninq atelyesi sözügedən modelin 1,606 milyon avroya (təqribən 2,2 milyon dollar) satıldığını bildirsə də, alıcının adını açıqlamayıb.

Alıcı anonim qalmaq istədiyini vurğulayıb. Fəqət Almaniya mediasında yer alan xəbərlərə görə, "həmin şəxs azərbaycanlı iş adamı"dır. Onun harada yaşadığı da açıqlanmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4251   Tarix: 23 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040