Toydan bir həftə sonra - İNANILMAZ OLAY
Bir həftənin gəlini toydan yığılan qızılları oğurlayaraq evdən qaçıb. Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Biga bölgəsində baş verib. Məlumata əsasən, 22 yaşlı Sercan Yavuz 1 həftə öncə 19 yaşlı Ebru E. ilə ailə həyatı qurub. Ancaq cütülüyün xoşbəxtliyi elə bircə həftə çəkib. Ebru E. toydan yığılan hədiyyə və qızılları götürərək evdən qaçıb. Şəhər hüquq-mühafizə orqanalrına müraciət edən çarəsiz ər həyat yoldaşnın 4-cü qurbanı olduğunu öyrənib.
Bundan başqa, Sercan Yavuz aparılan araşdırma nəticəsində ailə həyatı qurduğu Ebru E.-nin nikahdan kənar gizli övladının da olduğunu öyrənib.
Sercan Yavuzun anası isə gəlinlərini hər şeyə rəğmən qəbul etdiyini deyib:
"Övladım yerinə qoyub borc-xərclə toy etdim. Evdən qaçdığını öyrəndikdə atasına zəng etdik. "Ebrunu unudun",-deyə atası bizə cavab verdi. Qızın kəndinə getdik, hər kəsdən soruşduq. Məlum oldu ki, biz 4-cü qurbanıq. Mənim övladım bədbəxt oldu, kaş başqa övladlar bədbəxt olmasın".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş