Qolfstrim cərəyanı niyə yoxa çıxıb ?

Qolfstrim cərəyanı niyə yoxa çıxıb ?Amerika Milli Aeronavtika Agentliyi (NASA) və Britaniya Kosmik Tədqiqatlar Təşkilatı kosmosdakı peyklərdən alınan məlumatlara əsaslanaraq bəyan ediblər ki, Qolfstrim cərəyanı artıq yoxdur.

Xəbər inanılmaz təsir bağışlasa da, informasiyanı bu gün səhər saatlarında Meksika Kosmik Tədqiqatlar Agentliyi (AEXA), Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Koreya Elmi-Tədqiqat Aviasiya-Kosmik Araşdırmalar İnstitutu (KARİ), Avstriya Kosmik Agentliyi (ASA), Braziliya Kosmik Agentliyi (AEB) və Kanada Kosmik Agentliyi (CSA/ASC) təsdiqləyiblər.

Atlantik Okeanınn şimalındakı bütün dəniz axınları sistemi Yer kürəsinin iqliminin tənzimlənməsində müstəsna rol oynayır. Həmin sistem İrlandiya və Britaniya adalarının buzla örtülməsinin qarşısını alır, Skandinaviya ölkələrində isə havaların həddən artıq soyumasına mane olur.
Eyni zamanda, həmin sistem və ya Qolfstrim cərəyanı dünyanı yeni buz dövründən qoruyan axındı.

Ekspertlərin dediklərinə görə, termoxalin su dövriyyəsi sistemi olan Qolfstrim hərəkəti istiqamətindəki bir çox yerlərdə ölüb, bəzi yerlərdə isə artıq dayanmaq üzrədir.
Qolfstrim cərəyanı ilıq sulu "çay" olaraq Atlantik Okeanı ilə hərəkət edərək Avropanın şimalına qədər çatır və bütün Avropanı istisi ilə qızdırmaqla yanaşı, ölkələri qütb küləklərinin sazaq və soyuqlarından qoruyurdu.

Bu cərəyanın hədsiz dərəcədə zəifləməsi Avropada havalarının düzənini alt-üst edib.
Ötən ilin noyabrından bəri Almaniyada qalınlığı 10 sm olan stabil qar örtüyü qalıb. Halbuki onillərdən bəri almanlar belə qış görməmişdilər. Üstəlik, gecələr havanın temperaturu -20 dərəcəyə qədər düşür və ən başlıcası, ilin bu vaxtları üçün Almaniyada ənənəvi sayılan havaların bir qədər isinməsi müşahidə olunmur.

İtalyan fiziklər Qolfstrim cərəyanının Avropaadkı iqlimə təsirini əyani şəkildə göstərmək üçün içində soyuq su olan vannadan istifadə ediblər. Vannaya buraxılan ilıq su cərəyanına isə rəng qatılıb. Beləcə, vannadakı suda soyuq su layları və ilıq cərəyanların sərhədlərini aşkar görmək olub.
Vannaya yağ tökülüb. İlıq su laylarının sərhədləri dərhal pozulub və vannadakı suyu qızdıran cəəryan axını effektiv şəkildə məhv olunub.
Bütün bunlar indi Meksika Körfəzi və Atlantik Okeanında Qolfstrim cərəyanının başına gələnlərdir.

Karib hövzəsindən azan ilıq su "çayı" Qərbi Avropaya çatmır. Cərəyanın "ölüm" səbəbi isə koreksitdir.
ABŞ prezidenti Barak Obama administrasiyasının icazəsi ilə "British Petroleum" neft-qaz korporasiyası ötən ilin avqustunda Meksika Körfəzindəki "Deepwater Horizon" qazma qurğusundakı fəlakət nəticəsində okean sularına xam neft sızmasının qarşısını almaq üçün məhz bu preparatdan istifadə etmişdi.

Bəla daşıyan cərəyan

Təxminən 2 milyon hallon koreksit, habelə bir neçə milyon digər disperqatorlar və üstəlik də batmış neft platformasındakı borunun dağılmsı nəticəsində okean sularına sızmış 200 milyon barelə yaxın neft "Qolfstrim"ə çox pis təsir edib.
Hazırda Meksika Körfəzinin sularının, habelə körfəzin dibinin təmizlənməsi üçün effektiv vasitə yoxdur.
Birləşmiş Ştatların şərq sahillərinə çatan neft sonradan Atlantik Okeanın şimal hissəsinə axıb.
Burada da okean sularını həmin çirkli neftdən təmizləməyin effektiv yolları görünmür.

Dünya necə xəbər tutdu?

Qolfstrim cərəyanının dayanması barədə ilk dəfə xəbər verən İtaliyadakı Fraskati İnstitutunun əməkdaşı, nəzəriyyəçi fizik Canluici Zanqari olub.
O, Meksika Körfəzində baş verənlərin monitorinqi ilə məşğul olan mütəxəssislər qrupu ilə illərdən bəri əməkdaşlıq edir.
İtalyan alimin dediyinə görə, hələ ötən ilin iyunun 12-də ABŞ-ın Kolorado ştatındakı kosmik tədqiqatlar mərkəzinin (CCAR) və ABŞ Hərbi-Dəniz Qüvvələrinin aviakosmik tədqiqatlar mərkəzinin (NOAA) aldığı peyk məlumatlarına əsaslanır.
"Qolfstrim xeyli zəifləyib və bunun əksini deyənlər ya yalan danışır, ya da sadəlövhcəsinə səhv edirlər. Yaxın gələcəkdə Avropanın şimalında buzlaşma proseslərinin başlanması qaçılmazdır", - professor Zanqari deyib.

Onun sözlərinə görə, Qolfstrim cərəyanının Meksika Körfəzindən Atlantik Okeanı vasitəsilə şimala apardığı neft ləkəsi kiçilmir: "Buna görə də ilıq su axınlarının sərhəd laylarının dağılması nəticəsində Yer kürəsinin iqliminin tənzimlənməsi sisteminə çox ağır zərbə dəyəcək".
Peyk çəkilişləri və məlumatları göstərir ki, Qolfstrim cərəyanı indi olduqca zəifləyib. Hətta onun "öldüyünü" belə, demək olar. ABŞ-ın Şimali Karolina ştatı sahillərindən təxminən 250 km şərqdə hissələrə bölünən Qolfstrimin "ölüm"u burada başlanır. Onu da yazaq ki, Atlantik Okeanının həmin bölgədləki eni 5 min kilometrdən artıq deyil.

Bütün bunların qarşısı alınmazsa…

Rusiyalı professor, fizika, akustika, geofizika, riyaziyyat, fiziki kimyavə iqtisadiyyat sahəsinpdə yüzlərlə məqalənin müəllifi Sergey Lopatnikovun dediyinə görə, Qolfstrim crəyanı, dha doğrusu, Atlantik Okeanındakı şimal termoxalin şəbəkə sisteminin suları artıq soyuyub. Okean suları ilə yanaşı, 11 km yüksəkliyə qədər atmosfer qatlarına təsir edən bu cərəyandakı probelmlər isə Avropanın iqlimində olduqca ciddi fəsadlar yaratmağa başlayıb.

"Qolfstrim cərəyanının "ölüm"ü yalnız neft ləkəsi ilə bağlı deyil. Bu problemin yaranmasına və indiki vəziyyət almasına atmosferin qlobal miqyasda çirklənməsi daha çox təsir edib. Şimali Atlantikanın şərq hissəsində Qolfstrimin yoxluğu bu ilin yayında atmosfer axınlarının normal hərəkətini pozdu. Bunun nəticəsində Avropa ölkələrinin istisnasız olaraq hamısında yay çozx bürkü və isti keçdi, Mərkəzi Avropa ölkələrində quraqlıq və daşqınlar yaşandı, Asiya ölkələrinin bir çoxunda havanın temperaturu yüksəldi. Həmçinin Çin, Pakistan və Asiyanın digər ölkələrində böyük daşqınlar yaşandı", - S.Lopatnikov söyləyib.

Alimlərin fikrincə, Qolfstrimin "ölüm"u bundan sonra mövsümlərin qarışmasına, məhsul qıtlığına, dünyanın müxtəlif yerlərində quraqlıq və daşqınların miqyasının böyüməsinə səbəb olacaq.

Aclıq, daşqınlar, qıtlıq yaşana bilər

Son 50 il ərzində dünya ölkələrində sənaye intensiv fəaliyyət göstərdiyindən, nəhəng miqdarda isti qazlar yaranıb və bu da iqlimə təsir göstərərək insanın mənfi müdaxiləsinə, yəni antropogen amilə səbəb olub.
Bu isə havaları isitməklə yanaşı, atmosferdə hər milyon hissəciyə 200-dən artıq isti qaz molekulu düşəndə "ağ torpaq" effekti yaradır. Avropa və o cümlədən Avrasiyanın Azərbaycan yerləşən bölgəsi də indi "ağ torpaq" anomaliyasına çox yaxındır.
Bütün bunların qarşısının alınması üçün təcili, təxirəsalınmaz və effektiv tədbirlərə əl atılmasa, bəhəriyyət üçün çox faciəli sonuclar yaşanacaq. Ekoloji kollaps, qlobal aclıq, insan yaşamı üçün yararsız olan zonalardan kütləvi miqrasiyalar yaşana bilər.
Qolfstrimin "ölümü"nun fəsadları yalnız bununla başa çatmır.

Atlantik Okeanında rütubət və istilik mübadiləsi sistemi pozulduğundan su daha az buxarlanır. Üstəlik, buxarlanmış suyun temperaturu normdan çoxdur.
Bundan başqa, Atlantik Okeanında yaranan su kütlələrinin isinmə və soyunma dinamikası da dəyişir.
Qolfstrim cərəyanına daha isti sular qarışır, Atlantik Okeanının mərkəzində üstünlük təşkil edən qərb küləkləri Cənubi Avropaya indiyədək olduğundan daha isti və rütubətli hava aparır.

Alimlərin fikrincə, əgər ən yaxın vaxtlarda Meksika Körfəzində həlqəvari axın cərəyanı güclənməsə, bunun çox fəlakətli qlobal sonucları olacaq.

Genişmiqyaslı quraqlıqlar, daşqınlar, məhsulun tələf olması və axırda da dünya miqyasında ərzaq çatışmazlığı...
Kosmik peyklərdən alınan son məlumatlar göstərir ki, Qolfstrim cərəyanındakı suyun temperaturunun 76 və 47-ci meridianlar arasında ölçülməsi suyun ötən illə müqayisədə 10 dərəcə soyuduğunu göstərir. Bu isə Meksika Körfəzindəki isti həlqəvari cərəyanın dayanması ilə Qolfstrimdə suyun temperaturunun aşağı düşməsi arasında birbaşa əlaqəyə dəlalət edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7177   Tarix: 08 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222