Üzümüz qara olmasın!

Üzümüz qara olmasın!Türkiyədə kömür mədənində baş verən qəza yüzlərlə insanın həyatını sona, daha doğrusu Soma verdi. Azərbaycan xalqı, prezidentindən tutmuş ən adi vətəndaşınadək bu fəlakətdə Türkiyənin yanında oldu. Xəbərdən sarsıldığını deyən Prezident İlham Əliyevin Türkiyəli həmkarını və Baş naziri xüsusilə bu məqamda "Qardaş" adlandırmasının xüsusi mənası var.

ANS PRESS-in bir dərd ortağı olaraq qara haşiyədə yayınlanması Türkiyəmizin diqqətindən yayınmadı. Ağır dərd içində olsalar da təşəkkür etməyə gücləri çatdı.

"Mədən ərazisi Somanın mərkəzindən 15-20 km. aralıda, dağın başındadır. Bu dağa qalxdıqda isə insanı ətrafı bütün tozun bürüdüyü ərazi gözləyir, ətrafda çoxlu gözü yaşlı, həyəcanlı insanlar toplaşıb".

Bu dramın baş qəhrəmanlarının, kömür mədənlərinin işçilərinin və onların yaxınlarının gözlərində bir qorxu, çarəsizlik yazılıb. Hər bir neçə saatdan bir mədəndən kiminsə, meyidi çıxır, onun yaxınlarının naləsi ətrafı bürüyür. Mayın 13-də yerli vaxtla saat 15.45-də baş verən faciə bütün Türkiyəni yasa bürüdü. 300 nəfərdən çox adam həlak oldu, onlarla insanın meyidini dağıntılar altından çıxarmaq mümkün olmadı.

Bu kömür mədənində baş vermiş hadisə, Türkiyənin ən böyük mədən faciəsi sayılır. Qəzanın baş verdiyi mədənə gəldikdə isə mədənçilərin necə ağır şəraitdə işlədiklərini anlamaq o qədər də çətin deyil. Bu mədənin özəl bir mədən olmasına baxmayaraq, köhnə binalar, ətraf çamır, mədənə gedən dağınıq yol, zibilli, paslanmış və dağılmış platformalar gözə dəyir. Heç bir yerdə xəbərdarlıq işarələri, işçilərin təhlükəsizliyinə dair məlumat lövhələri yoxdur. Bütün bunlar isə artıq üzü qara, köhnə və qaralmış paltarlı olan mədənçilərin cüzi maaşla hansı çətin şəraitdə yaşadıqları anlamaq üçün yetərlidir. Qəzadan sağ çıxan mədənçilərlə söhbətim əsnasında məlum oldu ki, onlara qəzalar zamanı hansı addımların atılmalı olduğu barədə məlumat verilməyib.

Amma burada yaşayanlar üçün mədənlərdən başqa bir iş yeri yoxdur. Kömür sənayesi Türkiyənin iqtisadiyyatının önəmli sektorlarından biridir. Bu sahə ölkəyə böyük gəlir gətirir. Amma kömür sənayesi insanların ən zəif qorunduğu bir sahədir. Kömür mədənlərinin özəlləşməsi başlayandan sonra bu təhlükə daha da artıb. Manisadakı mədənlərdə 20-ci əsrin əvvəllərində olduğu kimi 15 yaşlı uşaqlar da işləyiblər. Bütün təhlükəsizlik texnikası isə əlavə gəlirlərə qurban verilib. Mədənçilərlə söhbətdən isə məlum oldu ki, onlar artıq uzun illərdir ki, eyni maaşı alırlar - ayda 800-900 lirə, yəni 300-400 dollar.

Mədənləri yoxlayan dövlət nümayəndələri isə indiyə qədər qüsur aşkarlamamışdılar. Məhz buna görə, Türkiyədə bir çoxları baş vermiş faciəyə görə mədənlərin özəlləşdirilməsi siyasətini başladan hökuməti, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) və baş nazir Rəcəb Tayyib Ərdoğanı günahlandırırlar. AKP-nin hakimiyyəti dövründə, 2002-2013-cü illərdə mədənlərdə həlak olan insanların sayı, son 56 illə müqayisədə 46 faiz artıb. Vəziyyəti ölənlərin sayının gizlədilməsi barədə şaiyələr daha da gərginləşdirir. Belə ehtimallar üçün əsas kimi isə faciənin baş verdiyi an şaxtada növbə dəyişikliyinin aparılması səbəbindən daha çox adamın olması göstərilir.

Somada baş verənlər ölkədə yeni etiraz dalğası yaratdı. Demək olar ki, bütün ölkə ərazisində də Ərdoğan hökumətinə qarşı aksiyalar keçirildi. "Bir ovuc kömür üçün bir ömür verənlər", "Faciə deyil, kütləvi qətliam", "Babam bunun üçün çalışırdı" kimi şüarlar Türkiyənin əksər iri şəhərlərini dolaşdı, sosial şəbəkələrdə milyonlarla dəfə paylaşıldı. Manisadakı faciə göstərdi ki, Türkiyə cəmiyyətində böyük bir etiraz potensialı var, ölkə sanki barıt çəlləyini xatırladır. Buna misal olaraq hadisə yerinə gələn Rəcəb Tayyib Ərdoğanın hansı təpiklə rastlaşdığını göstərmək olar. İş o yerə gəlib çıxdı ki, Ərdoğan özü etirazçıların birinə əl qaldırıb.

Mütəxəssislər isə bu cür qəzaların baş verməməsi üçün müxtəlif yollar təklif edirlər. Məsələn, dünyanın ən çox mədən faciələrinin baş verdiyi Çin 2004-cü ildən sonra mədən ocaqların yenidən təmirinə başlamış, kiçik və zərərli mədənlər bağlanıb. Eyni miqdarda kömür çıxarmaq üçün Çin 122, Turkiyə 720, ABŞ isə 2 ölü verirmiş. Artıq uzun illərdir ki, Almaniya, İtaliya, Fransada kömür mədənlərində ölüm halları baş vermir. Dünyanın böyük iqtisadiyyatı olmağa iddialı olan Türkiyənin bundan sonra nə edəcəyi, hökumətin hansı addımlar atacağı, mədəndə çalışan işçilərinin hüquqlarını və təhlükəsizliyini necə qoruyacağı məlum deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2690   Tarix: 18 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880